Eldar Mahmudovun həbsdəki generalının Məhəmməd Füzuli sevgisi - ilginc faktlar
Tarix: 27-01-2017, 08:47 | Çap et
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Sübahir Qurbanovun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə sevgisi üzə çıxıb. İntəhası generalın sevgisi dahi şairin qəzəllərinə, şeirlərinə vurğunluğunda ifadə olunmur. Məsələ burasındadır ki, generalın həbsindən sonra onun Bakının Əhməd Cavad, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində və Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışlar aparılıb. Mənzillərdən çoxlu sikkələr, bahalı qələmlər, xüsusi hazırlanmış şahmat və digər qiymətli əşyalar götürülüb.
Qiymətli əşyalar içində 1996-cı ildə Mərkəzi Bankın ilk dəfə olaraq tədavülə buraxdığı Məhəmməd Füzuli sikkələri də olub. Cəmi 11 ədəd sikkənin ümumilikdə bazar qiymətinin nə qədər olduğu bilinmir.
Mərkəzi Bankın saytında yer alan məlumatlardan belə aydın olur ki, Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyi münasibətilə gümüş yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətinə sifariş olunub. Yubiley pul nişanının üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur “Leyli və Məcnun” poemasından bir səhnə əks etdirilib. Yubiley pul nişanı nominal dəyəri ilə Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.
Əsas parametrlər isə belədir Buraxılış ili: 1996 Nominalı: 50 manat Metalı: Ag 925 Çəkisi: 38.61 qr Diametri: 38.61 mm Keyfiyyəti: Pruf Buraxılış limiti: 2900 ədəd
Arestant generalın çoxsaylı evlərindən çıxan təkcə dahi şairin siması olan sikkələr olmayıb. S.Qurbanovun Əhməd Cavad küçəsindəki evindən üzərində Avstriya İmperatoru Frans İosifin rəsmi əks olunmuş kulon, oval formalı 1 ədəd qədim sikkə, mirvari qaşlı sırğa, ağ və qəhvəyi rəngli 6 ədəd mirvari qaşla bəzədilən üzük, üzərində “Geneva” sözü yazılmış qolbaq saat tapılıb. Onun S.Vurğun küçəsindəki evindən isə xeyli sikkə aşkar edilib. Belə ki, həmin mənzildən “Zeyvə” xalçası, üzərində Heydər Əliyevin təsviri olan döş nişanı, üzərində “Naxçıvan Muxtar Respublikası, 1924-2009, 85 il, Azərbaycan Respublikası, 5 manat” yazıları olan gümüşü rəngli 10 ədəd sikkə, xarici ölkələrdə istehsal olunan 100-300 dollar dəyərində qələmlər, üzərində 90 il, “Heydər Əlirza oğlu Əliyev” yazısı olan sarı metaldan 1 ədəd sikkə, üzərində qılınc və aypara təsviri olan 2 ədəd sarı və gümüşü metaldan hərbi aypara, “Longines” markalı qol saatı, “Frederigue Constanat” markalı, qəhvəyi rəngli kəməri olan 1 ədəd qol saatı, “Dupont” markalı üzərində ağ rəngli qaşları olan 1 ədəd gümüşü metaldan qələm, “Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurları, 1 ədəd “Canon” markalı İXUS 75 modelli fotoaparat, üzərində ayı şəkli həkk olunmuş sarı-gümüşü rəngli 1 ədəd xəncər, üzərində “İCE Special Agent” yazısı olan gümüşü rəngli metaldan 1 ədəd nişan aşkar edilərək götürülüb.
Sübahir Qurbanovun bağ evindən isə üzərində “Heydər Əliyev” yazılmış 3d formatlı 1 ədəd portret, sarı metaldan olan 1 ədəd xəncər, 1 ədəd “Visconti” markalı qələm, üzərində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri yazılmış 1 ədəd hədiyyə kompoziyası, 1 ədəd “maurice lacrtix” markalı qol saatı, 1 ədəd “İst dupont” markalı qələm, 4 ədəd disk, 2 ədəd audio kasset, 1 ədəd “FU HUANG” markalı qol saatı, kamotun siyirməsində olan 1 ədəd “CHOPARD” markalı stolüstü saat, DVR markalı videogörüntü əks etdirən kamera nəzarətinə aid aparat, nağd pullar və sənədlər aşkar edilərək götürülüb. Generalın bağ evindən çoxlu sayda sikkələr, qolbaqlar, boyunbağı, kulonlar, sırğa, 11 üzük, video kaset və əlyazmalar olan kitabça götürülüb. Əhməd Cavad küçəsindəki digər evindən isə 3-5 min dollar dəyərində üzərində “MARCO BİCEGO” sözləri yazılan 1 cüt sırğa, üzüklər, qolbaqlar, qələmlər, üzərində çoxlu sayda “RC” yazılan qutunun içərisində komplekt (1 cüt sırğa və 1 ədəd boyunbağı), üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd qaşlı üzük, 1 ədəd boyunbağı, 1 cüt sırğa, üzərində “Valcambi suisse” sözləri yazılan sarı metaldan dairəvi 1 ədəd sikkə, göy rəngli qutunun içərisində sarı metaldan dairəvi formada 2 ədəd 10-luq, 7 ədəd 5-lik sikkələr, üzərində “AUSTRALİAN KANGAROO” sözləri yazılan 1 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası 100 manat” sözləri yazılan 1 ədəd sikkə, şüşə materialdan olan qutunun içərisində üzərində “ELİZABETH II AUSTRALİA” sözləri yazılan 3 ədəd dairəvi sikkələr və nağd pullar aşkar edilərək götürülüb.
Bəs generalın evindən çıxan sikkələrin real bazar qiyməti nə qədərdir? Belə sikkələri Mərkəzi Bank nə məqsədlə buraxır?
2001-2005-ci illərdə Mərkəzi Bankda şöbə rəisi vəzifəsində çalışmış, hazırda “Antikollektor” MMC-nin direktoru olan iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, xatirə sikkələri illər öncədən dövriyyəyə buraxılıb və belə sikkələri əsasən əntiq əşyaların satıldığı mağazalardan almaq olar: “Qiymətləri haqda konkret söz demək çətindir. Nominal 50 manat göstərilsə də, faktiki qiyməti dəfələrlə artıq olur. Məhəmməd Füzulinin siması ola sikkələri Bakıdakı əntiq əşyalar satılan mağazalardan, Mərkəzi Univermaqdan almaq olar”.
Ə.Həsənov vəzifəli şəxslərin belə əntiq əşyalara böyük marağının varlığının kimsəyə sirr olmadığını da söylədi: “2900 sikkənin böyük əksəriyyətinin vəzifə sahiblərində olması təbiidir. Çoxlu pulları var, alıb yığırlar. Generalın evindən cəmi 11 dənə sikkə çıxması təəccüblüdür. Belə sikkələrin qiyməti qramına bağlı deyil. Sikkələr bir növ həmin çəkidə, eyni qiymətli metaldan olan məmulatlardan qat-qat, elə vaxt olur ki, 10, hətta 100 dəfə baha olur. Bunu şərtləndirən həmin sikkələrin sayı, məhdud çərçivədə olan şəxlərin əlində olması ilə əlaqəlidir. Əntiq əşya kimi alınır-satılır deyə qiyməti də bahadır”.
Qeyd edək ki, S.Qurbanov Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (rüşvət alma, külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur. İttihamlar təsdiqlənsə, generalın çoxsaylı evlərindən götürülən, dəyəri milyonlarla ölçülən var-dövlət müsadirə olunacaq. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|