Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Cari ilin yanvar-oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,4 milyon dollar təşkil edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Nazirlikdən qeyd edilib ki, hazırda respublikada pambıq yığımı davam edir. Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən 168 min ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı hər hektara 16,35 sentner təşkil edir. Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur.
Fermerlərə pambıq istehsalına görə nə qədər subsidiya veriləcək? Diqqətə çatdırılıb ki, Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün isə məhsul subsidiyası hər tona 190 manat təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir".
"Hər il təxminən 100 min hektar sahədə pambıq əkirik" İqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, dünya bazarlarında pambığa tələbat var və ən çox Türkiyəyə pambıq mahlıcı satırıq: "Hər il təxminən 100 min hektar sahədə pambıq əkirik və keçən il sahələrdən 276 min ton pambıq yığılıb. İqlim dəyişmələri pambığın məhsuldarlığına təsir göstərir və istehsalın azalmasına gətirir. Pambıq su sevən bitkidir və Azərbaycanın ancaq 12-14 rayonunda əkilə bilir. Son 4-5 ildə ölkədə pambıq istehsalında ciddi dəyişiklik yoxdur, demək olar ki, stabillik müşahidə olunur. Məhsuldarlıq göstəricisi də normaldır. Bu sahədə subsidiyanın verilməsi pambıq istehsalını stimullaşdırıb".
Nazir pambıqçılıqda müasir suvarma sistemlərinin tətbiqini dəstəkləyir Qeyd edək ki, bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə nazir Məcnun Məmmədov bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir: "Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkinə maraq artıb". Nazirlik tərəfindən digər sahələrdə olduğu kimi, pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.
Pambıq mahlıcını hansı ölkələrə ixrac edirik? Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, keçən il pambığın məhsuldarlığı hektara 29,5 sentner olub. 2023-cü ildə Beyləqan, Ağcabədi, Bərdə, Saatlı və Salyan rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. Keçən il ixrac olunan pambıq mahlıcının 73,1%-i Türkiyənin, 21,8%-i Türkmənistanın və 3,3%-i isə İranın payına düşüb. 2023-cü ildə ixrac olunan pambıq ipliyinin isə 77,7%-i Türkiyənin, 21,8%-i Rusiyanın, 0,5%-i isə digər ölkələrin payına düşüb.
Aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, qasırğa, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
|