“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır - Sənədlər...
Tarix: 11-02-2017, 09:09 | Çap et
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
DİA.AZ: - Redaksiyamıza Sumqayıt sakini ,Nəcəfov İrza Məmiş oğlu tərəfindən müdafiə naziri , general-polkovnik Zakir Həsənova ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur. İrza Nəcəfov müdafiə nazirinə müraciətində 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə işrirak etdiyi halda və bu barədə sənədləri olduğu halda Qarabağ veteranı statusunu ala bilməmisəndən şikayətçidir. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

" Cənab nazir yazıb sizə bildirmək istəyirəm ki, mən Nəcəfov İrza Məmiş oğlu Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatlarında,Qubadlıda döyüşdüyüm halda mən 25 ildir Qarabağ veteranı satusunu ala bilmirəm. 1992-ci ildə Veteranlar Haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.Ancaq mən Qarabağda vuruşduğum halda və bu haqda o zaman mənim hərbi biletimdə,digər sənədlərdə rəsmən qeyd olunsa da mən bunu sübut edə bilmirəm,mənim erməni qəsbkarlarına qarşı vuruşmağım , Qarabağ veteranı olmağım təsdiq olunmur.

Qeyd edim ki,1992-ci ildə Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışam,düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmişəm. Dəfələrlə Sumqayıt hərbi komissarlığına müraciət etməyimə baxmayaraq mənə hər dəfə cavab verirlər ki, “sən adda admın adı döyüşçü kimi bizdə yoxdur. Sübut edə bilmirəm ki, döyüşlərdə olmuşam. Mənə bu barədə vəsiqə vermirlər.

Halbuki mən Qubadlının müdafiəsində tankçı kimi 4 ay vuruşmuşam, mənə o boyda texnika verilib, “BMP-2” -nin ekipaj komandiri olmuşam. Mən SSRİ dövründə əsgərlikdə Kiyev Ali Hərbi Tank Mühəndisləri Məktəbində tank idarəetməsi üzrə instruktor kimi 1983-1985-ci illərdə xidmət etmişəm, sürücü-mexanik olmuşam. Əvvəllər mən 6 ay “Uçebka” – təlim toplanışında olmuşam sonra isə həmin hərbi məktəbə göndərdilər və orada kursantlara tank sürmək üzrə təlim geçmişəm.

Müstəqillik dövründə, 1992-ci ilin təxminən mart-aprel ayında hərbi xidmətə çağırış üçün bildiriş gəldi,mən də getdim. 29 yaşım var idi. Podpolkovnik İsrafilovun (adı yadımda deyil) qəbuluna gəldim.Soruşdu “nə sənədin var?”göstərdim bütün sənədlərimi. Soruşdu “əlilsən?” dedim bəli.( 3-cü qrup əlil idim.Bel fəqərəmdə əzik olduğuna görə ayağıma da təsir etmişdi) Dedi ki, sən xidmətdən azadsan. Tacəddin adlı “Praporşik” də vardı orada .. Podpolkovnik İsrafilov dedi ki,səni aparmağa ixtiyarımız ,icazəmiz yoxdur. Mən dedim mən

könüllü gedirəm. Onda İsrafilov dedi ki, ərizə yaza bilərsən.Ərizəmi yazdım ,təsdiq elədi.Sənədlərimi o zaman səhv etmirəmsə Sumqayıt hərbi komissarı olan Qarayevə verdi. Dedi bu daha sənin öz işindi, biz sənə cavabdeh deyilik . O zaman keçmiş hərbi mütəxəssislərə ehtiyac var idi. Məni könüllü kimi sənədləşdirdilər. O zaman Milli Ordunun təzə yaranan vaxtları idi .Biz könüllülər ,çağırışçılarla bir yerdə xidmətə başladıq.

Bizi göndərdilər Salyan kazarmasına.Orda mənim kimi mütəxəssislər yığılmışdı.Bir müddət hərbi toplanışda- “sborda” təlim keçəndən sonra bizi göndərdilər Üçtəpəyə poliqona .Poliqonda təlimlər keçəndən sonra bizə evə buraxdılar və dedilər ki, gözləyin nə vaxt çağırış gəlsə sizi çağıracayıq .Avqust ayının əvvəlləri idi , hərbi komissarlığın əməkdaşı qapını döyüb dedi ki, hazırlaş göndərişdir.Hərbi paltarı geyinib getdim Bakıdakı komissarlığa. Oradan isə bizi əmrlə göndərdilər Prişibə-indiki Göytəpəyə.Orda tank hərbi hissəsi var idi. 5-10 gün bizi yoxladılar,texnika ilə təmin etdilər, mərmi atmağ,tank sürmək kimi yenidən təlimlər keçdilər. Ekipaj komplektləşdi. Ekipajımızda mexanik ,”navodçik” var idi,mən də ekipaj komandiri oldum.Bir müddətdən sonra tankları eşolona qoydular biz cəbhə bölgəsinə -Horadizə yolladılar.Oradan isə Qubadlıya.Orda Milli Qəhrəman,rəhmətlik Əliyar Əliyevin batalyonunda 5 gün qalandan sonra Qubadlının Güləbirddə yerləşən batalyonuna qoşulduq. Bundan sonra döyüşlərdə iştirak etdik. Noyabr ayına qədər döyüş əməliyyatlarında ekipajımla ikrirak etdim . Noyabr ayında bizi qanuni şəkildə əmrlə tərxis etdilər.Bu haqda Qərargahın imzası

da var.Yəni bütün xidməti dövrüm aşıq-aşkar səndələrdə öz əksini tapıb. Biz 15 nəfər idik və noyabr ayı 100 günlük “sbor” un müddəti qurtardı. Əslində “sbor” elə Üçtəpədə qurtarmışdı. Amma biz Qubadlıya hərbi ezamiyyətə göndərilmişik,müddətimizdən artıq xidmət etmişdik.

O vaxt müdafiə naziri Rəhim Qazıyev idi.Qərargahın rəisinin tərxis olunmağımız baradə sənəddə imzası var. Özbaşına çıxıb gəlməmişəm. 5-ci batalyonun tərkibində Suarası , Fərcan

və digər kəndlərdə gedən döyüşlərdə iştirak etmişəm .Bizdə insan itkisi olmayıb, texnika itkisi olub,hara deyib komandanlıq, BMP-ni ora da sürmüşəm.Biz Lənkəran diviziyasının təkibində gedirdik sənəddə idi.Tərkibində vuruşduğumuz və orada bizim birbaşa tabeçiliyində olduğumuz Qubadlının 5-ci batalyonun komandiri Vaqif Cabbarov idi .

İndi isə mənim Qarabağ veteranı statusu almaq üçün müraciət etdiyim komissarlıqdan isə deyirlər ki, mən adda adamın ümumiyyətlə döyüşlərdə iştirak etməyi haqda heç bir sənəd yoxdur.

Tərxis olunandan sonra mən bir müddət Rusiyada yaşadım.Qayıtdıqdan sonra da gəldim dediyim kimi dəfələrlə Sumqayıt hərbi komissarlığına müraciət etmişəm onlarda sorğu göndərib və hər dəfə də onlara eyni cavab gəlirdi ki,belə adam döyüşçü kimi qeydiyyatda deyil onlarda.

Əvvəllər cavab birbaşa müraciət edənə yox ,yerli hərbi komissarlığa gəlirdi. İndi isə bildiyimə görə Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsi müraciət edənin ünvanına cavab göndərir.

Mənə maraqlı gələn odur ki,necə ola bilər ki,mənim hərbi xidmətim haqda heç bir məlumat olmasın.

Ola bilməz ki ,neçə millyonluq “BMP 2” sürə-sürə,nə qədər texnika bizim ixtiyarımızda ola-ola və bütün əmrlər,arayışlar ,sənədlər olduğu halda arxivdə bu barədə heç bir məlumat olmasın. Döyüş əməliyyatlarında iştirak etmişəm ,məzuniyyət kağızlarım var belə . Məzuniyyəti 1-ci döyüşdən sonra veriblər mənə.1-ci döyüşdə bizim ekipaj 10 nəfərlə ermənilərin qabağını aldı .Həmin döyüş zamanı bizimlə çiyin-çiyinə vuruşan əsgərlər güllələrini boşaldıb geri çəkildilər, dedilər bizim gülləmiz yoxdur. Biz BMP-lərlə qabağa getdik, kəndin aşağısından da bizim döyüşçülər avtomat atəşlərini düşmənə yağdırdılar.Biz fənd işlətdik.Ermənilər sayca çox və texnika üstünlüyünə malik olsa da biz rabitə bizə əlavə qüvvələrin köməyə gəlməsini öz aramızada danışdıq .Bilirdik ki,ermənilər danışıqları dinləyir. Ermənilər elə bildi ki , bizə köməyə xeyli sayda desant gəlib və mövqelərini tərk edib geri çəkildilər. SSRİ zamanında mənə verilən hərbi biletdə də sonradan müstəqillik dövründə qeyd olunub ki, “Qarabağ döyüşlərində iştirak edib”.Belə çıxır ki sənədin möhürünü mən özüm vurmuşam, saxtadır?! Bu sənədi qəbul etmirlər. Özü də mən əlil ola -ola getmişəm müharibəyə . Mən getməyə də bilərdim və heç kimdə məni aparmazdı,amma mən könüllü getmişəm və bun agörə sevinirəm. Çünki vətənimin dar günündə laqeyd qala bilməzdim.

Hər dəfə sorğuya rəsmi cavab gəlib ki, döyüşlərdə iştirak edən adam kimi qeydiyyatda deyil. Mənimlə vuruşanların bir çoxu mənə deyib ki ,biz hərbi kitabçanın köhnəsini verib təzəsini almışıq. Onlara heç bir problem olmadan Qarbağ veteranı statusu verilib. Silahları,texnikanı hamısını qayıtdıqdan sonra qərargaha qaytarmışıq .Xidmət müddədim qanuni və rəsmi şəkildə,dövlət səviyyəsində olub və bu mənə verilən sənədlərdə də dediyim kimi qeyd olunub. Mən müharibəyə getməmişdən öncə “obşepit”də işləyirdim mənə işdən müdür dedi ki, sən aşbaz kimi gedəcəksən cəbhəyə .Mən də razı olmadım, dedim döyüşçü kimi gedəcəm.

Hörmətli nazır Zakir Həsənov! Xahiş edirəm mənim Qarabağda döyüşməyim öz təsdiqini tapması üçün müvafiq orqanlara göstəriş verəsiniz ki,bu məsələni obyektiv araşdırsınlar və mənim haqqım bərpa olunsun. Hətta bu haqda məlumat Müdafiə Nazirliyinin arxivində hansısa səbəbdən olmasa belə bu qədər sənəd ola-ola bunu müəyyən etmək güman edirəm elə də çətin məsələ deyil. Mənə veteren kitabçasından və bunun üçün verilən müavinətdən çox məsələnin mənəvi tərəfi çox pis təsir edir. Mən Qarabağda vuruşduğum halda mənə deyilir ki, sən adda adam olmayıb orda.

Hörmətlə ,keşmiş döyüşçü, 3-cü qrup əlil Nəcəfov İrza Məmiş oğlu”

Sumqayıt şəhəri, 13 mk/r , bina 22, mən.48

Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır
Keçmiş Qarabağ döyüşçüsü haqqını arayır









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru