Azərbaycan FETÖ-sünün diplomatiya ayağı – Kimlər bu şəbəkəyə daxildir?
Tarix: 21-07-2020, 10:12 | Çap et
“Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”. Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir. Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik. Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən əvvəl keçirdiyi məşhur müşavirədə səsləndirdiyi bir cümlə bu strukturda aparılacaq kadr islahatlarının əsl səbəbini ortaya qoyur. Xatırlayırsınızsa, diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe “kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”. Prezidentin bu sözlərini dərindən incələyəndə məsələnin təkcə “kiminsə xoşuna gəlmək” olmadığını, Azərbaycan diplomatiyasının həm də başqa ölkələrin direktivləriylə oturub durduğunu, ölkə başçısından çox xarici havadarlarını eşitdiyini anlamaq mümkündür. Bu isə elə öz milli maraqlarının xilafına gedərək, başqa dövlətlərin maraqlarına qulluq etmək, yumşaq desək, “5-ci kolonçuluq” deməkdir. Üstəlik, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət təkcə sabiq nazirin öz erməni həmkarıyla koronavirus məsləhətləşmələriylə də bitmir. Ölkəmizi xarici dövlətlərdə təmsil edən səfirlərimiz də öz yarıtmaz fəaliyyətilə nazirdən heç də geri qalmayıblar. Bunu Prezidentin həmin iclasda dilə gətirdiyi fikirlərdən aydın sezmək mümkündür: “Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük”. Ölkə başçısının bu fikirləri XİN-də aparılan təmizləmə əməliyyatının yaxın günlərdə səfirliklərə qədər uzanacağından xəbər verir. Hakimiyyət dairələrindən aldığımız məlumatlar da bu ehtimalı qüvvətləndirir. Məlumata görə, yaxın günlərdə nazirlikdə başlayacağı gözlənən kadr islahatlarında əsasən Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən Azərbaycanın “FETÖ”-sü adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb, bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm. Bunlardan diqqətimizi ən çəkəni isə Nəcəfov qardaşlarıdır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub əhd bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir. Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış. Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir. Nəcəfovların sonbeşiyi Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında üzqızardıcı ittihamlar irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk. Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O, 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki, bu 2 ildə ona təkcə diplomatiyanın sirləri də öyrədilməyib. Həm də Azərbaycandakı “5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu qeyd edilir. Murad Nəcəfbəylinin böyük qardaşı Hüseyn Nəcəfov isə bu yolu qardaşından xeyli il əvvəl keçib. Qardaşların “5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb. İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyinə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində ikinci və birinci katib vəzifəsinə yüksəlib. Hüseyn Nəcəfovun əsl yüksəlişi isə Elmar Məmmədyarovun nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “qara qutusu” sayılan Ümumi Katibliyin rəisi vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək diplomatik ünvanla təltif olunur. Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir. Nəcəfovların digər qardaşı Eldar Nizami oğlu Nəcəfov hazırda XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq, bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir. Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: “Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyik, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.
Elçin Qurbanov
P.S. Mehdiyev-Həsənov şəbəkəsinin digər diplomatları barədə daha sonrakı yazılarımızda tanış olacaqsınız.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
|