"Mənim isə 3 övladım böyüyür, onlara təhsil vermək lazımdır" - GİLEY
Tarix: 15-06-2019, 10:14 | Çap et
Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarına, bu müharibədə həyatını, sağlamlığını itirənlərə dövlət qayğısı kifayət qədər yüksək səviyyədədir. Ölkə prezidentinin birbaşa nəzarəti altında şəhid ailələri və qazilərə dövlət tərəfindən pulsuz avtomobil və mənzil verilir, onların müalicəsi dövlət hesabına həyata keçirilir. Bundan əlavə, bu qrup insanlara ölkə prezidentinin aylıq təqaüdləri təyin olunub, həmin təqaüdlər aprel ayında ciddi şəkildə artırılıb.
Ölkə rəhbərliyinin qayğı və diqqət ayırdığı Qarabağ qaziləri bəzi hallarda yerli məmurlar tərəfindən laqeyd münasibətlə üzləşir, onların müxtəlif problemləri həll olunmamış saxlanılır. Belə şəxslərdən biri də Tovuz rayon Vahidli kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Abdullayev Elbrus Sakit oğludur. Redaksiyamıza müraciət edən E.Abdullayev bildirir ki, onun atası da könüllü olaraq Qarabağ müharibəsində iştirak edib: “Atam Abdullayev Sakit Qara oğlu müharibə başlayandan atəşkəs elan olunanadək könüllü olaraq orduya yazılıb, döyüşlərdə iştirak edib. Mən də evin tək oğlu olmağıma baxmayaraq, Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçmişəm. Elə bu xidmət zamanı da 1996-cı ildə Tovuz rayonunun Ermənistanla həmsərhəd döyüş nöqtəsində minaya düşərək, ayağımı itirmişəm. Uzun illər boyu ailəmi ordudan qayıdıb müəllimliyini davam etdirən atamın əmək haqqı, bir də dövlətin verdiyi pensiyanın hesabına saxlamışam. Lakin atam artıq pensiyaya çıxıb, ikimizin aldığımız pensiya və yoldaşımın aldığı 200 manat maaşla ailəmizi dolandırmaq çətinləşib. Buna görə də heyvandarlıqla məşğul olub, ailəmizin gəlir imkanlarını artırmaq qərarına gəlmişəm”.
E.Abdullayevin sözlərinə görə, bir neçə ay əvvəl kredit götürərək tövlə tikdirib: “İndiyədək bir dəfə də olsun hansısa problemimin həlli üçün dövlətdən yardım istəməmişəm, rayon icra hakimiyyətindən də həmçinin. Amma indi gözləmədiyim halda üzləşdiyim bir problemin həlli üçün Tovuz Rayon İcra Hakimiyyətinə üz tutmalı oldum. Belə ki, bizim kənddə torpaq islahatının nəticələri ləğv olunsa da, camaat hələ də islahat zamanı aparılan bölgüyə əməl edir. Kəndin suvarılan və suvarılmayan ərazilərindən hər sakinə pay ayrılıb. Bizim evimiz və həyətyanı sahəmiz dəmyə sahədədir, suyu motorla vururuq. Buna görə də bir neçə il əvvəl həmkəndlim, yaxşı münasibətlərimizin olduğu Məmmədov Mayıl Ənvər oğlu ilə birlikdə suvarılan sahədən payımıza düşən torpağı götürüb, əkib-becərməyə başladıq. 2 hektar sahənin 60 sotu mənim, qalanı M.Məmmədovun idi. 3-4 il həmin torpağı birlikdə əkib-becərdik. Sonra bir neçə il M.Məmmədov bunu təkbaşına etdi, çünki övladlarını oxudurdu, atamın məsləhəti ilə ona dəstək olmaq üçün torpağımdan istifadə etməsinə icazə verdim. Özüm gedib dəmyə sahədəki torpaq payından istifadə etdim, mal-heyvan üçün otu kənddən 3 kilometr aralıda yerləşən dağlıq ərazidən biçdim. İndi onun övladları ali təhsillərini bitiriblər. Mənim isə 3 övladım böyüyür, onlara təhsil vermək lazımdır. Eyni zamanda atam yaşlaşıb, özümün də ayağımın biri protezdir. Bu vəziyyətdə dağlıq ərazilərdə ot biçib gətirmək mənim üçün çox çətindir. Buna görə də M.Məmmədovdan torpağımı geri almaq istəyirəm. Qeyd edim ki, M.Məmmədov son illərdə o sahəni əkib-becərməyib, sadəcə, sulayaraq otunu biçib satıb. Suvarılan və düzən sahədə olduğu üçün ildə bir neçə dəfə otunu biçmək mümkündür”.
Qarabağ əlilinin sözlərinə görə, M.Məmmədov rahat gəlir mənbəyini itirməmək üçün onun torpağını əldən buraxmaq istəmir: “Bir neçə dəfə müraciət etsəm də, M.Məmmədov torpağımı geri qaytarmaqdan imtina etdi. Mən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbuluna getdim. Başçı məni qəbul etdi, məsələnin həllini özünün müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə etdi. Biz evə gəldik, kənddəki dostlara məsələni anladanda bildirdilər ki, Niftalı Qasımov Mayıl Məmmədovun yaxın dostudur, bu işdə onun tərəfini tutacaq. Mən inanmasam da, belə oldu. Belə ki, N.Qasımov M.Məmmədovla görüşdükdən sonra sonuncu gedib mənim sahəmin otunu biçdirib apardı. N.Qasımov bacımla söhbətində M.Məmmədovla dost olduğunu etiraf edərək, sonuncunun mənim saxta əlil olduğumu deməsini eyhamla çatdırıb. Daha sonra isə evimə polis gələrək, M.Məmmədovun məni onun özəl mülkiyyətində olan torpağa müdaxilə etməkdə suçladığını bildirdi. Halbuki həmin torpaq sahəsi M.Məmmədovun mülkiyyətində deyil. Müharibə dövründə, vətənin təhsilli gənclərə ehtiyacı olduğu zaman üzə çıxmayan M.Məmmədov iddia edir ki, o torpaq onun 30 ilə yaxındır Rusiyada yaşayan bacısının pay torpağıdır. Belə çıxır ki, vətən, torpaq darda olanda əlinə silah alıb döyüşən, sağlamlığını itirən atamın və mənim bu torpaqdan istifadə etməyə haqqımız çatmır, amma müharibə illərində səsi çıxmayan M.Məmmədovun, silah səsi gələn kimi Rusiyaya qaçan yeznəsinin haqqı çatır?! Və bu haqsızlığı faktiki olaraq Tovuz Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsi olan Niftalı Qasımov müdafiə edir...”
E.Abdullayev bildirir ki, ona hər şeydən çox şəxsinə yönəlik “saxta əlil” böhtanı və bir dövlət məmurunun həmin böhtanı reallıq kimi səsləndirməsi təsir edir: “Mən bu günlərdə ölkə prezidentinə də müraciət etmişəm. Həm M.Məmmədov, həm də N.Qasımovla bağlı məhkəməyə müraciət edəcəm. Qoy onlar mənim saxta əlil olduğumu sübut etsinlər. Eyni zamanda övladlarımla birlikdə Tovuz Rayon İcra Hakimiyyətinin qarşısında aclıq aksiyasına başlayacam. Bu ölkənin prezidentinin Qarabağ əlillərinə göstərdiyi qayğını görməzdən gələn N.Qasımov, Tovuz rayon rəhbərliyi ya birdəfəlik desinlər ki, torpağı qoruyan, onun uğrunda əlil olan şəxslərin ona haqqı çatmır, ya da mənim haqqımı bərpa etsinlər. Hər yerindən duran Qarabağ əlilinə dil uzadacaqsa, haqqını pozacaqsa, hansı valideyn övladını vətəni qorumağa göndərəcək?”
Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Niftalı Qasımov bildirdi ki, M.Məmmədovun əlində o torpaq sahəsinin ona məxsus olduğunu isbat edən heç bir qanuni sənəd yoxdur: “O kənddə torpaq islahatının nəticələri ləğv olunub deyə M.Məmmədovdakı aktlar hüquqi qüvvəyə malik deyil. Yəni mübahisəli ərazi sənəd üzərində nə M.Məmmədova, nə də E.Abdullayevə məxsusdur. Sadəcə, kənd camaatı öz aralarında razılığa gələrək, sahələrdən istifadə edirlər. Mübahisə edən tərəflər də bir neçə il həmin ərazidən birgə istifadə ediblər. O kənddən torpaqla bağlı narazılıqlar çox olduğu üçün biz Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlardan sonra qərara gəldik ki, kənd bələdiyyəsinə icazə verək, islahata düşən ərazilər üzrə vətəndaşlarla icarə müqaviləsi bağlasın. M.Məmmədov həmin ərazi üzrə bələdiyyə ilə icarə müqaviləsi imzalayıb. Amma müqavilənin müddəti bu il bitir, biz gələn ildən həmin ərazi üzrə E.Abdullayevlə müqavilə imzalanmasını təmin edəcəyik”.
Vahidli kənd bələdiyyəsinin sədri Sədi Rüstəmov isə “Yeni Müsavat”a bildirib ki, mübahisəli ərazi ilə bağlı bu il üçün M.Məmmədovla hər hansı müqavilə bağlanmayıb.
Öz növbəsində E.Abdullayev N.Qasımovun öz dostunu himayə etdiyini bildirir: “Mən əziyyət çəkib torpağı suvarmışam, biçinə hazırlamışam, M.Məmmədov isə gəlib otunu biçib aparıb və satıb. Onun heyvanı da yoxdur, neçə illərdir ərazinin otunu biçib satır, ya da başqa kəndin sakinlərinə icarəyə verir. Buna şərait yaradan Niftalı Qasımovdur. Onun himayəsi olmasa, M.Məmmədov bu addımı ata bilməzdi. İndi N.Qasımov deyir ki, müqavilə var, çıxarsınlar o müqaviləni ortalığa. Bunlar, sadəcə, M.Məmmədovun haqsız, qanunsuz əməlini ört-basdır etməyə yönəlmiş bəhanələrdir. Mən haqqımı tələb edirəm, əziyyət çəkib suvardığım sahədən biçilən otu geri qaytarsınlar, M.Məmmədov torpağımdan əlini çəksin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|