İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                 

Bu dəfə hansı icra başçıları "vurulacaq"? - GƏLİŞMƏ
Tarix: 1-02-2019, 10:02 | Çap et
Bu dəfə hansı icra başçıları "vurulacaq"?
Bəzi icra hakimiyyəti başçılarının fəaliyyətindən əhali tez-tez narazılıq edir.

Əksər hallarda el arasında “balaca padşah”lar adlandırılan bu görəv sahibləri qanunlara məhəl qoymur, əhalinin sosial-iqtisadi problemlərinə laqeyd yanaşır, yalnız özləri və yaxın ətraflarının mənafeyi üçün çalışırlar. Dəfələrlə bu cür məmurlara ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, onlar nəticə çıxarmırlar.Bölgələrdə, paytaxtın bəzi rayonlarında “yaşıl soyqırım” adi hala çevrilib, qanunsuz tikililər günü-gündən çoxalır.Kiçik və orta sahibkarlıqla məşğul olanların incidilməsi, vətəndaşların get-gələ salınması, şikayətlərin təmin olunmaması, bürokratik əngəllər də bu qəbildəndir.

Sadalanan faktlara görə, müxtəlif zamanlarda bir neçə icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad olunub.Ancaq görünən odur ki, bu tədbirlər digərlərinin “dərs çıxarması” üçün yetərli olmayıb. Bugünlərdə isə Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yerli icra orqanlarına ciddi xəbərdarlıq edib.

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər.Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar.Unutmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər, hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”,-deyə ölkə başçısı çıxışında vurğulayıb.

Prezident əlavə edib ki, yerli icra orqanları diqqətli olmalı, yaranan problemləri həll etməlidirlər: “Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

İcra orqanlarının rəhbərləri Prezidentin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır.Nəzərə alsaq ki, hazırda ciddi kadr və struktur islahatları həyata keçirir, ölkə başçısının xəbərdarlığından nəticə çıxarmayan qurum rəhbərlərinin da bu prosesdən pay alması real görünür.Bir sıra qurumların ləğvi və paralel qurumların birləşdirilməsi xeyli vaxtdır ki, gündəmdədir.Hökumətin çevik idarəetmə sisteminə keçidi həm də işinin öhdəsindən gələ bilməyən bürokratların kreslosunu laxladır.Məlumdur ki, yeni, çevik idarəetmə sisteminin effektli olması üçün kadr dəyişikliyi, bu postlara bacarıqlı kadrların təyin olunması vacibdir.Artıq ölkədə bu təcrübənin əsası qoyulub.2018-ci ilin aprelində keçirilən Prezident seçkilərindən sonra hökumətin yeni tərkibində ciddi dəyişikliklər edilib. Dəyişiklik olunan sahələrin bir çoxunda dinamika hiss olunur. Kadr və struktur islahatlarının davamlı olacağı isə bir neçə gün öncə ölkənin birinci şəxsi tərəfindən bir daha bəyan olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin 11 yanvar tarixində Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair çıxışında da bu məsələyə diqqət çəkib.“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur.Ancaq mən həmişə, necə deyərlər, narazı oluram.Çünki mən istəyirəm ki, daha yaxşı olsun.İstəyirəm ki, bu pozuntular olmasın.Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.Ona görə kadr islahatı da bu məqsədi daşıyır.İndi struktur islahatı gözlənilir.Çünki indi idarəetmədə struktur köhnəlib.Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.

Amma bizdə idarəetmə sistemi şişir.Buna son qoyulmalıdır.Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır.Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”,-deyə Prezident İlham Əliyev bildirib.Beləliklə, ölkə başçısı hər iki toplantıdakı çıxışında eyni məsələni vurğulayıb və ciddi islahatların keçiriləcəyini bəyan edib.Artıq bu istiqamətdə islahatlar başlayıb və biri nazirlik (Müdafiə Sənayesi Nazirliyi) olmaqla, 10-dan çox qurum ləğv edilib və ya birləşdirilib.Bu, həm də bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsi prosesinin davamlı olacağını söyləməyə əsas verir.Prezidentin yerli icra hakimiyyəti rəhbərlərinə etdiyi ciddi xəbərdarlığı da nəzərə alsaq, yaxın günlərdə, xüsusilə əhalinin narazı olduğu icra başçılarının yenisi ilə əvəzlənməsinin şahidi olmağımız gözlənilir.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru