Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR!
Tarix: 27-01-2021, 09:30 | Çap et
"Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir...
Son günlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi haqqında narazılıqlar durmadan artır. Son günlər artan narazılığın bir qismi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlıdır. Abunəçilərin səsləndirdiyi iddialara qurumun baş direktoru Ruslan Əliyev bu gün cavab verib. Əslində cavab verməyib. Özünü və rəhbərlik etdirdiyi qurumu ifşa edib. Necə deyərlər “qaş düzəltdiyi yerdə vurub gözü də çıxardıb”.

Gəlin hörmətli Ruslan müəllimin şərhini diqqətlə izləyək. O deyir: “Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 % aşağı düşdü”. Deməli, ölkə üzrə tələbat ən azı 30-40 faiz aşağı düşüb. Bu da əsaslı şəkildə qaz sərfiyyatını azaldıb. Amma Baş direktor nədənsə istehlakın aşağı düşməsi hesabına nə qədər mavi yanacağa qənaət edildiyini demir. Məntiqlə istifadə edilməyən qaz anbarda qalmalıdır. Bəs, niyə qalmayıb?

Baş direktor davam edir: “Ötən il biz əvvəlki ilə nisbətən əhali xətlərində 490 milyon kubmetr çox qaz qəbul etmişik. Bu da o deməkdir ki, bu qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır.” Kökündən yanlış izahdır.

Birincisi, əhalinin istehlak etdiyi qazın həcminin artmasını pandemiyaya bağlamaq sadəcə bəhanədir.İstehlakın artması ən yaxşı halda havaların soyuq keçməsi ilə izah oluna bilər.

İkincisi, Bir il ərzində əhali tərəfindən istehlak edilən mavi yanacağın həcminin yarım milyard kubmetr “artması” sadəcə təəccüb doğurur. Belə çıxır ki, pandemiya dövründə insanlar özlərini karonavirusdan mavi yanacaqla qoruyublar. Ay maşallah!… Bir bunu eşitməmişdik. Gərək Ümumdünya Səhiyyə Təşkilatına yazaq, gəlib “Azəriqaz”ın təcrübəsini öyrənsin və ABŞ-a Avropaya, Çinə və digər ölkələrdə təşviq etsin.

Üçüncüsü, Baş direktor istehlakın artdığını deyəndə müqayisəli rəqəm gətirməli idi. Deməliydi ki, ötən il bu qədər qaz istehlak olunub, bu il isə bu qədər artıb. Yəni fərq bir qədər real olmalı idi. Amma rəqəmlər gizlədilir. Çünki, deyilən rəqəmlər reallığı əks etdirmir.

Ona görə ki, ölkəmizdəki qaz infrastrukturu bərbad gündədir. Anbarlardan ötürülən qaz istehlakçıya çatana qədər ən azı 15-20 faiz itki ilə üzləşir. Lakin “Azəriqaz” İstehsalat Birliyi bu itkini Sovetdən qalma metodologiya ilə hesablayır. Maksimum 3-5 faiz itki nəzərdə tutulur. Bildiyimiz kimi, mavi yanacaq da elektirik enerjisi kimi geri dönüşü olmayan yanacaq növüdür. Yəni anbardan və yaxud qaz tənzimləyici stansiyadan vurulan qaz istehlaka məhkumdur. Və bu gün şaxələndirilmiş qaz sistemində istər əhaliyə, istərsə də qeyri-əhaliyə eyni xətt xidmət göstərir. Yəni pandemiya dövründən əvvəl ötürülən mavi yanacaq məcburən indi də ötürülür. Və bu vəziyyətdə xeyli qaz istifadəsiz itirilir. İtirilmiş qazınsa hesabı kiməsə kəsilməlidir.

Bu vəziyyətdə isə “kraynı” əhalidir. Çünki əhalinin “Azəriqaz”a təsir imkanları sıfıra bərabərdir. Əslində hörmətli Ruslan müəllim də bu gün bunu etiraf edib. O deyir: “Sənaye obyektlərinin sayında azalma oldu, kafe-restoranların fəaliyyəti dayandı. Amma əhalidə sərfiyyat artmağa başladı. Əhali əvvəlki illərə nisbətən daha çox evdə qaldı, ailələr özünü daha çox qorumağa başladı(!) Başa düşmürəm “Azəriqaz” İB nə vaxtdan əhalinin sosial müdafiəçisi olub?

Üstəlik, Baş direktor bu fikri ilə sübut etməyə çalışır ki, guya pandemiya səbəbindən insanlar daha çox evdə oturur. Evdə oturduqları üçün də daha çox mavi yanacaqdan istifadə edirlər. Əcəb məntiqdir. Bu məntiq ən yaxşı halda “Azəriqaz” İB-yə, birdə SOCAR-a sərf edər. Reallıqda isə bu sadəcə bəhanədir.

Belə ki, sənaye müəssisələri və iaşə obyektləri işləmədiyi üçün onların istehlak etməli olduğu qazın hesabı əhaliyə yazılıb. Bütün narazılıqların da tək səbəbi budur. Bu narazılığın aydınlaşdırılmasınınsa sadə və kustar üsulu var. Narazı abonentin son bir-iki ildəki qaz sərfiyyatı hesablanır və orta aylıq sərfiyyat çıxarılır. Əgər orta aylıq sərfiyyat üst-üstə düşürsə, istehlakçıya bu insani qaydada izah edilir. Yox fərq yaranırsa, onda artıq pul vətəndaşa qaytarılır. Yoxsa pandemiyanı bəhanə gətirməklə iş bitmir.

Bu gün əhalini narazı salan məsələlərdən biri də smartkart tipli sayğacların dəyişdirilməsidir. Nəzər alaq ki, son 10 ildə artıq 3 -cü dəfədir ki, ölkə üzrə sayğaclar dəyişdirilir. Əslində sayğacdəyişdirmə kampaniyası dövlət vəsaitinin silinməsinin daha mütərəqqi yoludur. Qısa zamanda 3 dəfə sayğac dəyişdirməyə nə ehtiyac var? Şəxsən bir istehlakçı kimi məni smartkart sistemi qane edirdi. Çünki imkanım qədər ödəyirdim. Ödədiyim qədər də istifadə edirdim. Amma bu şansı “Azəriqaz” istehlakçının əlindən aldı.

Ruslan Əliyev isə sayğac dəyişmə kampaniyasını elə izah edir ki, guya onların əsas hədəfi müştəri məmnunluğudur. Üstəlik, Baş direktor deyir ki: “Biz pilot layihəyə başlamışıq. Ən müasir smart tipli 30 min ədəd sayğac artıq Bakıdadır, gələn ay əlavə 60 mini də gətiriləcək”. Burda qəribə paradoks yaranır. Baş direktor deyir ki, bu pilot layihədir. Yeni sayğaclar gətirilir. Bəs, partapart smartkart sayğacların mexaniki sayğacla dəyişdirilməsi hansı layihənin icrasıdır?

Hansı ki, quraşdırılan sayğaclar barədə artıq narazılıqlar başlayıb. Məsələn, mənim bir tanışım deyir ki, “evimdə smartkart idi. Ayda orta hesabla 40 manatlıq qaz yandırırdım. Ötən ay yeni sayğac qoydular. Və bir aya mənə 210 manatlıq istehlak qəbzi gəldi”. Bizim mənzilimizdə isə smartkartı yeni dəyişdiriblər. Fevralın əvvəllərində “Azəriqaz”ın mənə göndərəcəyi “şotu” həyəcanla gözləyirəm.

Görünən odur ki, “Azəriqaz”ın anoloji iş metodu keyfiyyəti artırmaq üçün yox, kəmiyyəti yüksəltmək üçündür. Pandemiya dövründə qeyri-əhalidən toplanılmayan vəsaiti “Azəriqaz” zor-xoş əhalidən toplamaq istəyir. Çünki zavodlar, fabriklər, istehsal sahələri, xidmət sektoru və iaşə sahələri işləməyib. Amma həmin qaz xətlərdə itib, gedib. İtirilmiş qazınsa pulu məcburən əhalidən tutulur. Bunun başqa izahı varsa, buyurub Ruslan müəllim izah etsin…
//Konkret.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru