Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Tarix: 21-10-2020, 09:35 | Çap et
Ölkəmizdə azad sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait nəticəsində bir çox sahələrə yerli və xarici iş adamları tərəfindən böyük yatırımlar edilir. Təbii ki, bütün bunlar iqtisadiyyatın inkişafı,yeni iş yerlərinin yaradılması baxımından ürəkaçan mənzərədir. Təəssüf ki, bəzi işbazlar (belələrinə iş adamı deməyə adamın dili gəlmir) yaradılan əlverişli şəraitdən sui-istifadə etməklə şəxsi mənfəətləri naminə qanunlara məhəl qoymur, vergi qaçaqlığı və digər çirkli əməllərlə məşğul olurlar.
Azərbaycanda yetərincə tanınan iş adamı Nuru Əliyevin fəaliyyəti ilə bağlı internet üzərindən araşdırma apararkən ən çox oğlunun sərxoş halda “avtoşluğu”, polis əməkdaşları ilə qalmaqalları, həbs olunması və s. mövzulu xəbərlərə rast gəlinir. Onun iş həyatı ilə bağlı apardığımız araşdırmalar da heç də oğlunun həyat tərzindən fərqlənmir. Belə ki, N.Əliyevin rəhbərlik etdiyi şirkətlərdə baş verən qanunsuzluqlar barədə kifayət qədər məlumatlar əldə etmək mümkündür. “Nurgün” Holdinqin sahibi olan N.Əliyev müstəqilliyimizin ilk illərində aeroportda gömrük rəisi vəzifəsində çalışıb. Elə buradaca ulduzu parlayan gələcək oliqarx iş həyatına atılır və ölkənin ən böyük holdinqlərindən birinin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin distribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmasına şərait yaradır. Onun ölkəyə gətirdiyi məhsulların spektri çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər geniş idi.
N.Əliyev tərəfindən əsası qoyulan "Nurgün" holdinqə çoxsaylı şirkətlər və distribütorluqlar daxildir. Holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirsək onun nə qədər geniş spektrdə fəaliyyət göstərdiyinin şahidi olarıq.
"Nurgün Motors" - Nissan Azərbaycan - Infiniti Azərbaycan - Ford Azərbaycan - Renault Azərbaycan - Maşın bazarı - Çoxsaylı avtomobil salonları və servis mərkəzləri, “Rəvan Sığorta” , keçmiş NBC Bank, Nurgün İnşaat, “Bella” Yuyucu vasitələr fabriki, Salyan süd zavodu, Nurgün Trading (Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir),
Kaspian Transport, “Kontinental” mağazalar şəbəkəsi, “Ailə” supermarketlər şəbəkəsi, NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.
Bu qədər geniş əhatə dairəsinə malik olan iş adamının fəaliyyətində kifayət qədər nöqsanların olduğu bildirilir. İlk əvvəl N.Əliyevin müəyyən sahələr üzrə monopolist mövqeyi bazarda rəqabət mühitini boğur, qiymətlərin bahalaşmasına və əksər hallarda keyfiyyətsiz məhsulların yüksək qiymətlərlə alıcıya satılmasına şərait yaradır.
Məsələn Nurgun Motors"dan nağd, kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə qanunlar, nə dövlət qurumları qorumur. Alıcının necə tora salınması mexanizminə nəzər salsaq bunun hansı dərəcədə təhlükəli olduğunun şahidi olarıq.
İlk öncə avtomobili mütləq "Aypara lizinq" şirkətindən alacaqsınız. Daha sonra lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.
Avtomobili mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz. Sığorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəalar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.
Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.
Xatırladaq ki, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna daxildir və bu açıq-aşkar istehlakçı hüquqlarının kobud sürətdə pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qurumlar buna niyə göz yumur?
Həmçinin holdinqə daxil olan çoxsaylı şirkətlərin vergidən yayınması barədə çoxsaylı məlumatlar mövcuddur. Dəfələrlə zamanında Vergilər nazirliyi tərəfindən müvafiq aktlar hazırlansa da nədənsə bunlara da məhəl qoyulmayıb. Vergidən yayındırılan məbləğ isə milyonlarla manat həcmindədir. Müharibə aparan bir ölkədə belə hallara yol verilməsi ən azından müharibə qanunları ilə də mühakimə olunmalıdır.
Holdinqin Salyanda fəaliyyət göstərən filialında araşdırma aparılsa qanunsuzluqlar, külli miqdarda vergidən yayınma və mənimsəmələr aşkarlana bilər. Bildirilir ki, “Nurgün” holdinqin Salyanda yağ-pendir istehsal edən sexi var. Amma şirkətin əsas fəaliyyəti heç də süd məhsulları istehsal etmək deyil. Burada süd məhsullarının istehsalı sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır. Şirkət həmin sexin anbarında böyük miqyasda topdansatış mallarının dağıdılması ilə məşğul olur. Bütün çeşidlərdə ərzaq və məişət malları həmin sexdən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı Sabirabad rayonlarındakı və Şirvan şəhərindəki mağazalara paylanılır. Sexdən paylanılan külli miqdarda ərzaq və məişət mallarının paylanılması isə bir qayda olaraq qanunsuz həyata keçirilir.
Göründüyü kimi, ölkəmizdə biznes üçün yaradılan əlverişli mühitdən yararlanan N.Əliyev əslində normal şərtlər daxilində deyil, daha çox “kölgə iqtisadiyyatı” prinsipləri ilə fəaliyyət göstərir. Bu gün “hər şey Vətən üçün, hər şey cəbhə üçün” prinsipi əsas olmalıykən qanunsuz yollarla milyonlar qazanmağa nə ad vermək olar? Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək? Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
|