Qusarda kəndlilər nədən əziyyət çəkir? - GİLEY
Tarix: 27-10-2017, 09:03 | Çap et
Kəndlinin əsas gəlir mənbəyi becərdiyi məhsuldur. Kəndli min əziyyətlə məhsulu əkib-becərirsə və onu bazara çıxarıb sata bilmirsə, onun dolanışığının necə olacağını təsəvvür etmək çətin deyil. Qusar rayonunda əkin-biçinlə məşğul olanların əksəriyyəti də bu vəziyyətdədir.
Rayon camaatı məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər. Qusarın Sudur, Kişan, Düztahir, Mucuq, Əcəxur Yarqun, Tahircal və Çetkun kəndlərinin camaatı bu vəziyyətdən əziyyət çəkir. Onların sözlərinə görə, Bakıda və ətraf rayonlarda kartofun kilosu 60-80 qəpik aralığında dəyişsə də, bu kəndlərin camaatı becərdikləri kartofu heç 30 qəpiyə də sata bilmir. Məhsul anbarda qalaraq məhv olur və onların bir illik zəhməti demək olar ki, hədər gedir. Kənd camaatı onu da vurğulayır ki, rayonun öz bazarında İran və Türkiyə kartofu baha qiymətə satılır. Amma onların öz məhsulu tələf olur, onu iki dəfə ucuz qiymətə sata bilmirlər. Sakinlər səbəbi süni müdaxilədə görürlər: "Biz bazara məhsulu çıxarırıq, amma "bazar qoçuları" bizi dərhal uzaqlaşdırır, məhsulumuzu satmağa imkan vermirlər". Sputnik Azərbaycan-ın bölgə müxbiri bu problemlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması İdarəsinin baş məsləhətçisi (aqronom) Akif Qurbanova müraciət edib. O bildirib ki, hazırda rayonda təzə bazar fəaliyyət göstərir və bazar bütün kəndlilərin üzünə açıqdır. O, kənd sakinlərinin şikayətini əsassız sayıb. "Kənd sakinlərinin bütün narazılıqları əsassızdır. Hal-hazırda istənilən kəndli məhsulunu bazara çıxarıb sata bilər. Biz yeni bazar açmışıq və orada məhsul satmaq üçün istənilən qədər piştaxta var" – deyə İH rəsmisi bildirib. Qurbanov, "camaat isə deyir ki, "bazar qoçuları" kəndlilərin qarşısını kəsirlər və yerli məhsulu bazarda satmağa qoymurlar" sualına da etiraz edib: "Belə bir hal ola bilməz. Əgər belə bir halla qarşılaşsaq, bunun qarşısı qəti sürətdə alınacaq. İstənilən kəndli bu məsələ ilə bağlı bizə müraciət edə bilər".
Kənd sakinləri isə bu sözləri rayon rəhbərliyinin dilindən əvvəllər də çox eşitdiklərini, amma bununla problemlərinin həll olunmadığını bildirirlər. Onların sözlərinə görə, rayon rəhbərliyi mətbuata hər şeyin qaydasında olduğunu, bazara məhsulun çıxarılmasında problem olmadığını deyir. "Özləri də yaxşı bilirlər ki, bazarda hansı problemlər var. "Bazar qoçuları"na fironluq etməyə özləri şərait yaradıblar. Çünki o qoçuların rayon rəhbərliyi ilə birbaşa əlaqəsi var və onlar bəzi qurumlara haqq ödəyirlər. Buna görə də, rayon rəhbərliyi onların özbaşınalığının qarşısını almır" – deyə adının çəkilməsini istəməyən Düztahir kənd sakini bildirib. Qusarlılar qeyd edirlər ki, onların məhsulunu çox ucuz qiymətə alıb, 2-3 qat bahasına satanlar da var. Beləliklə, bazarda süni bahalıq yaradırlar. İnsanlar məhsulu sata bilməyəndə də, növbəti il onu becərmək əziyyətinə qatlaşmaq istəmir. Onda da bazarda qıtlıq yaranır və bahaçılıq baş alıb gedir. İstənilən halda, zərbə yenə də kəndliyə dəyir. Bazara nəzarət edənlərin isə vecinə deyil. Onlar onsuz da, istənilən halda qazanırlar. Qusar camaatı inanır ki, onların problemi KİV-də işıqlansa, əlaqədar orqanlar məsələdən xəbər tutar və onları çıxılmaz vəziyyətdə qoyan adamlarla bağlı ölçü götürər. "Prezidentimiz də deyir ki, kənd təsərrüfatını inkişaf etdirmək, bazara təbii məhsullarımızı çıxarmaq lazımdır. O, yerli sahibkarlığın inkişafında maraqlıdır. Amma bəzi məmurlar və onların havadarlıq etdikləri işbazlar yerli sahibkarlara göz açmağa imkan vermirlər. İstəyimiz budur ki, səlahiyyətli orqanlar kəndlilərin üzləşdiyi bu problemin aradan qaldırılmasına kömək etsin" – deyə rayon camaatı bildirir. Onlar əlavə edirlər ki, hər həftənin şənbə-bazar günləri paytaxtda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında iştirak etmək imkanları yoxdur. Çünki məhsulu paytaxta aparmaq üçün texnika lazımdır. Üstəlik, müvafiq sənədləşdirmə işləri də aparmaq lazımdır ki, bu da xərc tələb edir. Ona isə kəndlinin imkanı yoxdur. Üstəlik, min cür əziyyətlə məhsulu gətirib Bakıya çıxarsalar da, paytaxtdakı işbazlar da onlara yarmarkalarda məhsul satmağa imkan vermirlər. "Bizə deyirlər ki, məhsulunuzu su qiymətinə bizə verib, bazardan aralaşın. Bilirlər ki, biz uzaq yoldan gəldiyimiz üçün, başqa çarəmiz yoxdur. Məhsulu geri aparmaqdansa, dəyər-dəyməzinə onlara satıb gedəcəyik…" — kəndlilər qeyd edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|