Qarabağ problemindən qazanc götürənlər - Orta məktəblərdə tədris olunan “Qarabağ tarixi” kitabı şagirdlərə pulla satılır
Tarix: 29-09-2018, 09:40 | Çap et
Bu gün acı bir reallıqdır ki, faciəmiz olan Dağlıq Qarabağın tarixi ilə bağlı “Qarabağ tarixi” kitablarını şagirlərimiz pulla alır. Hətta bir valideyinin sözlərinə görə, 8-ci sinifdə oxuyan iki övladına 12 manat verib, 2 nüsxə “Qarabağ tarixi” kitabı alıb. Lakin uşaqlar kitabı məktəbə aparanda sinifdə müəllim deyib ki, bu “Qarabağ tarixi” kitabını deyil, başqasını alın. Belə çıxır ki, valideyn iki dəfə xərcə düşməlidir. Çünki mağaza satdığı kitabları geri almayacaq. Sual olunur ki, niyə? Yəni valideyinin aldığı “Qarabağ tarixi” kitabı digər Qarabağ tarixi kitablarından nə ilə fərqlənir? Hətta valideynin dediklərinə görə, təkcə 8-ci sinif üçün nəzərdə tutulan 3 növ “Qarabağ tarixi” kitabı var. Çox güman ki, həmin məktəbin rəhbərliyinin bir məqsədi var. Görünür, istədiyi kitabın müəllifi ilə onun arasında iş birliyi var ki, şagirdlər həmin müəllifin kitablarını alsın, həmin puldan isə onlara da çatsın. Görün, nə günə qalmışıq ki, Qarabağın tarixi ilə bağlı kitabları da alver predmetinə çevirmişik. Məktəb rəhbərliyinin bu hərəkəti təəssüf doğurur.
Maraqlıdır ki, ərazilərimizin 20%-i işğal altında olduğu, 1 milyona yaxın soydaşımız qaçqın, köçkün vəziyyətinə düşdüyü və müharibə vəziyyətində olduğumuz halda orta məktəblər üçün nəzərdə tutulan “Qarabağ tarixi” kitabı pul ilə satılmalıdırmı?! Hansı ki, Azərbaycan-Ermənistan arasında informasiya müharibəsi, təbliğat savaşı gündən-günə qızışır. Elə buna görə də, bu gün yetişən yeni nəslin vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir. Belə bir şəraitdə Qarabağın tarixinə dair dərs vəsaitinin pulla satılması isə acı təəssüf doğurur. Bütün kitabları dövlət pulsuz şagirdlərə verdiyi halda, niyə “Qarabağ tarixi” kitabı pulla satılır? Hansı ki, bu kitabın mənəvi dəyəri o biri kitablardan üstündür. Hələ üstəlik şagirdlərə, “bu “Qarabağ tarixi”ni yox, o biri “Qarbağ tarixi”ni al”,- deyirlər. Deməli, pulu düşünən insanlar üçün millət, vətən anlamı yoxdur.
Əslində, heç orta məktəblərdə Qarabağın tarixi ilə bağlı ayrıca “Qarabağ tarixi” kitabı olmasının özü də doğru deyil. Çünki bu, elə Qarabağı Azərbaycandan ayırmaqdır. Qarabağ işğal olunub deyə, bu addımı atırıqsa belə, yenə bu, yanlış addımdır. Çünki Qarabağın tarixi ayrıca öyrənilirsə, gərək, Gəncənin Qubanın, Şəkinin tarixi də ayrıca tədris olunsun. Bu bizə lazımdırmı? Təbii ki, yox. Qarabağın, Qubanın, Şəkinin, Gəncənin tarixinə “Azərbaycan tarixi” dərsliyində kifayət qədər yer verilib. O baxımdan, bölgələrin tarixinin ayrıca öyrənilməsi vacib deyil.
“Bu məsələ ilə nazirlik ciddi məşğul olmalıdır”
“Qarbağ tarixi” kitabının alver predmeti olmasını eşitdikdə keçmiş təhsil naziri Firudin Cəlilov “Hürriyyət”ə dedi ki, bu kitabın alver predmeti olması doğru deyil: “Dediyinizdə böyük həqiqət var. Yəni insanlar ancaq pul qazanmaq yolunu fikirləşirlər, başqa istəkləri yoxdur. Əlbttə, eyni mövzuda müxtəlif kitabların, yəni alternativ dərsliklərin olması normaldır. Amma “Qarabağ tarixi” dərslik deyil, əlavə “oxu” kitabıdır. Müəllimin ixtiyarı yoxdur şagirdə desin ki, “sən get, məhz filan kitabı al”. Müəllim deyə bilər ki, “get bu kitabı kitabxandan al, oxu”. Burada ən böyük günah müəllimdədir, kitabı yazanlarda yox. Günahın müəllimdə olması da onun başında duran direktordan asılıdır. Bu mənada elə bu dərsliklər məsələsində təhsil sistemində bir hərc-mərclik yaranmışdı. Mən konkret o dərslikləri görməmişəm. Necənci sinfin dərsliyidir, bilmirəm. Ona görə, konkret detallar üzərində dayana bilmərəm. Amma dediyiniz fakt xoşagəlməz faktdır. Bununla nazirlik ciddi məşğul olmalıdır”.
“Müəllim necə deyə bilər ki, “sən get, filan kitabı al?!”
F.Cəlilovun fikirncə, nə qədər çox əlavə “oxu” kitabları olsa, onun xeyri var, ziyanı yoxdur: “Xanlıqların ayrı-ayrı tarixinin, məsələn, İrəvan xanlığının tarixinin ayrıca öyrənilməsinin ziyanı yoxdur. Sadəcə, mənim o dərslikdən xəbərim yoxdur. Ona görə, konkert söz deyə bimlirəm. 8-ci siniflər yetkin uşaqlardır, onlara əlavə “oxu” kitablarını mütləq oxutmaq lazımdr. Bu kitabların olması pis deyil, əksinə yaxşı haldır. Amma şagirdi məcbur etmək ki, sən get, onu pulnan al, bu, yanlış yoldur. Məktəb həmin kitabdan kitabxanya 10-15 nüsxə almalıdır. Şagirdi kitabı pulla almağa məcbur etmək həm etikaya, həm də insanlığa ziddir. Müəllim necə deyə bilər ki, “sən get, filan kitabı al?!” Müəllimin ona ixtiyarı yoxdur. Əvvəla, dərsliklər pulsuz paylanmalıdır. İkincisi də əlavə “oxu” kitablarını alıb oxutmaq lazımdırsa, onu məktəb alıb kitabxanasına qoymalıdır ki, uşaq onu oradan götürüb, istifadə edə bilsin”.
““Qarabağ tarixi” ktabı şagirdlərə pusuz paylanılmalıdır”
Tarixçi alim Dilavər Əzimli isə dedi ki, “Qarabağ tarixi” kitbaı bütün Azərbaycan üçün buraxılmalı və bütün evlərə pulsuz paylanmalıdır: “Amma bizdə elə müəlliflər var ki, bunu alver məqsədinə çevrirlər. Bu, bəzən ali məktəblərdə də olur. Bir də görürsən ki, bir müəllif hardansa köçürüb, yazdığı kitabı buraxmaq üçün başqa bir müəllimin kitabını pisləyir və öz kitabını aldırmağa müəyyən üsullarla vadar edir. Çox təəssüf ki, bu cür hallar məktəblərdə də var. Əslində, burada bir məsələ ilə razılaşardım ki, həmin müəllim konkret olaraq desin ki, nəyə görə o kitabdan almaq olmaz? O kitabın içərisində olan nələrlə razı deyil? Hansı arqumentləri ortaya qoya bilər? Ola bilər ki, orada Qarabağ tarixi ilə bağlı hansısa bir yanlışlığa yol verilib. Yaxud orada olan müəyyən bir fikirlə razı deyil. Amma kitaba baxmadan demək ki, bu kitab olmaz, başqasını al gətir, bu, düzgün yanaşma deyil. Əslində, bu ktab şagirdlərə pusuz paylanılmalıdır. Bu, bizim Qarabağ tarixidir. Bununla alver etmək olmaz. Bu məsələni sizin qaldırmağınız olduqca təqdirəlayiqdir. Hesab edirəm ki, bu məsələ aradan qaldırılmalıdır”.
“Qarabağ tarixi Azərbaycan tarixinin ümumi tərkib hissəsində getməlidir”
““Azərbaycan tarixi” dərsliyi olduğu halda, “Qarabağ tarixi” kitabına nə ehtiyac var, bu, elə Qarabağın ayrılması demək deyilmi” sualını tarixçi alim belə cavablandırdı: “Bu məsələ tez-tez qaldırılır. Sizin dediklərinizlə tamamilə razıyam. Azərbyacan Milli Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu bu məsələ ilə ciddi məşğuldur. İnstitutun buraxdırdığı bütün kitablarda Qarabağ tarixi vahid şəkildə ortaya qoyulur. Bəli, mən də hesab edirəm ki, bunu ayrıca çap edib, hansısa formada təqdim etmək düzgün deyil. Lakin bu adamlar hesab edirlər ki, guya, biz Qarbağ tarixini daha da sevdirmək üçün, onu xüsusi olaraq ayrı etməliyik. Mən də onun tərəfdarıyam ki, Qarabağ tarixi Azərbaycan tarixinin ümumi tərkib hissəsində getməlidir. Əlavə kurs kimi tədris edirsinizsə, “Azərbaycan tarixi”nin tərkibindən çıxış edərək, onu ayrıca kurs kimi təqdim etmək olar. Təbii ki, Qarabağ tarixi ilə bağlı ayrıca yazılanları “Azərbaycan tarixi”ndən yazılanlardan götürüb, ora köçürürlər. Onda bunun heç bir fundamental fərqi yoxdur. Həm də hesab edirəm ki, bir məsələdə ziyana işləyirlər. Sanki Qarbağ tarixi ayrıca öyrənilir. Bu, ziyandır. Biz vahid Azərbaycan coğafiyasını da, tarixini də vahid sistemlə öyrənməliyik. Hesab edirəm ki, bölgə-bölgə ayırmaq bizim ümumi dövlətçilik maraqlarmıza, tariximizə xeyir gətirməyən bir şeydir”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
|