İcra başçısı Zaqatalanın dizini necə büküb... - İTTİHAM
Tarix: 5-01-2019, 11:26 | Çap et
Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir. Belə ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağa calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün və ya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu "məhsuldar" fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir.
Zaqatala maliyə idarəsində özbaşnalıq
Rayon Maliyyə İdarəsilə bağlı əldə etdiyimiz ən son məlumatlara əsasən qeyd edə bilərik ki, sözügedən qurumun rəhbəri Ömərxan Mehdixan oğlu Şabanov az qala bütün idarə, təşkilat və müəssisələrin işinə müdaxilə edir, onları öz iradəsinə tabe olmağa çalışır. Maliyyə idarəsinin müdirinin yaranmış vəziyyətdən istifadə edərək bir sıra məqamlarda rayon sakinlərinin hüquqlarını pozduğunu iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Ömərxan Şabanov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə lazımi səviyyədə nəzarət edə bilmir:
«Hazırda Zaqatala Rayon Maliyyə İdarəsinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, rayonun təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü xərclənmir. Çünki maliyyə idarəsinin müdiri özünü dövlət qulluqçusu, məmur kimi yox, məhz rəhbərlik etdiyi idarənin külli-ixtiyarı, bütün resurs və vəsaitlərin sahibi hesab edir». Mənbə iddia edir ki, Zaqatala Rayon Maliyyə İdarəsinin hesabat və məruzələrində şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində «Dövlət büdcəsi haqqında» Qanunun bir sıra maddələri kobud şəkildə pozulur: «Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Zaqatala rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə, təftiş edilmir. Təbii ki, müxtəlif yollarla əldə etdiyi külli miqdarda sərvət Ömərxan Şabanova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi məmurlar arasında himayədarlar da qazandırıb. Məhz həmin himayədarların sayəsində idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalamağa müvəffəq olub».
Ömərxan Şabanovun Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsinə gəldiyi gündən demək olar ki, yalnız şəxsi maraqları barədə düşündüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, əsas vaxtını, enerjisini məhz bu istiqamətdə sərf edir: «İş o yerə çatıb ki, bu gün Zaqatalada onun bir sıra əməllərindən xəbərsiz olan adam qalmayıb. Lakin ölkədə həyata keçirilən bir sıra islahatlar, antikorrupsiya tədbirləri artıq öz töhvəsini verməkdədir. Bu tədbirlərin fonunda xüsusilə vətəndaşların aktivliyinin artması, neqativ hallara qarşı daha radikal mövqelərdən çıxış etmələri diqqəti cəlb edir. Bu tendensiya müxtəlif instansiyalara, o cümlədən mətbuata ünvanlanmış şikayət ərizələrinin məzmun dolğunluğunda, faktların açıq təqdimatında da öz əksini tapır. Elə Zaqatala Rayon Maliyyə İdarəsilə bağlı şikayətlərini bildirən rayon sakinləri də qeyd edirlər ki, adıçəkilən idarənin rəhbərliyi sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurur. Lakin buna baxmayaraq, başda Maliyyə Nazirliyi olmaqla, digər müvafiq qurumlar da Ömərxan Şabanova qarşı son dərəcə səbrli mövqe sərgiləyirlər. Halbuki yuxarı instansiyalar əhalinin haqlı narazılığını nəzərə alaraq Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri barəsində müvafiq tədbirlərin görülməsi üçün bir sıra zəruri addımlar ata bilərlər. Ancaq aidiyyəti orqanlar nəyisə, kimisə gözləyirlər…Çox guman ki onun arxasında rayon icra başçısı Mübariz Əhmədzadə dayanır.»
Meleservisin rəisi "kor atı mininb köndələn capır"...
Son zamanlar bəzi mətbu orqanlarda Zaqatala rayonunun Əliabad kəndində fəaliyyət göstərən Meloservis idarəsinin rəisi cənab İdris Qurbanovun qanunsuzluqlarından, həyata keçirdiyi çoxsaylı maxinasiyalardan və s. bəhs edən tənqidi məqalələrin dərc olunmasına baxmayaraq, bu gün də kimlərsə ona "gözün üstə qaşın var" demir. Coxsaylı maxinasiyaların “müəllifi” adını qazanan İdris Qurbanovun "əlləm-qəlləm" əməlləri barədə eşitdikcə, sanki hər kəs “vəlvələ”yə deyil, “zəlzələ”yə düşür. Adicə bir məqama diqqət yetirək ki, bu şəxs səhər saatlarında iş otağına daxil olan kimi “qeybə çəkilir” və idarəçiliyini daxili telefon vasitəsilə həyata keçirir. Elə ki, idarədə bir kimsədən rəisin işdə olub-olmadığını soruşursan, o halda “rəis işdə deyil” deyə cavabını alırsan. O halda sual oluna bilər ki, cənab İdris Qurbanovun kimlərləsə “gizlənparç” oynamasına səbəb nədir? İndi isə həmin səbəblərdən bir neçəsini diqqətə çatdırmağa çalışaq. Məsələn, adının çəkilməsini istəməyən mənbə tərəfindən xəbər portalımıza belə bir məlumat çatdırılıb ki, ilin hər fəslində idarənin balansında olan texnikaların bir çoxundan şəxsi təsərrüfatlarda, ələlxüsus buldozerli traktorlardan Zaqatalanın meşə zolaqlarında yollar açmaq üçün istifadə olunur. Meşə zolaqlarında yollar açmağın da bir səbəbi var ki, o da iritutumlu nəqliyyat vasitələri ilə odun parçalarını uzaq məsafələrə daşımaqdır. Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, elə hallar da olur ki, meşə zolaqlarına göndərilmiş texnikalardan istifadə olunan zaman, onlar yarasız vəziyyətə salınırlar. Belə olan halda həmin texnikaların təmiri, müəssisənin ümumi büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. O halda sual oluna bilər ki, İdris müəllim belə bir addımlarını atmaqla, cənab Əhməd Əhmədzadənin ona göstərdiyi etibarı itirmirmi? Ən əsası isə adı çəkilən bu şəxs, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevin ekoloji problemlərlə bağlı verdiyi tapşırıqlara niyə əməl etmir?
Bütün bunlar Meloservis idarəsinin rəisini düşündürməsə də, bizi olduqca maraqlandırır. Çünki, şəxsi məqsədlərini həyata keçirməyin müqabilində idarəyə verilmiş yanacağın, sürtkü yağlarının, nəqliyyat vasitələrinə aid ayrı-ayrı hissələrin və s. “altından girib üstündən çıxan” idarə rəisi büdcədən ayrılan vəsaitləri “xırıd” etməklə, bu gün də özünə əməlli-başlıca var-dövlət qazanmaqdadır. KİV nümayəndələrinin sadaladığı belə bir problemlərin mahiyyəti haqda müəyyən qədər məlumatlı olan cənab Əhməd Əhmədzadə, görəsən İdris Qurbanovla bağlı “yek” qərarını nə vaxt bəyan edəcək? Çünki, bəlkə də İdris Qurbanov bu gün ölkəmizin su təsərrüfatı sahəsində ən böyük rüşvətxor, ən böyük maxinator, idarəçiliyini özünəməxsus formada həyata keçirən vəzifə sahibidir. Bu şəxsin qol qoyduğu maxinasiyalar haqda istənilən qədər yazmaq, nələrisə aşkarlamaq mümkündür.
Adicə bir faktı vurğulayaq ki, kecən il ölkəmizin şimal zonasına, ələllxüsus Qax və Zaqatala rayonlarına yağan leysan yağışlar həyatı iflic etdi. Dövlət əhəmiyyətli müəssisələrə, şəxsi təsərrüfatlara hədsiz dərəcədə ziyan dəydi. Çaylar macərasından çıxdığından, bir neçə körpülər uçdu, ayrı-ayrı yaşayış məntəqələri ilə əlaqələr kəsildi. Bir sözlə, adı çəkilən rayonların infrastrukturuna külli miqdarda ziyan dəydi. Sözsüz ki, bütün bunların kökündə vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi durur. Bəli, qabaqlayıcı tədbirlərin görülməsində ağır texnikalardan istifadə olunmalı idi. Amma, Əliabaddakı Meloservis idarəsi rəisinin şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar, məhz idarənin balansında olan bəzi texnikaların “ömür yolları”na çoxdan “kres” qoyduğundan, çox zaman belə bir addımları atmaq müşkül məsələyə çevrilir. Çünki, bir müddət bundan əvvəl adı çəkilən idarənin həyətində olarkən, sanki gözlərimizə inanmadıq. Belə ki, ağır texnikalara məxsus hissələr elektrik qaynağı ilə doğranıb harasa daşınırdı. Yəqin ki, belə bir addımlar da cənab Qurbanovun şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar idi.
