
Son hərbi əməliyyatlar Hindistanın arsenalında olan Fransa və ABŞ silahlarını Pakistandakı yeni Çin silahlarına qarşı uğursuzluğunu nümayiş etdirdi.
Teleqraf xəbər verir ki, bu barədə “France24” telekanalının materialında deyilir.
Fransa telekanalına danışan ABŞ-nin Stimson Araşdırmalar Mərkəzinin Çin Proqramının direktoru Yun Sunun fikrincə, mayın 7-10-da baş verən toqquşmalar bir sıra məqamları üzə çıxarıb:
“Birincisi, Hindistan silah sisteminin bir çox insanın düşündüyü qədər təsirli olmamasıdır. İkinci görünən odur ki, Hindistanın strateji niyyəti bir çox insanın gözlədiyindən daha iddialı ola bilər”.
Verona Təhlükəsizlik Tədqiqatları Mərkəzinin Çin üzrə eksperti Şarlotta Rinaudo Pakistanın yeni Çin silahlarını ən yaxşı şəkildə nümayiş etdirdiyini bildirib:
“Bizdə həmişə belə bir təəssürat vardı ki, Çin silahları müəyyən mənada (saxta) Çin malları ilə eynidir. Çin silahlarının daha aşağı səviyyədə olduğunu güman edirdik. Belə deyilmiş”.
Xatırladaq ki, Hindistan mayın 7-dən 8-nə keçən gecə Pakistana hava zərbələri zamanı 5 qırıcısını itirib. Pakistanın vurduğu 5 qırıcıdan 3-ü “Rafael” döyüş təyyarəsidir.
Pakistan müdafiə naziri Xavaca Asif mayın 8-də bəyan etmişdi ki, Hindistanın bu yaxınlarda Fransadan aldığı 3 “Rafale” qırıcısının vurulması üçün Çin istehsalı J-10 təyyarəsindən istifadə olunub.