Ukraynaya uzaqmənzilli raketlər verən Fransa Kiyevin Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək variantının gündəmdə qaldığını açıq şəkildə bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib.
“Açıq şəkildə bəyan edirik ki, bu, nəzərdən keçirəcəyimiz variantlardan biridir. Bu, Rusiyanın Ukrayna ərazisinə təcavüz etdiyi hədəflərə hücumlara aiddir”, - Fransanın baş diplomatı vurğulayıb.
ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirmək üçün Amerika istehsalı silahlardan istifadə icazəsi verib.
Müvafiq qərar Böyük Britaniya və Fransa tərəfindən də qəbul edilib.