Onu da qeyd edək ki, Meloservis idarəsi Zaqatala rayon mərkəzindən xeyli aralı məsafədə, necə deyərlər “gözdən uzaq, könüldən qıraq” xəlvəti bir ərazidə yerləşir. Belə bir səbəblər üzündən hələ ki, İdris Qurbanov “kor atı minib köndələn çapmaq”la məşğuldur. Bir məqama da toxunaq ki, Meloservis idarəsi rəhbərinin Musa adlı bir köməkçisi var. Bu şəxs əslində köməkçi deyil, sanki “yunqırxan”dır. Çünki, o, köməkçi vəzifəsini daşısa da, heç də var-dövlətinin dəyərinə görə İdris Qurbanovdan geri qalmır. Məsələn, hər kəsin köməkçi deyə tanıdığı Musanın təkcə Əliabad kəndində balıq vətəgəsi, iki ədəd böyük mağazası və digər əmlakları var. Verilən məlumatlara görə bu şəxs idarəyə verilən “ŞAQMAN” və digər markalı nəqliyyat vasitələrini başqa şəxslərin də idarə etməsinə heç cür imkan vermir. Yəni, belə bir işlərə yaxın qohum-əqrəbasını və digər yaxınlarını cəlb edir. Bu yolla da, hər ay o, xeyli miqdarda “haqq-hesab” əldə etməyə qadir olur.
Meloservis idarəsi rəhbərinin atdığı xoşagəlməz addımlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, büdcəsdən bu idarəyə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Yəni, əksər hallarda rəhbərlik və onun əlaltıları tərəfindən külli miqdarda yeyintilərə yol verilir. Təəccüb doğuran hal odur ki, İdris müəllimin uzun illər ərzində belə bir əməllərə qol qoymasına baxmayaraq onunla bağlı heç bir tədbir görülməyib. Yəqin ki, buna da səbəb adı çəkilən şəxsin yuxarı instansiyalarda güclü himayədarının olmasıdır. Elə bu arxayınolmanın nəticəsidir ki, o, nə bir kimsədən çəkinir, nə də ki, hansısa formada ehtiyat edir. Yəni öz işındədir, bir müddət bundan əvvəl idarənin balansına verilmiş bir neçə avadanlıqların “altından girib üstündən çıxmağı" bacarıb...
Rayon Mərkəzi Xəstəxanası dövlət tibb ocagıdır, YOXSA şəxsi biznes obyekti?
Rayon Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Azerinfo.az olaraq rayonun səhiyyəsində hökm sürən acınacaqlı durum barədə bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Məcid Əliyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Zaqatala səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir...
Məlumur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu səhiyyə ocaqlarında mövcud olan qiymətlərdən danışmaqla artıq heç kəsi təəccübləndirmək olmaz. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Redaksiyaməza daxil olan məlumatlarda bildirilir ki, Zaqatala rayonunun səhiyyə sistemində də rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məcid Əliyevin qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir.
Qeyd edək ki, bu gün Zaqatala RMX-sı 250-çarpayıdan ibarətdir, onlardan 155 çarpayı RMX-da , 50 çarpayı Vərəm xəstəlikləri xəstəxanası, 45 çarpayı Əliabad, Danaçı, Suvagil kənd xəstəxanalarında yerləşir. Səhiyyə müəssisələrində 1374 işçi çalışır.
Maraqlıdır ki, bu tibb ocagında qanunsuzluqlar o həddə catıb ki, baş həkim Məcid Əliyevin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də tibb işçiləri də narazılıq ifadə edirlər. Redaksiyamızı məlumatlandıran mənbənin bildirdiyinə görə baş həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən nəsə alsınlar. Əliyevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur. Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən mənbə bildirir ki, Zaqatala rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün müəyyən məbləğdə pul tələb edir.
Ümumiyyətlə, Zaqatala səhiyyəsi sözün həqiqi mənasında bərbad günlərini yaşayır. Rayon Mərkəzi Xəstəxanasında bəd olaylar səngimək bilmir. Qanunsuz olaraq vətəndaşları keysəriyyə əməliyyatına salmağa razılaşdıran Nubar və onun reanimasiya şöbəsində gecələr baş tibb bacısı işləyən anası bu proseslərin birbaşa vasitəçisidirlər. Keysəriyyə əməliyyatına görə, vətəndaşlardan 400-600 manat civarında pul alaraq qanunsuzluqlara rəvac Nübar həkim və anasına heç kim heçnə deyə bilmir. İstədiklər vaxt işə gəlir, istəmədikləri vaxt gəlmirlər.
Ümumiyyətlə, Zaqatala xəstəxanasında bu kimi qanunsuzluqların baş verməsində rayon icra hakimiyyətini də günahlandıran mənbə RAYON BAŞCISININ butun müəssisələrdən, o cümlədən mərkəzi xəstəxanasından da hər ay haqq aldıgını iddia edir.
Azerinfo.az olaraq biz kicik bir araşdırma apardıq. Mənbəmizin redaksiyaya təqdim etdiyi video-materialda xəstəxana işcilərinin acıq-aydın rüşvət alması barədə faktlara rayon icra hakimiyyətindən acıqlama almaq istədik. İcra başcının köməkcisi onların ünvanına olan iddiaların tamamilə cəfəngiyat oldugunu bildirdi. Azerinfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
|