Hakimiyyət korrupsiya pullarını necə “yuyulması”nın izinə düşüb – çox “başlar” gedə bilır...
Tarix: 5-05-2021, 09:23 | Çap et
Azərbaycanda məmurların korrupsiyalaşma səviyyəsini müəyyənləşdirmək üçün son illərdə reallaşan həbslər nəticəsində üzə çıxan faktlara diqqət yetirmək kifayətdir: dövlət idarəetməsində orta ranqdan da aşağı məmur vəzifəsini tutan bu şəxslərin həftəlik korrupsiya qazancı 200-300 min manat arası dəyişir. Bu isə orta və yuxarı pillələrdə dayanan vəzifələri tutanların daha böyük korrupsiya imkanlarının olması deməkdir.
Uzun illərdir böyük neft pullarının sürətli və faktiki olaraq heç bir nəzarətsiz xərclənməsi dövründə irihəcmli sərvətlər əldə edən sabiq və indiki məmurların dövlətdən soyub-taladıqları vəsaitlərin geri qaytarılması mexanizmləri ilə bağlı müzakirələr aparılır. Son illərdə belə məmurların özlərinin və ailə üzvlərinin, yaxın qohumlarının adına xarici ölkələrdə yüz milyonlarla dollarlıq biznes və əmlak aşkarlanıb. Hətta əksər deputatların da xaricdə biznesinin olduğu artıq heç kimə sirr deyil. Bu varidatın sahiblərinin dövlətdən soyduqlarını könüllü şəkildə geri qaytarması ehtimalı demək olar ki, sıfıra bərabərdir. Çünki bu, onların həbsi ilə nəticələnə bilər. Buna görə də əksər ekspertlər böyük əksəriyyəti Azərbaycandan çıxarılmış olan vəsaitlərin heç olmasa bir hissəsinin ölkəyə qaytarılması üçün maliyyə və əmlak amnistiyasının elan olunmasını ən məqbul yol hesab edirlər. Praktika da göstərir ki, məmurların həbsi və əmlaklarının müsadirəsi yolu ilə dövlətdən oğurlanan pulların çox cüzi bir hissəsini geri qaytarmaq olur. Belə ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən, məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.
Əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir. Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.
Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur".
Maliyyə Nazirliyindən aldığımız məlumata görə, bu yarımmadə üzrə dövlət büdcəsinə 2015-ci ildə 6 milyon 777 min manat, 2016-cı ildə 2 milyon 785 min manat, 2017-ci ildə 605 min manat, 2018-ci ildə 9 milyon 144 min manat, 2019-ci ildə 14 milyon 720 min manat, 2020-ci ildə 1 milyon 700 min manat daxil olub. Bu vəsaitlərin 2015-2020-ci illərdə həbs edilən məmur və digər vəzifəli şəxslərin korrupsiya qazancının heç yüzdə biri də olmadığı hər kəsə məlumdur. Buna görə də ekspertlər, mütəxəssislər maliyyə amnistiyasının elan olunmasını vacib sayırlar.
İqtisadçı-ekspert Rövşən Ağayev də bu yolu mümkün sayır, lakin onun fərqli mexanizmlə icra olunmasını təklif edir: “Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında 2 maraqlı detal diqqəti çəkir. Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus ”Az Forel" MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitlərin leqallaşdırmasına şübhələr yaranıb.
Məncə, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm. Əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakın mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz. Əmlak reyestrində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazmdır.
Artıq bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər.
Açıqlamadakı digər vacib detal icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyəri ilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır.
Hər halda, təcrübə göstərir ki, müəllimin bahalı mənzilləri və maşın kolleksiyası da olmamış deyil, əks halda, Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar.
Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı bu gözəl və cəfakeş vətənimizdə icra başçısının 10 milyonlarla manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir"...
R.Ağayev bildirir ki, həbs olunanların əmlaklarının satışı sahəsində böyük qeyri-şəffaflıq var: “Bu əmlaklar geniş ictimaiyyət xəbərdar edilməklə, açıq və rəqabətli hərraclarda satılmalıdır. Onlar real dəyərinə uyğun qiymətləndirilməlidir, alanların kimliyi də hamıya məlum olmalıdır. Belə hərraclar qanunvericilikdə nəzərdə tutulsa da, proses tam qapalı keçirilir. Araşdırılsa, görəcəyik ki, müsadirə olunan əmlaklara dəyərindən qat-qat aşağı qiymət qoyularaq satılıb. Eyni vəziyyət Beynəlxalq Bankdan kredit götürüb qaytarmadığına görə dövlət mülkiyyətinə keçirilən 10 milyard manatlıq müəssisələrlə bağlı da hökm sürür. Heç bir hesabat verilmir ki, bu müəssisələrin taleyi necə olub”?
Ekspertin fikrincə, məmurların qanunsuz yolla böyük əmlak əldə etməsi çox ciddi problemdir: “Belə əmlaklar, müəssisələrin aşkarlandığı rəsmən elan olunursa, demək ki, böyük bir problem var, onu həll etmək lazımdır. Bu həll qanunsuz gəlirlə qurulan müəssisələrin fəaliyyətinin dayandırılması deyil, onun əvəzində büdcəyə həmin məmurlar tərəfindən verginin ödənməsi müqabilində özlərində saxlanmasını nəzərdə tuta bilər. Əgər bir müəssisənin hansısa məmurun qulluq mövqeyindən sui-istifadə etməklə əldə etdiyi qanunsuz gəlirlə qurulduğu sübuta yetirilirsə, onda müsadirədənsə onun amnistiya predmeti olması daha effektiv olar. Yəni həmin məmurun bütün ailə üzvlərinin adına olan biznes amnistiyaya salınır, əvəzində biznesin müəyyən hissəsi məbləğində dövlət büdcəsinə vergi ödəməsi təmin edilir. Bu zaman iki məqama diqqət yetirilir: həmin məmur ən azı növbəti 5 ildə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum olunur. Yaxud özü könüllü şəkildə məmurluqdan biznes fəaliyyətinə keçir. İkinci məsələ amnistiya subyekti olan əmlaka görə ödənilməli verginin məbləğidir. Bu, ya indi vergi qanunvericiliyində nəzərdə tutulan dərəcə ilə gəlir vergisinə cəlb olunur, ya da konkret faiz - 20-25 faiz müəyyənləşdirilir, amnistiyaya salınan əmlakın dəyərinin bu hissəsi qədər vergi ödənilir”.
R.Ağayevin sözlərinə görə, bu yolla həyata keçirilən amnistiya prosesinin uğurlu olması üçün onun tam şəffaf şəraitdə aparılması son dərəcə zəruridir: “Bu proses vəzifədə olaraq özü və ailə üzvləri əmlak, biznes sahibi olan bütün məmurları əhatə etməlidir. Bu gün Azərbaycanda heç bir məmur deyə bilməz ki, ailə üzvlərinin biznesinin çiçəklənməsində onun rolu olmayıb. Buna görə də amnistiya istisnasız olaraq bütün belə məmurları və onların ailə üzvlərini əhatə etməlidir. Kimlərinsə məmur-oliqarx statusunu saxlamasına yol verilərsə, bu, prosesin uğursuzluğa düçar olması deməkdir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|