Mikayıl Cabbarov Fazil Məmmədovun "Rza Zərrab"larını ifşa edə biləcəkmi? - GƏLİŞMƏ
Tarix: 29-12-2017, 09:27 | Çap et
Yeni ildən bizi sayılı günlər ayırır.Yola saldığımız il bir çox məqamlarıyla yadda qaldı və mətbuat üçün ən yaddaqalan hadisələrin sıralamasında şübhəsiz ki, Fazil Məmmədovun Vergilər Nazirliyindəki 17 illik “imperator”luğunun sona yetməsi ilk yerlərdən birini tutur. Çünki vergi təkcə ölkə iqtisadiyyatının qan-damar sistemi hesab olunmur, eyni zamanda məmləkət insanının “məmə” deyənindən pəpə yeyəninədək hər kəsin həyatında və güzəranında ölçüyəgəlməz önəm kəsb etdiyindən burada baş verən təlatümlərin hər kəsə dəxli var. Bu baxımdan yola salmaqda olduğumuz ilin son ayında mediada Fazil Məmmədovla başlanan xəbərlərin, şərh və proqnozların dominantlıq təşkil etməsi təbiidir. Eyni zamanda əslində bütün bunların ictimai təftişinin həyata keçirilməsi, baş verənlərin saf-çürük edilərək ictimaiyyətin yaşananlara adekvat olaraq operativ məlumatlandırılması media cameəsinin funksiyalarından və mənəvi borcundan biridir. Çünki ölkə prezidenti qələm əhlini məmnun edən və siyasi leksikonumza daxil etdiyimiz bir ifadəsi ilə ilə damğasını vurub və bizləri özünün köməkçiləri elan edib. Odur ki, prezidentin köməkçiləri olaraq cəmiyyətin informasiya ehtiyyaclarını ödəməkdə sorumluyuq.
Təbii ki, “Fazil Məmmədov niyə işdən kənarlaşdırıldı” sualına cavab axtarmaq yersiz olar. Çünki onun görəvindən alınması üçün səbəblər və əsaslar o qədər idi ki, sadalamağa dəyməz. Amma “niyə məhz indi vəzifədən qovuldu” sualına cavab axtarmağın var. Məsələ burasındadır ki, məhz Fazil Məmmədovun özünəməxsus idarəetmə sistemi və qurduğu rüşvət piramidası yola salmaqda olduğumuz ildə doyma həddinə çatdı və onun bu aqibətlə üzləşməsi gözlənilən oldu. Ölkə sahibkarlığı ağır duruma salındı, işsizlik tüğyan etməyə başladı, Etirazlar və fəryadlar artıq gedib dövlət başçısına çatdı və prezident İlham Əliyev müşavirələrin birində Vegilər Nazirliyini sərt tənqid etsə də Fazil Məmmədov nəinki heç bir nəticə çıxarmadı, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirdi.
İndi yeni nazirə korrupsiya yuvasına çevrilmiş Vergilər Nazirliyindən ağır miras qalıb. O bu sistemdə 17 il ərzində qurulmuş rüşvət və korrupsiya şəbəkəsini darmadağın etmək üçün aylarını verməyə məcbur olacaq. Təbii ki, Mikayıl Cabbarov bunu bacaracaqmı və bu qurumda kök atmış şəbəkəni tamamilə təmizləyə biləcəkmi sualı da aktualdır və cəmiyyət dörd gözlə oradakı total təmizləmə əməliyyatına nə zaman strat veriləcəyini gözləyir. Özü də buradakı təmizləmə əməliyyatı elə aparılmalıdır ki, kimsə kiminsə adamı olduğuna görə sivişib sudan quru çıxa bilməsin. Çünki Fazil Məmmədovun idarəetmə sistemi elə qurulub ki, orada rüşvət və korrupsiya mərəzinə yoluxmamaq sadəcə mümkün deyil və bütün bu neqativlərə rezistentlik göstərərək bu şəbəkənin bir elementi olmaqdan imtina etmək ləyaqətinə sahib səlahiyyət sahibləri barmaqla sayılacaq qədər olar.
