Yeni nazirlərin “qohumları təmizləmə əməliyyatı” - GƏLİŞMƏ
Tarix: 11-05-2018, 08:43 | Çap et
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, bir neçə nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı.
Yeni nazirlər fəaliyyətlərinə başlar-başlamaz kadr dəyişikliyi edib, nazirliyin xeyli sayda köhnə əməkdaşlarını vəzifələrindən azad etdilər. Bəzi nazirlər çıxardıqları kadrların yerinə əvvəl çalışdıqları qurumdan təyinatlar etdilər.
Ən çox təyinat edən nazirlik sırasında Kənd Təsərrüfatı Nazirliyi gəlir. Nazir təyin olunmamışdan öncə İnam Kərimov “ASAN xidmət” sədri idi. Təyinatından sonra o, Kənd Təsərrüfatı Nazirliyinə köhnə kollektivinin əməkdaşlarını gətirdi. Belə ki, İnam Kərimovun müvafiq əmri ilə Sarvan Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.
İnam Kərimovun daha bir əmri ilə İlhamə Qədimova nazirliyin hüquq şöbəsinin müdiri təyin olunub. İ. Qədimova “ASAN xidmət”də Hüquqi Təminat Şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazir 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Adil Qasımov, “asan xidmət”in İnsan Resursları və Təlim Şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyevə də nazirlikdə vəzifə verdi. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə də yeni rəis təyin edilib. Mirzə Əliyev bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.
Qeyd edək ki, nazirlikdə yeni vəzifəyə təyin olunan şəxslərin əksəriyyətinin ixtisasi hüquq və iqtisadiyyat üzrədir. İnam Kərimov nazirliyin mətbuat xidmətinə rəhbər vəzifəsinə də “ASAN xidmət”də eyni vəzifəni icra edən Anar Hüseynovu təyin etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də vəzifəli şəxslər işdən çıxarılıb. Belə ki, yeni nazir Sahil Babayevin müvafiq əmrlərinə əsasən, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. Hazırda isə ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.
Yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər gözlənilir. Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müqavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir.(mia.az)
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovun kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb. Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev qurumun Repatriasiya Departamentinin direktoru Elman İsmayılovu vəzifəsindən azad edib. R. Rzayev eyni zamanda komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovu da vəzifədən azad edib. Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
Dövlət Gömrük Komitəsinə sədr gələn Səfər Məmmədov da bölgələrdə kadrlarını dəyişib. Belə ki, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da kadr dəyişikliyinin elanını verib. Belə ki, Muradov jurnalistlərə açıqlamasında qeyd edib ki, cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq: “Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Yeni kadrlar müxtəlif dilləri bilməlidir. Bu çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın”. Modern.az-ın mayın 10-da yaydığı məlumata görə, Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.
“Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində də kadr islahatları aparılacaq”. BakuPost-un məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda kadrlarla bağlı problem mövcuddur:
“Müstəqillikdən bəri belədir ki, hər hansı idarəyə kim rəhbərlik edirsə, o, özünün güvəndiyi adamları ətrafına toplayır. Burada əsas nüans kimi peşəkarlıq kriteriyası nəzərə alınmalıdır. Orta və aşağı ranqlı məmur qrupu peşəkarlardan formalaşmalıdır. Bu da işdə keyfiyyətin artmasına xidmət etməlidir. Azərbaycanda kadr qıtlığı var ki, bu isə ölkədə təhsil səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Ancaq kifayət qədər xaricdə təhsil alıb-dönmüş insanlar da var ki, onların da çoxu ya kənarda qalıb, ya da belə strukturlarda işləmək istəmirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
|