Eldar Həsənov-Eldar Mahmudov: Korrupsiya tandemi... - FOTOFAKT
Tarix: 13-02-2017, 07:53 | Çap et
DİA.AZ: - Keçmiş baş prokuror, Azərbaycanın hazırda Serbiyada, əvəllər Rumıniyada səfiri olmuş Eldar Həsənovun korrupsiya cinayətləri, müxtəlif qanunsuz və qaranlıq əməlləri haqqında üzə çıxan faktların, məlumatların arası kəsilmək bilmir. Bu dəfə DİA.AZ-a daxil olan məlumatda onun Azərbaycan dövlətinin ən əsas strateji qurumlarından biri, dövlətin bel sütunu sayılan keçmiş Milli Təhlükəsizlik Nazirliyini korrupsiya və reket yuvasına çevirmiş və buna görə də vəzifəsindən çıxarılaraq cinayət şəbəkəsinin üzvləri həbs olunan sabiq nazir Eldar Mahmudovla yaxın münasibətləri, işbirliyi haqqında faktlar təqdim olunub.
dia-az.life-a yazan mənbə iddia edir ki, Eldar Həsənovun hələ Rumıniyada səfir olarkən Eldar Mahmudova göndərdiyi boğazdan yuxarı tərif dolu məzmunlu, “dərin hörmət” sonluğu ilə yazılmış təbrik məktubu çox mətləblərin üstünü açan sübutdur. Məktubla bərabər ötürülən digər məlumatlardan da bunu aydın görmək olar. Hələ MTN-lə bağlı hadisələrin baş verdiyi ilk vaxtlarda E.Həsənovun müəmmalı bir rumın şirkətinin Azərbaycanın kiber təhlükəsizliyi sahəsindəki layihədə iştirakını Eldar Mahmudovun razılığı ilə təmin etməsi haqqında mətbuatda yazılar getmişdi. O zaman haqlı olaraq sual edilirdi ki, niyə ölkə üçün belə həssas və strateji layihə məhz informasiya texnologiyaları sahəsində inkişaf etmiş ölkə sayılmayan Rumıniya şirkətinə verilir? Bunun bir korrupsiya qurğusu ola bilməsi ehtimalı yüksək idi.
Həqiqətən də, necə olmuşdu ki, E.Mahmudov birbaşa öz vəzifə dairəsinə daxil olan kibertəhlükəsizlik kimi bir sahəyə E.Həsənovun gətridiyi, sonradan rəhbəri Rumıniyada korrupsiya ittihamları ilə məsuliyyətə cəlb olunan şirkəti buraxmışdı. Son bir ildə keçmiş MTN-lə bağlı baş verən hadisələr, dövlətin bu strateji qurumunun cinayət və korrupsiya bataqlığına döndərilməsinə dair üzə çıxan faktlar əslində bu suala cavab tapmağa imkan verir.
Lakin açıq qalan məsələ isə baş prokuror olduğu zamanlarda törətdiyi saysız-hesabsız qanunsuzluqların ardınca Rumıniya və Serbiyadakı korrupsiya maxinasiyalarının üstü Azərbaycan, rumın, balkan və digər beynəlxalq mediada açılmış Eldar Həsənovun keçmiş MTN və onun sabiq rəhbəri Eldar Mahmudovla hansı münasibətlərdə olması haqqında yeni məlumatlardlr. Həmin məlumatlara görə E.Həsənov Rumıniyada səfir olduğu vaxtlarda səfirliyə keçmiş MTN-in rezidenti olaraq Orxan Nəzərov adlı bir şəxs təyin olunub. Şübhəsiz ki, həmin vaxt milli təhlükəsizlik naziri olan E.Mahmudov tərəfindən bu vəzifəyə göndərilən rezidentin Azərbaycanın maliyyə-vergi sistemində yüksək vəzifələr tutmuş və Eldar Həsənovla yaxın bir şəxsin oğlu olduğu bildirilir.
Təsadüfi deyil ki, məhz bu səbəbdən səfirlikdə rezident olduğu illər ərzində Orxan Nəzərov Eldar Həsənovun faktlarla sübuta yetirilmiş rumın və moldovan kriminal dairələri ilə əlaqələri, kazino biznesinə bağlılığı, səfirliyin möhürünün və gizli sənədlərini moldovan əsilli katibələrinin ixtiyarına verməsi, bununla da Azərbaycan dövlətinə dair məxfi, həssas informasiyanın əcnəbi şəxslərin əlində olması, Rusiyanın Lukoyl şirkətinin Rumıniyadakı nümayəndəliyinin rəhbəri ilə əlbir olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Buxarest təmsilçiliyinə qarşı rumın jurnalistə pul verərək yazılar dərc etdirməsi kimi birbaşa Azərbaycanın milli təhlükəsizliyinə qarşı olan hərəkətlərinə nəinki göz yumub və bunlara qarşı heç bir tədbir görməyib, hətta Eldar Həsənovun ARDNŞ-ə qarşı iftira və böhtan fəaliyyətinin iştirakçısı olub.
Bu son faktlar göstərir ki, E.Həsənovun əvvəlki araşdırmalarda üzə çıxarılmış Azərbaycanın Rumıniyada və Serbiyadakı səfirliklərinin əməkdaşları, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulmasında ittiham edilən rumın, moldovan və rus iş adamları, XİN-in, Nazirlər Kabinetinin, Maliyyə nazirliyinin rəhbər şəxslərinə qədər uzanan korrupsiya şəbəkəsinin keçmiş MTN-lə də bağlılığı olub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun təyinatı ilə səfirliyə rezident kimi göndərilən şəxs dövlət qarşısında öz vəzifələrini yerinə yetirmək əvəzinə Eldar Həsənovun çirkin oyunlarının iştirakçısı olub. Təsadüfi deyil ki, məhz Orxan Nəzərovun Rumıniyadakı səfirlikdə rezident olduğu dövrdə Eldar Həsənov qeyri-sağlam reputasiyaya malik Qabriel Komanesku adlı rumın biznesmeni prezident İlham Əliyevə təqdim edərək Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki fəxri konsulu təyin etdirib. Bu yaxınlarda isə rumın mətbuatı Komaneskunun korrupsiya fəaliyyəti barədə araşdırma apararaq onun Eldar Həsənovla qaranlıq əməkdaşlığını üzə çıxarıb. Şübhəsiz ki, E.Həsənov mənfi reputasiyalı bu şəxsi Azərbaycan prezidentinə fəxri konsul kimi havayı tövsiyə etməyib. Bütün bunlar isə MTN rezidentinin, deməli Eldar Mahmudovun və XİN rəhbərliyinin məlumatı olması şəraitində baş verib. Onlar da öz növbələrində yəqin ki, Azərbaycanın nüfuzuna zərər gətirən bu natəmiz işlərin qarşısında susmağı, üstəlik Eldar Həsənova köməyi müftə etməyiblər.
Daha sonra dia-az.life-a yazan mənbə iddia edir ki, hazırda Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılaraq cinayət şəbəkəsinin üzvləri həbsə alınıb mühakimə edilsələr də, Eldar Həsənov başda olmaqla digər şəbəkəyə hansısa səbəbdən hələ də toxunulmur. Bütün haqqında danışılan faktları araşdıraraq lazımi addımlar atmaq isə artıq tarixin arxivinə verilmiş MTN-i əvəz etmiş Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin birbaşa vəzifələridir. Azərbaycan hakimiyyəti qəbul etməlidir ki, korrupsionerin, dövləti cinayətlər törədənin birini məsuliyyətə cəlb edib başqalarına dəyməmək dövlət üçün daha ağır problemlər gətirməkdə davam edəcək.
Bu, Azərbaycanın digər dövlətlər, konkret olaraq Rumıniya və Serbiya ilə ikitərəfli münasibətlərində ciddi narazılıqlar yaradacaq potensialında olan məsələdir.
Xatırladaq ki, yerli və beynəlxalq mətbuatın araşdırmaları nəticəsində Azərbaycanın keçmiş baş prokuroru, uzun müddət Rumıniyada səfiri olmuş, hazırda Serbiyadakı səfiri Eldar Həsənovun ciddi korrupsiya əməllərinin təşkilatçısı olduğu aşkara çıxarılıb. Onun yaratdığı Azərbaycan-Rumıniya ticarət palatasına daxil olan şirkətlər mütəşəkkil cinayətkarlıq, milyonlarla dollar çirkli pulların yuyulmasında ittiham edilib. Fəaliyyəti üçün Azərbaycan dövlətindən külli miqdarda vəsait aldığı Qara dəniz-Xəzər dəniz əməkdaşlıq fondu adlı digər təşkilatının ofis ünvanlarının isə saxta olduğu müəyyənləşdirilib. Fond üçün pul almaq məqsədilə E.Həsənov Prezident Administrasiyasına yalan məlumat verərək əslində özünün yaratdığı təşkilata guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alacağını da deyib. Sonradan onun ermənilərlə də müəmmalı əlaqələri və görüşləri haqda mətbuatda məlumatlar yayılıb.
E.Həsənovun hazırda pul mənimsəmək üçün yaratdığı növbəti təşkilatın isə Azərbaycan-Monteneqro iqtisadi və mədəni mərkəzi adlı qurum olduğu ehtimal edilir.
dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|