Çovdarovun tikinti sektorundakı adamlarından biri imiş... - Belə deyirlər...
Tarix: 18-12-2017, 08:59 | Çap et
“Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası ilə bağlı doqquz il əvvəl başlamış qalmaqal yeni məcraya yönəlib. Belə ki, tikinti şirkətinin rəhbəri Cahangir Alışov həbs edilib. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.(virtualaz.org)
Zərərçəkən vətəndaşların mənzil probleminin illərdir ki, KİV-də işıqlandırılmasına baxmayaraq, 2006-ci ildə nəğd ödənişlə aldıqları mənzillər hələ də onlara təhvil verilməyib. Məlumat üçün deyək ki, binanın tikintisi 2008-ci ilin ortalarından başlayıb. MTK-nın sədri Cahangir Alışov dəfələrlə vəd versə də, vətəndaşlar mənzillərinə köçə bilməyiblər. Buna səbəb mənzillərin eyni vaxtda bir neçə nəfərə satılmasıdır.
Zərərçəkənlərin mənzillərin bir neçə nəfərə satılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq, Cahangir Alışov haqqında ciddi tədbir görülməyib. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılsa da, C.Alışovu həbs etmək qərarı yubanırdı. Məlumata görə, 200-dən çox ailənin 8 milyon manatdan çox pulu mənimsənib.
Cahangir Alışov və vəkili tikintinin yubadılması və mənzillərin bir neçə nəfərə satılması iddialarını rədd edirdilər. Onlar iddia edirdilər ki, binanın yeri daş karxanası olub və daşların kəsilməsi vaxt aparıb, üstəlik dövlətin qərarı ilə tikinti 2 ilə yaxın dayandırılıb. Onlar binanın 2015-ci ilin sonunda bina təhvil veriləcəyini vəd etmişdilər. Cahangir Alışovu binada cəmi 12-13 evin mübahisəli olduğunu bildirirdi.
2016-cı ildə binanın tikintisi əsasən tamamlansa da, Cahangir Alışov binanı təhvil verməyib. Maraqlıdır ki, Cahangir Alışov “Yeni Yasamal” MTK-dan başqa “Yüksəliş C”MTK-nin təsisçisi, “Bərpa Tikinti” MMC-nin direktoru, “Karvan 2010"ticarət mərkəzinə rəhbərlik edib. Bu qədər geniş imkanların ona yaradılması haqlı şübhələr yaradıb. Əcaba, MTK rəhbərini kim himayə edib?
2015-ci ildə “MTN işi” üzə çıxanda mediada belə xəbərlər yayıldı ki, Cahangir Alışovun himayəçisi MTN generalı Akif Çovdarov imiş. Şikayətçilər iddia edirdilər ki, A.Çovdarovla yaxın dostluq münasibətlərindən istifadə edən MTK rəhbəri bu səbəbdən illərdir ki, “toxunulmaz” qala bilib. İddia olunurdu ki, Cahangir Alışov Akif Çovdarovun vasitəsi ilə kiçik oğlunu MTN Akademiyasına da düzəltdirib. Daha bir maraqlı xəbər isə bu idi ki, Masazır qəsəbəsində Akif Çovdarovun işgəncə məkanı kimi istifadə edilən istixanalarını da MTK rəhbəri tikib.
Çovdarovun həbsindən sonra isə MTK rəhbəri “valı dəyişib” və bu dəfə özünü MTN çetesinin qurbanı kimi qələmə verməyə başlayıb. Cahangir Alışov və daha bir nəfər məhkəmədə Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.
Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov (o da MTN-də işləyib) isə məhkəmə ifadəsində MTK sədri haqda ilginc məqam açıqlamışdı. R.Əmircanov demişdi ki, Cahangir Alışovun MTN-ə dəvət edilməsi xəbərinin eşidən şöbə rəisi ona “inşaatla məşğul olan Cahangir Alışov Akif Çovdarovun yaxın adamıdır və bu işdən uzaq durun” xəbərdarlığını edib.
İstixanaların tikilməsinə gəlincə, Cahangir Alışov deyib ki, Masazırda görülən işlər üçün Akif Çovdarovun onu 250 min dollar xərcləməyə məcbur edib. Generalın sahibi olduğu istixananın direktoru- “Bəhrə-2010" MMC-nin sahibi isə məhkəmədə iddiaları rədd edərək həmin işlər üçün bütün pulları öz əli ilə kassadan verdiyini demişdi.
“YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|