Mikayıl Cabbarovun durumunu qəlizləşdirən bir amil də məhz Fazil Məmmədovun anormal vergi idarəetməsinin qanunvercilik bazasını obrazlı desək yenidən söküb yığmaq zorunda qalması, eyni zamanda yarıtmaz vergi idarəçiliyi ucbatından ölkənin zədələnmiş beynəlxalq imicini bərpa etməkdir. Etiraf edilməlidir ki, son illər üzləşdiyi vergi cəhənnəminə görə ölkəni minlərlə xarici şirkət və iş adamı tərk etmək məcburiyyətində qalıb. Bu azmış kimi 2014-cü ilin fevral və 2015-ci milin dekabr devalvasiyalarının ardından ölkənin bank sistemini cənginə almış xaosda da Vergilər Nazirliyi rəhbərliyinin özünəməxsus payı var. İndi Mikayıl Cabbarovun islahatçı komandası təkcə Vergilər Nazirliyində deyil, ölkənin bank sektorunda yaşanan böhranın da baiskarlarını ifşa etməyə məhkumdur. Çünki Məhz Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasın ideyası olan nağd pul kütləsinə anormal nəzarət edilməsi, yəni bir dəfəyə şirkətlərin öz bank hesablarından 30 min manatdan artıq pul çıxarmasının qadağan edilməsi sahibkarlığının qəbirqazanı rolunu oynadı, nəticədə ölkədə belə bir xoşagəlməz mənzərə ilə üz-üzə qaldıq. İndi Mikayıl Cabbarov yerli və xarici şirkətlərə, iş adamlarına hansı metodlarla “vergi cənnəti” və ya “vergi cəhənnəmi” yaradıldığının anatomiyasını öyrənərək vəziyyətə müdaxilə etmək zorundadır. O Fazil Məmmədovun korrupsiyaya qurşanmış komandasının və digər qurumlardakı müttəfiqlərinin törətdikləri əməllərin miqyasını faktlarla, sübutlarla ortaya qoymaq üçün xeyli çaba xərcləməli olacaq. Təbii ki, bu zaman o ciddi müqavimətlə üzləşəcək, bəlli qüvvələr onun bu sistemdəki çirkabı təmizləməsinə mane olacaqlar, ən azı prosesi ləngitmək üçün çeşidli təxribatlara əl atılacaq. Amma bəri başdan media və prezidentin köməkçiləri olaraq yeni nazirə aparacağı islahatlarda birmənalı dəstəkçi olacağımıza zəmanət veririk və təxribatçıları ifşa etmək üçün ayaqdayıq. Çünki yuxarıda da qeyd edildiyi kimi bu, ümummilli məsələdir və baş verənlərin hər birimizə dəxli var. Çünki bu gün vergi sisteminin çirkabdan təmizlənərək saflaşdırılması milli təhlükəsizlik məsələsi qədər önəmlidir və iqtisadiyyatımızın alaq otlarından təmizləyərək adını qızıl hərflərlə müasir Azərbaycanın iqtisadiyyatnın xilaskarı kimi yazdırmaq üçün Mikayıll Cabbarova tarixi fürsət verilib. Ümid edək ki, o bu tarixi missiyanı uğurla həyata keçirəcək və onun islahatçı obrazına bəslənən ümidi doğruldacaq.
Sonda hörmətli nazirin diqqətinə bir məqamı çatdırmaq istərdik. Unutmaq olmaz ki, qardaş Türkiyə bu gün Rza Zərrab kimi bir “iş adamı”nın əsirinə çevrilib. Təbii ki, burada “Sem dayı”nın saman altdan su yeritməsi və bu yolla Türkiyəni ram etmək niyyəti appaçıq görünür. Amma o da etiraf olunmalıdır ki, çoxpilləli korrupsiya fakt ortadadır və Rza Zərrab zamanında Türkiyədə onun üçün yaradılmış vergi cənnəti səbəbindən əlindəki çirkli milyardların hesabına ölkənin bank sistemini çirkaba bulaşdırmağı bacarıb. Yəni tək bir Rza Zərrab olayı bu gün Türkiyə üçün FETÖ qədər baş ağrısına və əsəb gərginliyinə səbəb olub. Azərbaycanda da Rza Zərrablar az deyil və əllərindəki rəsmi kapital o qədər olmasa da Azərbaycanı beynəlxalq miqyasda rüsvay etməyə yetəcək səviyyədədir. Ona görə də Mikayıl Cabbarov günahkarları tezliklə axtarıb ifşa etmək istəyirsə ilk növbədə ölkənin bank sistemində yaşananların monitorinqini həyata keçirməlidir. O zaman aydın olacaq ki, hansı banklar niyə çökdürüldü, hansı banklar çirkli pulların yuyulmasında dominantlıq edib, hansı banklar minlərlə sahibkarın qəbirqazanına çevrildiyi hansı məmurlara yaxın şirkətlər üçün vergi cənnəti yaradıb. Obrazlı ifadə edilsə, banklar ölkə iqtisadiyyatının başına necə oyun açıldığını təfsilatıyla öyrənmək üçün ultrasəs müayinəsi və ya rentgen aparatı rolunu oynayır. Yəni məhz banklarda son illər ərzində həyata keçirilən əməliyyatları monitorinq edərək kimin kim olduğunu ortaya qoymaq olar.
Mövzunu davam etdirəcəyik və növbəti yazımızda Fazil Məmmədovun "Rza Zərrab"larının bir qisminin gözqamaşdırıcı bioqrafiyalarının bəzi ilginc məqamlarını oxucuların diqqətinə çatdırcağıq. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının Vergilər Nazirliyi ilə əl-ələ verərək bank sistemini niyə bu günə saldıqlarına da faktlarla aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin... \\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|