Banklar üçün növbəti kritik dönəm - Bağlana bilərlər
Tarix: 6-03-2018, 08:56 | Çap et
Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır. FED.az-ın xəbərinə görə, müştərilərə verilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında 1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.
2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.
Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.
Bankların Mərkəzi Bankın notlarına, dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.
“Yeni Müsavat”a açıqlamasında bankların bu durumunu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov də vurğuladı ki, Azərbaycanda bank sektoru son iki ildə tənəzzül dövrünü yaşayır: “Bu fonda gəlirlərin azalması proqnozlaşdırılan idi. Azərbaycanda banklar daha çox kreditlərdən gəlir əldə edirdilər. 2004-2014-cü illər üzrə bankların gəlirlərinin strukturunu tədqiq edən zaman aydın olur ki, onların əldə etdiyi gəlirlərin hər 100 manatından 75 manatı məhz kreditləşmədən, yəni kredit faizlərindən əldə olunan gəlirlərdir. Bu da bankların öz gəlir mənbələrini şaxələndirməməsi, innovativ maliyyə alətlərindən zəif istifadə etməsi, təklif etdiyi xidmətlərin çeşidinin az olması faktları ilə yanaşı, paralel olaraq ölkədə kredit faizlərinin yüksək olması prosesə öz təsirini göstərdi. Həmçinin bank sektorunun 2003-cü ildən sonra sürətlə böyüməsi bu istiqamətdə gəlirlərin də artmasına gətirib çıxarmışdı. 2015-ci ilin sonu, 2016-cı ildə bankların əsas gəlir mənbəyi kredit faizləri deyil, valyuta dəyişməsi prosesindən əldə olunan gəlirlər idi. Burada əsas səbəb valyuta bazarlarında müşahidə olunan xaos və marjanın kifayət qədər yüksəlməsi, bəzi hallarda 4 faizin üzərinə keçməsi, tələb-təklif, eyni zamanda bazarlarda aktivlik məsələləri öz təsirini göstərirdi. Bu dövr ərzində, xüsusən 2016-cı ildə bankların gəlirlərində konvertasiyadan əldə olunan vəsaitlər əhəmiyyətli paya malik idi. 2017-ci ilin fevralından sonrakı konyuktur bankları bu gəlirlərdən məhrum edib”.
Maliyyə bazarlarında valyutadəyişmə ilə bağlı vəziyyətin də sabitləşdiyini bildirən iqtisadçı bunu bir neçə amillə izah etdi: “Faktiki olaraq məzənnə sabitdir, adminstrativ formada müəyyənləşmiş bir məzənnə var. Bazarda dollara tələbat da aşağı düşüb. Əks dollarlaşma prosesi cüzi də olsa öz simptomlarını göstərir. Belə bir şəraitdə məcburən təklif olunan konvertasiya marjası kiçilib. Faktiki olaraq banklar bu istiqamətdə də gəlirlərin əhəmiyyətli hissəsindən məhrum olublar. Kredit faizlərindən isə təbii ki, 2015-ci ildən sonrakı konyuktur bankların kredit siyasətini dəyişməsinə, portfelin sürətlə kiçilməsinə gətirib çıxarıb. Təkcə 2017-ci ildə portfel 4,6 milyard manata yaxın azaldı. 2015-ci ilin 31 dekabrı ilə 2017-ci ilin 31 dekabrı arasında müqayisə aparsaq, artıq bankların kredit portfeli 10 milyard manata yaxın azalıb. Banklar təxminən vəsaitlərinin 48 faizini dövriyyədən geri çəkiblər. Amma bu vəsaitləri bazarda yerləşdirə bilmirlər. Çünki həm risklər böyükdür, həm də digər faktorlar var. Bankların gəlirlərinə mənfi təsir edən məqamlardan biri də toksik aktivlərin həcminin sürətlə artması oldu. Bu gün problemli kreditlər demək olar ki, hər 110 manatın 17 manatı həcmindədir. Bu, rəsmi rəqəmlərdir, qeyri-rəsmi informasiyaların təhlili onu göstərir ki, bu indiqatorlar daha yüksəkdir, təxminən 30 faizdir. Bu vəsaitlərdən banklar faktiki olaraq gəlir əldə edə bilmirlər. Bu özü də onların gəlir səviyyəsinə mənfi təsir göstərir”.
R.Həsənovun sözlərinə görə, hazırda müşahidə olunan trend ondan ibarətdir ki, banklar daha çox qiymətli kağızların bazarında təklif olunan dövlət zəmanətli alətlərdən istifadə edirlər: “Burada həm Maliyyə Nazirliyinin istiqrazları, həmçinin Mərkəzi Bank tərəfindən yerləşdirilən qısamüddətli notlar, eləcə də manatla depozitlər hesabına cəlb edilən vəsaitlərdən söhbət gedir. Banklar bu istiqamətdə yatırım etməklə müəyyən qədər aktivlərindən gəlir əldə etməyə çalışırlar. Ancaq bu istiqamətdə marja kreditləşmə ilə müqayisədə daha aşağıdır. Eyni zamanda burada təşviq də aşağıdır. Banklar artıq bir neçə dəfə depozit hərraclarında vəsait yerləşdirmək istəsələr də, Mərkəzi Bankın təklifləri məhduddur, banklar faktiki olaraq əllərində olan izafi vəsaitləri bu hərraclarda belə yerləşdirə bilmirlər. Qeyd olunan faktorlar bankların mənfəət normasının azalmasına, gəlir səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu gün bankların bir neçəsi faktiki olaraq gəlirlə işləyir, ötən il də gəlirlə işləyib. Bununla yanaşı, bir qism banklar ardıcıl olaraq son bir neçə ildə zərərlə fəaliyyət göstəriblər. Bu bankların likvitlik səviyyəsindən, vəsaitləri idarəetmə qabiliyyətindən, həmçinin toksik aktivlərinin həcmindən asılı olan bir göstəricidir. Zərərlə fəaliyyət göstərən bir neçə bank hazırki proseslər fonunda 2018-ci ildə öz mövcudluğunu qoruyub saxlaya bilməyəcək”.
Ekspertlər bildirir ki, bankların vəziyyətini çətinləşdirən amillərdən biri də dollarla olan kreditlərdir. Dövlətin bu məsələyə müdaxiləsi və yaranmış borclarda güzəştlərin edilməsi məqsədəuyğun sayılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|