"Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                 

Əmanətlərin Sığortalanması Fondunda KORRUPSİYA... - Prezidentə müraciət olundu
Tarix: 23-04-2019, 09:53 | Çap et
Əmanətlərin Sığortalanması Fondunda KORRUPSİYA...
Azərbaycanda baş verən iki devalvasiyadan sonra bağlanan bankların əmanətçiləri ciddi problemlə üzləşiblər. Problemlə üzləşənlər arasında “AtraBank”ın əmanətçiləri də var.

Reyting.az-a müraciət edən “AtraBank”ın əmanətçilərindən biri, Azərbaycan Dəmiryolu idarəsinin keçmiş rəis müavini Bayram Abbasovdur. B. Abbasov həm də əmanətlərin qaytarılması prosesində iştirak etmək üçün yaradılan Kreditorlar Komitəsinin üzvüdür.

Onun sözlərinə görə, bu komitə əmanətçilərdən təşkil olunub və Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə yaradılıb: “Devalvasiya baş verəndən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası Əmanətlərin Sığortalanması Fondunu banklar üzərində ləğvedici təyin edib. Lakin bu, düzgün qərar deyil. Yəni Əmanətlərin Sığortalanması Fondu həm ləğvedicidir, həm insanlara əmanətlərin qaytarılmasının sığortaçısıdır, həm də bankların əmlakının sahibidir. Bu fond ləğv edilmiş bankların nə əmlakı varsa, ona da sahibdir, bankların ləğvi üzrə həm nəzarət, həm də icra funksiyası ondadır. Nəzarət və icra funksiyası onun əlində olduğuna görə ictimai nəzarəti yerinə yetirməli olan Kreditorlar Komitəsi prosesdən tamam kənarlaşdırılıb. Bizə heç bir məlumat verilmir”.

Bayram Abbasov deyir ki, onların ictimai nəzarət komitəsi olaraq funksiyalarını yerinə yetirməsinə şərait yaradılmır. Ancaq artıq bağlanmış “AtraBank”ın əmlakı satılır.

Xatırladaq ki, “AtraBank”ın 50 milyon manat Nizamnamə kapitalı olub, onun hara sərf edildiyinə də nəzarət etmək mümkün deyil. Halbuki kreditlər də yığılır.

B. Abbasov isə bildirir ki, “AtraBank” ləğv olunandan sonra yaranan gəlirlərin məbləğini onlar da maraqlı tərəf kimi öyrənmək üçün prosesdə iştirak etməlidırlər.

- Bayram müəllim, Sizinlə bağlı yaranan əsas problem nədir? “AtraBank”a nə qədər pul qoymusunuz, nə qədərini ala bilmirsiniz?

- Əmanətçi olaraq bankda 20 min dollar pulum qalıb. Mən yoldaşımla özümün hesabıma - hərəmizə 28 min dollar əmanət qoymuşduq. Əslində sığortalanmış məbləğ 30 min dollar olmalıdır. Biz isə yoldaşımla hərəmizin adına bir dollar 0,78 manat olanda 28 min qoymuşduq. Devalvasiya baş verəndən sonra bizim əmanətimizi 1,70 manatdan hesabladılar və hərəmizə 9600 dollar vermədilər. İkisi birlikdə 19 mindən çox edir. Həmin pul Əmanətlərin Sığortalanması Fondunun hesabında qaldı.

- Bu pulu nəyi bəhanə edib vermirlər?

- Əsas bəhanə sığortalanma prosesindən sonra devalvasiyanın baş verməsi, eyni zamanda devalvasiyadan sonra “AtraBank”ın müflis elan olunmasıdır. Sığortalanmış pul banka hansı məzənnə ilə qoyulubsa, onunla da hesablamadılar. Yəni bizim pulumuzu manatın devalvasiyaya uğradığı kursla – 1,65-1,70-lə hesablayıb sığortalanmış hissə 28 min idisə, həmin kursla oldu 30 min manat, onu da vurdular dollara, elədi 18 min dollar və bizə onu verdilər.

- Sizdən kəsilən pul hara gedir?

- Bu qanunsuzluq Əmanətlərin Sığortalanması Fondunun xeyrinədir, çünki sonradan mənimsənilir. Əslində bizdən kəsilən məbləğlər bir növ havada qalıb. Bu, bir nəfərin başqasına olan borcuna bənzəyir. Borclu deyir ki, nə vaxt əmlakımı sataramsa, onda borcunu qaytararam…

- “AtraBank”da Sizin kimi problemlə üzləşən nə qədər əmanətçi var?

- Rəsmi məlumata görə, “AtraBank”da kreditorlara 14 milyon sığorta hesablanaraq verilib. Kreditorların sığortasının 98 faizi ödənilib, amma hamıya kəsirlə ödənilib.

Problemlə üzləşən kreditorların sayına gəldikdə, bu barədə bizə məlumat vermirlər. Biz üzləşdiyimiz problemin həllini Əmanətlərin Sığortalanması Fondundan tələb edirik. Bu fond bizi komitə kimi tanıyır, hər birimizin də ərizəsi qəbul edilib. Amma neçə milyon sığortalanmış əmanət ödənildiyini və nə qədər pul qaldığını bizə açıqlamırlar.

- Nəyi bəhanə edərək məbləği demirlər?

- Deyirlər ki, bank sirridir. Hətta indiyədək bir sənədi belə bizə göstərməyiblər. Halbuki adıçəkilən komitəni yaratmaqda məqsəd ictimai nəzarəti yerinə yetirməkdir.

Əmanətlərin Sığortalanması Fondu görülən işlər, ümumiyyətlə, “AtraBank”dan verilən kreditlərin nə qədərinin geri qaytarılması, nə qədər əmlakın satılması və bu zaman əldə edilən gəlir, ödənilən borcların məbləği haqda komitəyə məlumat verməlidir. Əmanətçilər də problemləri ilə bağlı komitəyə müraciət etməlidirlər. Əmanətçilər də Əmanətlərin Sığortalanması Fondundan nəsə soruşanda komitəyə müraciət etmələrini məsləhət görürlər. Ancaq, bir daha təkrar edirəm ki, komitə üzvlərinə proses barədə hər hansı məlumat verilmir.

Biz onlardan əmanətçilərin telefon nömrələrini, sayını istəyirik, nə qədər əmanətin sığortalanmamış hissəsi qaldığını, bankın nə qədər əmlakı olduğunu, hərraca çıxarılan əmlakın necə satıldığını soruşur və bu prosesdə iştirakımızı tələb eləsək də, bizi bu prosesə buraxmırlar. Məsələn, əldə etdiyimiz məlumata görə, “AtraBank”ın “Lexsus” markalı, dəyəri 60-70 min dollar olan avtomobili hərracda 14 min manata satılıb. Bu, sadəcə, gözdən pərdə asmaq üçündür.

Bizim pulumuz necə mənimsənilir? Əmlak hərraca çıxarılır, amma satmırlar, ikinci hərracda qiymət düşür, üçüncü hərracda isə onu dəyər-dəyməzinə - 14-15 min manata özləri alırlar. Yəni əmlakların çoxunu bilərəkdən aşağı qiymətə satırlar. Onlar nə vaxtsa “pulunuzu vermirik”,- deməyəcəklər, deyəcəklər ki, “bankın pulu qalmadı. Bankın bütün gəliri, çıxarı hesablanıb borclar ödənildi, sizə bir şey çatmadı”.

- Sizin dediklərinizdən belə nəticə çıxarmaq olar ki, müflis elan edilən “AtraBank”da əmanətlərin qaytarılması üçün imkan var, amma bunu ödəməkdən boyun qaçırırlar. Bu özbaşınalıqda kimlər maraqlıdır?

- Banklardan kredit götürən vətəndaşı dövlət müdafiə edir. Yaxınlarda prezident İlham Əliyev 10 min manata qədər olan kreditlərin 0,78 manatdan hesablanması ilə bağlı çox yaxşı fərman imzaladı. Bu, əmanətçi olaraq bizə də şamil edilməlidir.

Bizim həmin bankdakı əmanətlərimiz leqal, vergisi ödənilən əmanətlərdir. Bu əmanətlər banka yerləşdirilibsə, buna dövlət təminatı olmalıdır. Kreditlərlə bağlı problemin həlli, əslində bizim də üzləşdiyimiz problemin həllinə kömək etməlidir.

İndi kreditlərin qaytarılması sürətlənir və asanlaşdığından bankların gəliri də artır. Deməli, əmanətlər də qaytarılmalıdır.

Biz problemin həlli üçün bütün müvafiq qurumlara müraciət etmişik. Mərkəzi Bank bu problemin həllini Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıb.

Ölkə mətbuatı isə yazır ki, Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olarkən təkcə “BankStandart”dan 120 milyon manat mənimsəyib. Onun Fransada “Aslanlı” markası ilə şərab istehsalı ilə məşğul olduğu, özünə 65 min manat maaş təyin etdiyi bildirilirdi. Əgər yazılanlar doğrudursa, deməli, Aslanlı talançılıqla məşğul olub. Adam il yarım Maliyyə Bazarlarına Nəzarət Palatasına rəhbərlik etməklə bu qədər sərvətə sahib olub. Çox güman ki, bu sərvəti halal yolla deyil, vətəndaşların əmanətini talamaqla toplayıb.

Biz Azərbaycan vətəndaşları olaraq ölkə başçımıza muraciət edirik ki, maliyyə bazarını banklarda oturuşmuş maliyyə mafiyasından təmizləsin, bizim haqq səsimizə səs versin, bizə bu işdə köməklik göstərsin.

Respublika Prokurorluğunun rəhbərliyindən isə xahiş edirik ki, Əmanətlərin Sığortalanması Fondunda baş verən böyuk korrupsiyanın qarşısını almaq üçün araşdırmalara başlasın. Araşdırma aparılsa, “AtraBank”la da bağlı Rüfət Aslanlının vaxtında ciddi qanunsuzluqlara yol verildiyi ortaya çıxa bilər.

Biz əmanətçi olaraq Palataya, Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə şikayət etmişik. Deyirlər ki, “AtraBank”ın borcu bitməyib, hələ ödənilir, bu prosesdən sonra satılan əmlakdan nə qalacaqsa, sizin pulunuzu verəcəyik.

Satılan əmlakla bağlı da məsələ aydındır. Qeyd etdiyim kimi, əgər 60 minlik “Lexsus”u 12-14 min manata satırlarsa və baş verən oyunlar göz önündədirsə, əmanətlərin qaytarılacağına inam qalmır. Digər tərəfdən, İctimai Nəzarət Komitəsinin üzvləri kimi biz prosesə buraxılmırıqsa, bu problemin həllinə necə nail ola bilərik?

- Sizi bu prosesə kim buraxmır?

- Əmanətlərin Sığortalanması Fondu.

- Bundan sonra hansı addımları atmaq niyyətindəsiniz?

- Biz “AtraBank”ın əmanətçilərinin Kreditorlar Komitəsi kimi istəyirik ki, bütün hərraclar açıq keçirilsin, əldə olunan gəlirlər, ödənilən kreditlər, bankın satılan əmlakı və s. açıqlansın. Biz bilməliyik ki, bankın satılan əmlakından, kreditlərdən ayda nə qədər gəlir götürürlər və bu məbləğ necə paylanır. Biz istəyirik ki, maliyyə hesabatında iştirak edək. Biz bilməliyik ki, pullarımızın taleyi ilə bağlı məsələ nə yerdədir. Bankın 50 milyon manat Nizamnamə kapitalının hara sərf olunduğu haqda heç bir məlumatımız yoxdur. Əslində, bu məsələnin həlli yolu çox asandır.

Onu da bildirim ki, müflis elan olunan “AtraBank”ın kifayət qədər əmlakı və pulu var. Hesablamalara görə, bu bankın hazırda 37 milyon manatlıq əmlakı, 50 milyon manat Nizamnamə kapitalı mövcuddur. Üstəgəl, verilmiş kreditlərin geri silinməsindən yığılan vəsaitlər... Yəni 100 milyon manatdan yuxarı kapitalı olan bankın dövlətə 14 milyon manat borcu var. Bu, paradoks deyilmi? 100 milyon pulu olan bankın 14 milyon borcunu qaytarmasını problemə cevriblər və üç ildir ki, bu borcu bəhanə edib əmanətlərimizi vermirlər. Hətta borc qaytarılsa belə, bankın 80 milyon kapitalı qalır.

Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət etmişik və hər dəfə bizə qalan borcla bağlı müxtəlif rəqəmlər söyləyirlər. Gah deyirlər 14 milyondan 10 milyon dövlətə ödənildiyi üçün 4 milyon borc qalıb və bir necə aya onu da ödəyib pullarınızı verəcəyik, gah da sorğumuza cavab verirlər ki, 7 milyon borc var. Bu müxtəlif rəqəmləri bizə ADİF-in rəhbərliyi bildirir.

Biz dövlətdən pul istəmirik. Əgər problemli kreditlərin həlli üçün dövlət yardım edirsə, əmanətlərə görə büdcədən pul ayrılmamalıdır. Sadəcə, 0,78 manatdan hesablayıb həmin pulu bizə qaytarmaq lazımdır. Əgər bu addım atılarsa, əmanətlərin mənimsənilməsinin qarşısı alınar.

Digər tərəfdən, həmin əmanətlər 100 faiz sığortalanmış hesablanmalıdır. Prezidentin bu haqda sərəncamı var. Devalvasiyaya uğramış banklarda qalan əmanətlər 3 faizli valyuta hesabındadırsa, 3 faizlə gəliri hesablanmalı və 100 faizlik sığortalanmış sayılmalıdır. Bunu, sadəcə, həmin banklara da şamil etmək lazımdır.

- Etiraz aksiyası keçirmək istəyirsiniz?

- “BankStandart”ın əmanətçiləri Prezident Administrasiyasının binası qarşısında aksiya keçirəndə orada “AtraBank”ın da əmanətçiləri iştirak edib. Biz bundan sonrakı etirazlara da qoşulacağıq.

Milli Məclisin qarşısında etiraz aksiyası keçirmək niyyətindəyik. Yeri gəlmişkən, deputatlara da müraciət etmişik. Məsələn, mən Fərəc Quliyevlə görüşüb bu haqda danışmışam. O, Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərmişdi.

Biz Milli Məclisə müraciət göndərmişdik. Bizi ADİF-ə yönəltdilər. Oradan da cavab verdilər ki, devalvasiyaya uğramış bankların əmanətçilərinin vəsaiti növbəlilik prinsipi ilə ödənəcək. Yəni, əmanətin ödənilməsi məsələsinə əmlak satılandan sonra baxılacaq.

Amma problemin həlli çox sadədir. Əmanətlərin dələduzluqla mənimsənilməməsi üçün 0,78 manatla hesablanmasına sərəncam vermək lazımdır. Yaxud 100 faizli sığortalanma təmin olunmalıdır. Sonra həmin əmanətlər işləyən banklara köçürülməlidir. Bundan sonra məsələni özümüz həmin banklarla həll edə bilərik.

Reyting.az

P. S. Bayram Abbasov sonda saytımız vasitəsi ilə “AtraBank”ın problemlə üzləşən əmanətçilərinə müraciət ünvanlayaraq, onları məsələni birgə müzakirəyə dəvət etdi. Bunun üçün əmanətçilərin WhatsApp – + 99455-320-79-99 nömrəsinə zəng vurmaqla və yaxud [email protected] e-poçtuna yazmaqla əlaqə saxlamalarını istəyir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru