Prezident Administrasiyasına yeni rəhbər təyinatının əsas məqamları - niyə Nuriyev?
Tarix: 2-11-2019, 09:49 | Çap et
Noyabrın 1-də prezident İlham Əliyev Prezident Administrasiyasının postu vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən bu posta Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Samir Nuriyev təyin olunub.
Samir Nuriyev kimdir?
Tərcümeyi-halından aydın olur ki, Bakı şəhərində doğulan 44 yaşlı S.Nuriyev 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi alıb.
1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə həmin idarənin rəisi, 2016-cı ildə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci ilin fevralında MİDA-nın İdarə Heyətinin sədri, nəhayət, 2018-ci ilin aprelində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Yeni administrasiya rəhbərinin seçilməsində hansı amillər rol oynayıb?
S.Nuriyevin vəzifə yüksəlişində hansı amillərin rol oynadığını müəyyənləşdirmək üçün onun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri kimi fəaliyyətinə diqqət yetirmək lazımdır.
Qeyd edək ki, Bakı şəhərində tikinti qaydalarının kobudcasına pozulması barədə illər boyu əhalinin şikayətləri aşıb-daşıb. Ötən ilin iyulunda Nazirlər Kabinetinin iclasında ölkə prezidenti bu məsələyə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.
Prezident bu çıxışının ardınca ölkə üzrə tikintiyə icazələrin verilməsi sahəsində bütün səlahiyyətlərin Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə verilməsinə dair sərəncam imzalayıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsini Komitəyə birləşdirib. Bu addımlar ölkə rəhbərliyinin S.Nuriyevə olan yüksək etimadının, eyni zamanda tikinti sahəsindəki çox ciddi problemlərin aradan qaldırılmasında bilavasitə maraqlı olmasının göstəricisi idi.
Komitə sədri olaraq S.Nuriyevin ilk addımları məhz tikinti sahəsində oturuşmuş məmur oliqarxiyasına qarşı yönəldi: sənədləri, işləri qanunvericiliyin tələblərinə uyğun olmayan bütün tikintilər dayandırıldı.
Azərbaycanda tikinti biznesinin uzun müddət ərzində hakimiyyətdə yüksək mənsəb sahibi olan məmurlara bağlı olduğu heç kimə sirr deyil. O da hamıya aydındır ki, arxasında iri məmur dayanmayan hər hansı bir şirkət illər boyu qanunsuz formada, heç bir normalara əməl etmədən nəinki yüksəkmərtəbəli bina, heç toyuq hini də inşa edə bilməzdi. S.Nuriyevin dövlət rəhbərliyinin dəstəyi ilə başladığı mübarizədə qarşı tərəf əslində şirkətlər deyil, onların arxasındakı məmur oliqarxiyası idi. Bu oliqarxiya tikinti kimi çox gəlirli biznesinə mane olunması ilə razılaşmayaraq, ötən ilin sonu, bu ilin əvvəllərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, birbaşa onun rəhbərinə qarşı kampaniya başlatdı. Hətta Milli Məclisdə belə S.Nuriyevin tikinti şirkətlərinin fəaliyyətini iflic etdiyinə dair çıxışlar səsləndirildi, bəzi mətbu orqanlarda onun tezliklə vəzifədən alınacağına dair materiallar yayıldı.
Bu hücumlara komitə tikintiyə icazələrin alınması mexanizmini elektronlaşdırmaqla cavab verdi. Eyni zamanda ölkə rəhbərliyinə çoxmərtəbəli yaşayış binalarının istismara qəbulu sahəsindəki problemlər, korrupsiya və qanunsuzluğun qarşısının alınması yollarına dair təkliflər təqdim edildi. Nəticədə prezident belə binaların istismara qəbulu prosesini şəffaflaşdıran və asanlaşdıran fərman imzaladı. Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda sənədləşməyən fərdi evlərlə bağlı da eyni addım atılacaq.
Beləliklə də S.Nuriyev komitə sədri olaraq, qısa müddət ərzində tikinti oliqarxiyasının, ona bağlı məmurların, prosesə aidiyyəti olan dövlət qurumlarının qanunsuz fəaliyyətinin qarşısını tamamilə almağa müvəffəq oldu. Bu prosesin nəticəsi olaraq Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında tikintiyə icazələrin alınması indikatoru üzrə 100 pillə irəliləyiş əldə edərək 2018-ci ildə 161-ci yerdən 61-ci, 2019-cu ildə isə daha 2 pillə yüksələrək 59-cu yerə qalxdı.
Samir Nuriyevə nələr həvalə olunacaq?
İndi isə S.Nuriyeva tikinti sahəsindən qat-qat məsuliyyətli və eyni zamanda daha böyük müqavimətin ola biləcəyi bir sahə həvalə olunur. Tikinti biznesində maraqlı olan məmurlar ayrı-ayrı qurumlarda təmsil olunurdularsa, Prezident Administrasiyası bütövlükdə dövlət-hakimiyyət orqanlarının, xüsusilə də hüquq-mühafizə sistemi və yerli icra hakimiyyətlərinin işinə nəzarət edir.
Yerli icra hakimiyyətlərinin ölkənin idarəçiliyində, hakimiyyətlə xalq arasında əlaqələndirmədəki rolunun nə qədər böyük olduğunu isbat etməyə ehtiyac yoxdur. Hamıya aydındır ki, hakimiyyətlə xalqın təmasları yerli icra hakimiyyətlərindən başlayır. Hakimiyyətlə bağlı insanlarda mənfi və ya müsbət rəyi formalaşdıranlar da məhz yerli icra hakimiyyətləridir.
Son vaxtlar hakimiyyətlə xalq arasında olan bu əsas bağlantının, yumşaq desək, qaydasında işləməməsi xeyli problemlər yaratmaqdadır. Ölkə prezidentinin bugünlərdə verdiyi açıqlamalardan aydın olur ki, bir sıra yerli icra hakimiyyətləri, faktiki olaraq, dövlət vəsaitinin talanması ilə məşğul olurlar. Eyni zamanda yerli məmurlar vətəndaşların səsini eşitməzliyə vuraraq insanları hakimiyyətdən narazı salan əsas həlqəyə çevriliblər. Bəzi icra başçıları isə ölkə rəhbərliyinə yalan məlumat verməklə problemləri gizlətməyə çalışırlar.
Və heç kimə sirr deyil ki, Azərbaycanda kiçik və orta sahibkarlığın zəif inkişaf etməsinin ən əsas səbəbləri sırasında yerli icra orqanlarının fəaliyyəti ilk yerlərdədir. Hər hansı bir rayonda biznes qurmaq istəyən kiçik və orta sahibkarın mütləq qaydada yerli icra hakimiyyəti başçısının “razılığını” alması lazım gəlir. İcra başçıları istədikləri vaxt illərlə çəkilən zəhmət hesabına qurulan bir biznesi məhv etmək, sahibkarı rayondan çıxarmaq imkanındadırlar. Son illərdə mətbuatda işıqlandırılan yüzlərlə belə faktı göstərmək olar.
Yerli icra başçıları məsul olduqları rayonda sahibkarlığın inkişafı deyiləndə bilavasitə şəxsi bizneslərini düşünürlər. Çox az sayda rayon tapmaq olar ki, icra başçısının 100 hektarlarla əkin sahələri, müxtəlif xidmət müəssisələri olmasın. Belə olduqda isə əlbəttə ki, icra başçısı dövlət məmuru kimi deyil, əlində güclü təsir rıçaqları olan sahibkar kimi düşünür, özünə, öz biznesinə rəqib gördüyü bütün sahibkarları sıradan çıxarmağa çalışır.
Prezident son həftələrdəki çıxışlarında məmurların biznes maraqlarının azad sahibkarlığın inkişafına əsas əngəllərdən biri olduğunu, ölkədə inhisarçılıq mühiti formalaşdırdığını dəfələrlə vurğulayıb. Bildirib ki, belə məmurlara qarşı ən sərt tədbirlər görüləcək. Bu tədbirlərdən birincisi isə yerli icra hakimiyyətlərinə şəxsi biznes marağı olmayan, tutduğu vəzifəyə məsuliyyətlə yanaşan, məsul olduğu bölgənin inkişafını ön planda görən şəxslərin rəhbər təyin olunmasıdır. Artıq ölkə rəhbərliyi bu prosesi başladıb, iki rayona rəhbərlik tamamilə gənc kadrlara həvalə edilib. Onları qəbul edən prezident ən sərt şəkildə xəbərdarlıq səsləndirib, işinin öhdəsindən gələ bilməyən, qanunsuzluğa yol verən bütün icra başçılarının cəzalandırılacağını bəyan edib.
Baş verənlər göstərir ki, bu proses davamlı olacaq və yerli icra strukturlarında olan köhnə təfəkkürlü, müxtəlif qruplara, ayrı-ayrı məmurlara bağlı şəxslər yeni və müstəqil kadrlarla əvəz ediləcək. Belə bir şəraitdə ölkə rəhbərliyinə icra başçılarının fəaliyyətinə effektiv nəzarəti quracaq, onların mümkün kənaraçıxmalarının və biznes maraqlarını yaratmalarının qarşısını alacaq bir kadr lazımdır. Elə bir kadr ki, çox həssas bir nöqtədən - xalqla əlaqələrdən istifadə edərək insanları hakimiyyətə qarşı qaldırmaq imkanları olan, rəhbəri olduğu rayonda kök salan icra başçılarının müqavimətini önləyə, mümkün korrupsiya və qanunsuzluq hallarına qarşı dayana bilsin.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərliyi dövründə qeyd olunan tələblərə uyğun fəaliyyət sərgiləyən S.Nuriyevin Prezident Administrasiyası kimi strateji əhəmiyyətli bir posta gətirilməsini bu baxımdan təsadüfi saymaq mümkün deyil.
Yeri gəlmişkən, S.Nuriyev təyinatı barədə rəyini sosial şəbəkə hesabından paylaşmaqla fəaliyyətini tamamilə yeni prinsiplər əsasında quracağını sərgiləmiş oldu: “Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.
Göründüyü kimi, son 10 gündə prezident İlham Əliyev gənc və müasir dünyagörüşlü, həmçinin Qərbdə təhsil almış kadrları mühüm dövlət orqanlarının başına gətirir. Arzu edirik ki, bu, xalqın başına gələn ən yaxşı işlərdən biri olsun... “Yeni Müsavat
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|