Bankların kredit canfəşanlığının pərdəarxası - Bu, növbəti tələdir...
Tarix: 8-03-2018, 09:00 | Çap et
Son iki ildə manatın dollara nisbətən ucuzlaşması bank sektoruna da təsirsiz ötüşməmişdi. Belə ki, banklara külli miqdarda borcu olan müştərilərin əksəriyyəti iqtisadi çətinliyə görə, krediti ödəməyi ya gecikdirirdi, ya da ümumiyyətlə borcu qaytarmaqdan imtina edirdi. İkinci devalvasiyadan sonra banklar bu və digər səbəblərdən vətəndaşlara kredit verməyi dayandırmışdı. Həmçinin, kredit şərtləri də sərtləşdirilmişdi.
Amma son iki ayda bəzi banklar müştərilərə yenidən kreditlər verməyə, kredit təklifləri etməyə başlayıb. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir. Bank əməkdaşları daimi müştərilərinə kompaniyalar haqqında məlumatlar göndərərək onları kredit götürməyə dəvət edirlər.
Burada maraqlı məqam odur ki, vaxtilə müştərilərin inamını itirən banklar onları müxtəlif üsullarla yenidən cəlb etməyə çalışsa da, kredit faizlərini aşağı salmırlar.
Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov əvvəlcə bankların yenidən kredit verməyə başlamasının səbəblərini açıqlayıb: “Bunun əsas səbəbi Mərkəzi Bankın digər banklara güzəştli kredit verməyə başlamasıdır. Təbii ki, əhaliyə kredit verilməməsi çox davam edə bilməzdi. Nəhayət, Mərkəzi Bank güzəştli şərtlərlə banklara kredit verməyə başlayıb. Banklar da aldıqları güzəştli krediti vətəndaşlara verərək, əlavə gəlir əldə etməyə çalışırlar”.
Ə.Həsənov qeyd edib ki, digər səbəb isə bankların bu müddət ərzində əmanətlərini artırmasıdır: “Ötən ilin sonunda banklara qoyulan əmanətlər bir qədər də artıb. Bu da devalvasiyanın son bir il ərzində sabitliyi ilə əlaqədardır. Həm əmanət kanalından, həm də Mərkəzi Bank tərəfindən banklara ayrılan pulun çoxaldığı üçün banklar da həmin pulları vətəndaşlara kredit verib, gəlir əldə etmək istəyirlər”.
“Bu gün sahibkarların çoxunun işlərində zəiflik müşahidə olunduğu üçün banklar əsas krediti adi vətəndaşlara verməyə başlayacaqlar. Təbii ki, kredit hər kəsə yox, ancaq şərtlərə uyğun olan insanlara veriləcək", — deyə ekspert əlavə edib.
Ə.Həsənov kredit faizlərinin yüksək olma səbəbinə də aydınlıq gətirib: “Əməkdaşlar banklara güvəni olmadığı üçün dollarla yox, manatla iş görməyə daha çox üstünlük verirlər. Bəli, bankdan götürülən kredit faizlərinin göstəriciləri bir qədər yüksəkdir. Banka borcu olanda güzəşt etmirlər, amma bankın borcu olanda məhkəmə ona güzəşt edir. Bu da vətəndaşın banka olan inamını itirir. Ona görə də manatla iş görməyə üstünlük verirlər”.
İqtisadçı-ekspert Fuad Əlizadənin fikrincə isə bankların bir neçə müddət kredit verməməsinə səbəb kapitalın olmaması deyildi, sadəcə banklar kredit verə biləcək etibarlı müştəri tapa bilmirdilər.
“Hal-hazırda banklar uzun müddət kredit vermədiyi üçün banklarda 5-6 milyard manat pul yığılıb. Hətta bu haqda Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də bildirib. O, çıxışı zamanı deyib ki, bankların kredit ayıracaq pulu var. Sadəcə onlara etibarlı və güvənə biləcəkləri, verilən krediti vaxtında ödəyə biləcək müştərilər lazımdır". — F.Əlizadə əlavə edib.
İqtisadçı deyib ki, son zamanlar bahalaşmanın baş verməməsi, manatın dollara nisbətdə sabit qalması insanların həyat şəraitinin sabitləşməsinə səbəb olub. Bunu müşahidə edən bank işçiləri apardıqları araşdırma nəticəsində bilirlər ki, müştərilərin kredit ödəmə imkanları çoxalır.
“2015-ci ildə iqtisadiyyatımızda enmə müşahidə olunurdusa, 2018-ci ilin əvvəllərində qeyri-neft iqtisadiyyatında inkişaf baş verir. Qeyri-neft sektorunun inkişaf etməsi sahibkarların çoxalmasına səbəb olur. Pul əldə edən sahibkar daha yaxşı yaşam tərzi sürmək istəyir. Banklar bu canlanmanı gördükləri üçün aktiv etmədikləri pulları dövriyyəyə buraxmaq fikrinə düşürlər", – deyə ekspert vurğulayıb.
F.Əlizadə iddia edir ki, bankirlər pulu birindən alıb digərinə satırlar: "Banklar çalışır ki, müştərini cəlb etmək üçün faizləri aşağı salsın. Amma bunun üçün zaman lazımdır. Bankların öz borcları da var. Onlar özlərini tam tənzimləyəndən sonra, yəqin ki, yaxın gələcəkdə faizləri aşağı salacaqlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|