“Şəkərsiz diabet” xəstələrinin dərmanları niyə tapılmır? - GİLEY
Tarix: 2-08-2018, 10:18 | Çap et
Redaksiyamıza Zərdab rayonu, SU 21 qəsəbəsi ev-14, mən-4-də yaşayan Qocayev Elşad Saməddin oğlunun səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanmış şikayət məktubunun bir nüsxəsi daxil olmuşdur. Məktubunda Elşad Qocayev “Şəkərsiz diabet” xəstəsi olan oğlu üçün nəzərdə tutulmuş dərmanları pulsuz ala bilməməsindən şikayət edir və “Qafqaz Xəbər” qəzetindən məsələni işıqlandırmağı xahiş edir. Həmin məktubu olduğu kimi təqdim edirik: “Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə Yazıb sizə bildirirəm ki, mən ailə üzvlərim ilə birlikdə Zərdab şəhərində yaşayıram. 1984-cü ildə anadan olmuş oğlum Qocayev Elvin Elşad oğlu 2002-ci ildə xəstəlik nəticəsində Bakı şəhərində yerləşən Uroloji xəstəxanada akademik Cavadzadə tərəfindən əməliyyat olunaraq böyrəyinin biri çıxarılmış və həmin vaxtdan da “Şəkərsiz diabet” diaqnozu ilə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata götürülmüşdür. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 2-ci qrup əlil kimi qeydiyyata götürülmüşdür.Keçən bu müddət ərzində oğlum, yaşaması üçün dövlətimiz tərəfindən xəstəliyi ilə bağli dövlət təminatına götürülərək hər ay pulsuz olaraq Zərdab rayon Mərkəzi xəstəxanası tərəfindən bir qutu “Minirin” dərmanı ilə təmin olunmuşdur. Lakin, illlər keçdikcə oğlumun həyatı üçün vacib olan “Minirin” dərmanı ilə təminatında əngəllər yaşamağa başladıq. Belə ki, konkret olaraq 2018-ci ilin ilk günlərindən həmin dərmanı poliklinikanın aptekindın dava-dalaşla, əsəbiliklə, ora-bura zəng etdikdən sonra bir çətinliklə almağa başladıq. Dərmanı problemsiz verməyə məsul olan artek işçisi müxtəlif bəhanələr gətirməyə başladı. Guya, dərmanın daha az miqdarda göndərilməsini, bu xəstəliklə əvvəllər az, indi isə daha çox adamın qeydiyyatda olmasını, dərmanın çatışmamasını, bəzi hallarda isə dava-dalaşdan sonra guya hansısa xəstənin dərmanını borc şəklində bizə verilməsı halları olmuşdur. Əlacsız qalaraq qohum əqrəbadan xahiş etməklə başqa ölkələrdən dərman aldırıb gətirtmişik və aptekə olan “borcumuzu” da qaytarıb vermişik. Bu hal nə qədər davam etməlidir, bilmirəm. Həmin dərmanı çox çətinliklə baha qiymətə yəni 59 manata yaxın qiymətə alıram. Oğlumla yanaşı həyat yoldaşım da əlildir və özüm də heç bir yerdə işləmirəm.Nə üçün oğluma və onunla yanaşı yüzlərlə insana pulsuz dərman verilməsində belə hallar yaranmışdir. Günü-gündən bu işdə irəliləyişlər gözlənildiyi halda əksinə neqativ hallar artmağa başlamışdır. Kimlər isə bu məqamdan istifadə edərək bəzi məsul şəxslər xəstə insanlara pulsuz çatası dərmanları başqa yerdə satdirmaqla özlərinə villalar inşa etdirməklə tez-tez xarici səfərlərə gedirlər.Axı dövlətimiz və onun rəhbəri inanların sağlamlığı qayğısına qalirlar. Son üç ayı dərman ala bilməmişik. Rayonda xəstəxananın baş həkiminin də yanında olub bu barədə məlumat vermişəm. Axırı baş həkim harasa zəng edəndən sonra mənə iyul ayının 20-dən sonra “Minirin” dərmanının olacağını dedilər. Alacağimiz bir qutu “Minirin” oğluma bir ay üçün kifayət etmir.Həmin dərman yazılanda oğlumun 16, indi isə 29 yaşı var.Yaş keçdikcə dərmana olan təlabat da artmışdır. Oğlum bununla əlaqədar 05.07.2018-ci il tarixdə elektron variantda Sizə müraciət etmişdir. Lakin bir cavab verilməmişdir.Bu qədər biganəlik, laqeyidlik və məsuliyyətsizlik nədən yaranmışdır.Oğlumun “Minirin” dərmanı ilə təminatında nöqsanlara və əyintilərə yol verməklə onun sağlamlığına ziyan vuran şəxsləri müəyyənləşdirib məsuliyyətə cəlb etməyinizi, oğlumun tələbatına görə hər ay üç qutu dərmanla təmin olunması və nəticəsi barədə mənə bildirməyinizi xahiş edirəm”. “Qafqaz Xəbər” qəzeti olaraq vətəndaşın şikayəti əsasında Zərdab Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Ruslan Nemətova müraciət etdik. “Dərmanlar qrafiklə, ayda bir dəfə gəlir, indi mən onunla bağlı nəsə deyə bilmirəm. Söhbətin kimdən getdiyini bilmirəm, gəlsin alsın. Dərmanı həkim təyin edir.”- deyə baş həkim bizə bildirdi. Müxbirimizin “Vətəndaş bildirir ki, ötən ay bu dərman gəlməyib ona görə öz hesabımıza güclə tapa bildik” fikrinə baş həkim cavab verdi ki,“Mən bilmirəm, mən nə bilim, dərman gecikmir, vaxtında göndərilir. Dərmanların əksik göndərilməsi halları olmayıb, yoxdusa əvəzedicisi var”. Məsələ ilə bağlı dərmanları vətəndaşlara təqdim edən xəstəxananın apteki ilə əlaqə saxladıq. Aptek əməkdaşı Rəna Eyvazova Dərmanların az gəlməsi və ya gecikmə halları ilə bağlı suallarımızı belə cavablandırdı: “Dərman gəlmədiyi halda biz həmin dəyqə innovasiya mərkəzinə müraciət edirik, bizə deyirlər ki, depomuzda dərman yoxdu. Deyirlər dərman çatdıra bilmirik. “Minirin” dərmanı keçən ay ümumiyyətlə gəlmədi. 7 xəstəmiz var, hamısı qaldı yaman gündə. Məsələn, “calimin” var indi o dərman da yoxdu, hal hazırda rayonda iki xəstəmiz var indi qalıblar pis vəziyyətdə; nə özü var, nə əvəzedicisi. İnnovasiya və təchizat mərkəzində kuratorumuz var, Rasim müəllim, ona müraciət edirik ,deyirlər yoxdu”. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovaya müraciət etdik. “Bəli dərmanların sayında azalma var , amma bu müvəqqətidir, bu Respublikaya gətirilmə ilə bağlıdır.Bu problemin üzərində işləyirlər, çalışırlar ki düzəlsin. Rəhbərliyin də xəbəri var. Araşdırarıq, bilirəm ki, belə bir promlemlər var, çalışarıq ki aradan qaldırılsın”,-deyə Səfayə Əhmədova bildirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|