Ziya Məmmədovun “Delfin”li dönüşü, yoxsa imitasiya... - Nə baş verir?
Tarix: 11-01-2018, 08:52 | Çap et
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki “Hafka”ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişməsi barədə yeni məlumatlar var. Məlumdur ki, bir müddət öncə “Delfin” hotelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib.
MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın “Bakı” Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası hotelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. “Hafka”nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib. Məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. “Hafka”nın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb. Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
“Delfin” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biri olub. Bu MMC “Garant Holdinq”in tərkibinə daxil idi. “Bakı” isə Hafiz Məmmədovundur. Məmmədovların “Delfin”inin “Hafka”nı “udması” dərhal medianın yenidən diqqətini çəkib. Amma ortada cavabsız olan xeyli suallar var ki, onun ən əsası “Delfin” MMC ilə bağlıdır. Bu MMC-nin Məmmədovların nəzarətində olmadığı barədə çoxsaylı xəbərlər var. O səbəbdən Məmmədovların yenidən siyasi səhnəyə məhkəməni udmaqla qayıtması şübhəlidir. Qeyd edək ki, bir ay öncə “Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb. Bu satışın da arxasında A.Məmmədovun, yoxsa başqa birinin olduğu bilinmir.
Məhkəmə qərarından sonra “Bakı” stadionu tərk etməli, yeni sahiblərinə verməlidir. Məsələ ilə bağlı “Bakı”nın icraçı direktoru Yaşar Seyidov bir neçə gün əvvəl mediaya müsahibəsində deyib ki, onlar bu məsələlərə qarışmırlar: “Biz bu məsələlərə qarışmırıq. Bilmirik bu xəbərlər hardan çıxıb, necə yayılıb? O proseslərdən bizim məlumatımız yoxdur. Yerimizdəyik və məşqlər də davam edir. Bilirsiniz ki, burada ”İsgəndər Cavadov Bakı Futbol Akademiyası" fəaliyyətini davam etdirir. Bu məhkəmə işi ilə bağlı bizə heç kim təlimat verməyib". Hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” vaxtilə iki dəfə premyer-liqanın qalibi olub, Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adı ilə təmsil olunur.
Vaxtilə Z.Məmmədova “ağsaqqalım” deyən H.Məmmədovla sabiq nazirin münasibətlərinin bu səviyyədə pozulmasının səbəbi barədə müxtəlif iddialar var. Məlumdur ki, “Bank of Azerbaijan” əvvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü ilin yanvarında Anar Məmmədov bankın səhmlərinin 81 faizinə sahib olub. Həmin ildən sonra isə bank səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. 2014-cu il mayın 22-də isə Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. “Bank of Azerbaijan”ın hazırda borcluları arasında keçmiş nəqliyyat nazirinin şirkətləri və yaxın adamları var. Bildirilir ki, Z.Məmmədovun ailə şirkəti olan “Garant-Holdinq”in tərkibində olan müxtəlif şirkətlər bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bankdan 4 milyon dollar kredit götürüb ki, onlar da hələ qaytarılmayıb. Ümumilikdə “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditlərinin 160 milyon dollar civarında olduğu bildirilir.
Keçmiş nazirin oğlu ilə iş adamı arasındakı konfliktin Fransanın “Lans” klubu üstündə başlandığı barədə də mediada xəbərlər vardı. Hafiz Məmmədovun 20 milyon avroya aldığı klubun səhm paketini A.Məmmədovun cəmi 2,5 milyon avroya sahiblənmək üçün “Hafka”nın imzasını saxtalaşdırdığı üzə çıxmışdı. H.Məmmədov qalmaqallı bəyanatla çıxış edərək bildirmişdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans” klubunun səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.
Bildirilir ki, şərikliyin pozulmasından sonra H.Məmmədovun borclarını qaytarmaq işinə Məmmədovları qatması qarşı tərəfi qəzəbləndirib. Tərəflərin məhkəmədə çəkişməsinin səbəbləri sırasında bu amilin də rolu olduğu deyilir. Daha bir maraqlı sual da var: Ziya Məmmədovun arxasındakı və ya onun “Delfin”inə sahiblənmiş sirli adam(lar) kimdir?
“YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|