Neftçaladakı Xıllı qəsəbə məktəbində ŞOK vəziyyət – Çökmə, xəstəliklər, VƏRƏM…
Tarix: 28-01-2019, 09:44 | Çap et
Paytaxtdan çox da uzaq olmayan Neftçala rayonunda Xıllı adlı bir qəsəbə var. Bu qəsəbə sovetlər dövründə rayonun mərkəzi olmaqla yanaşı, həm də dövlətimizə kifayət qədər tanınmış və savadlı insanlar bəxş edib. Amma təəssüflər olsun ki, hazırda baxımsız vəziyyətdədir. Qəsəbənin yolları ilə hərəkət etmək mümkün deyil və ümumiyyətlə, infrastruktur sıfır vəziyyətindədir.
Qəsəbə sakinləri işsizlik üzündən ya evlərini tərk ediblər, ya da olduqca çətin durumda yaşamağa davam edirlər. Qəsəbənin ən acınacaqlı durumu isə şəhid Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbidir. Bu məktəb mərkəz yola yaxın olduğundan rayona gələn hər kəs məlum və biabırçı vəziyyətə acıyır, burda təhsil alan uşaqların gələcəyinin, sağlamlıqlarının sual altında olduğunu düşünməyə bilmir.
Məktəb sovetlər dövründə olduqca səliqəli və rayonun ən sayılıb-seçilən təhsil ocaqlarından olsa da, məlum vəziyyət üzündən indi xarabalığı xatırladır.
Bizimxeber.az əməkdaşlarının qəsəbə sakinləri ilə söhbətində bəlli olub ki, məktəbdəki acınaqalı vəziyyət üzündən uşaqlar aylarla dərsə getmir. Otaqların isidilməsi üçün odun, rezin, təkər və sairə yandırılır ki, onun tüstüsü, iyi səbəbindən uşaqlarda müxtəlif xəstəliklər baş qaldırır. Məlumata görə, məktəb şagirdləri arasında ağır xəstəlikdən və əsasən vərəmdən əziyyət çəkən uşaqlar var.
Soyuq, dağılmış və dərs keçilməsi mümkün olmayan sinif otaqlarının bütün pəncərələri qırıqdır. Məktəbin bünovrəsi tamamilə yararsız hala düşdüyündən hər an üçma təhlükəsindədir. Bu səbəblərdən də valideynlər uşaqlarını həm də təhlükədən uzaq tutmaq üçün məktəbə göndərmirlər. Sakinlər bildirir ki, bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciətlər olunub.
Rayon Təhsil Şöbəsinin illərdir müdiri postunu qoruyub saxlayan Əjdər Kərimova vəziyyətin olduqca acınacaqlı olduğu barədə dəfələrlə məlumat verilib. Onun yarıtmaz fəaliyyəti üzündən məktəb binası vaxtında təmir olunmayıb, baxımsız hala salınıb. Həmçinin məktəbin bu vəziyyətə düşməsinin əsas səbəbkarlarından biri elə direktor Cəmaləddin Süleymanovdur. Məktəbdəki infrastrukturu qoruyub saxlamaq, tamamlə dağılmağa imkan verməyən şəxs direktor olmalıdır. Və yaxud əgər məktəb tamam yarasız hala düşübsə, vaxtında aidiyattı qurumlara məlumat verməli, lazım gələrsə uşaqları təhlükədən qorumaq üçün məktəbi bağlamalı, dərsləri dayandırmalıdır. Amma görünən odur ki, illərdir bu məktəb yararsız, təhlükə mənbəyi olaraq fəaliyyətdədir və direktor da bu məktəbin bu vəziyyətdə olmasına sevinir. Burda əks düşüncə yoxdur.
Daha bir maraqlı məqam. Belə hesab edək ki, məktəbin dam örtüyü tamam sıradan çıxıb, sinif otaqlarının şüşələri qırılıb, istilik sistemi yararsız vəziyyətə düşüb və bunu bərpa etmək nə Təhsil Şöbəsi müdiri Əjdər Kərimovun, nə də direktor Cəmaləddin Süleymanovun maddi imkanları çərçivəsində deyil. Bunu anladıq.
Amma məktəbin həyətindəki o biabırçılığa nə deyək? Direktor ayda bir dəfə iməclik təşkil edib məktəbin həyət-bacasını səliqəyə sala bilməzmi? Zir-zibil içərisində olan məktəbin həyətini təmizləmək üçün maliyyə imkanı, milyonların ayrılması lazımdırmı? Bu nə sistemsizlik, biabırçılıqdır? 100 illik yaşı olan qəsəbə məktəbini bu hala salmaq cinəyət deyil bəs nədir?
Sakinlər bildirir ki, bu yaxınlarda guya məktəbin tamamilə dağılmasının qarşısını almaq üçün dam örtüyü təmir olunub. Qəsəbə sakinləri sevinib ki, dam örtüyündən sonra məktəb binası da tamam təmir olunacaq. Amma bildirilib ki, maliyyə ayrılmadığı üçün məktəbdəki bu dözülməz vəziyyət hələ illər böyü belə davam edəcək. Məktəbdəki vəziyyət günü-gündən pisləşir və daha təhlükəli hal alır.
Elə isə üzümüzü Təhsil naziri Ceyhun Bayramova tutub sual edək – Hörmətli və bütün təhsil problemlərini tez-bir zamanda həll edəcəyinə xalq qarşısında söz verən Bayramov? Siz bu xarabalığı xatırladan təhsil ocağında oxuya bilərdinizmi? Bu məktəb hansısa ucqar, rayonda əlçatmaz, ünyetməz kənddəki, qəsəbədəki 10-20 şagirdin məktəbi deyil, birtəhər edəsiz. Bu məktəb Neftçala rayonunun ən böyük qəsəbəsi sayılan, yüzlərlə şagirdi olan və rayona gələn qonaqların gördüyü bir ərazidə yerləşən təhsil ocağıdır. Təhsilsiz qalan uşaqların gələcək taleyi nə olacaq? Bu gün məktəbə gedib təhsil almaq istəyən amma, bu xarabalığı xatırladan məktəbdə oxuya bilməyən uşaqlara sabah nə cavab verəcəksiz? Yaxud bu məktəb uçarsa və burda onlarla azyaşlı, körpə şagird ölərsə nə olacaq? Ya təmir edin, ya da birdəfəlik bağlayın. Axı bu uşaqların nə günahı var?…
Fotolara baxaq və utanaq!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
|