TƏBİB-in rəhbər sarıdan bəxti heç gətirmədi... - YARITMAZLIQ...
Tarix: 28-10-2021, 08:43 | Çap et
 Mövzuya ondan başlayaq ki, 1 ilə yaxındır ki, səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunub. Və onu Teymur Musayev əvəz edir. Bəli əvəz edir. Bəyənmədiyimiz sovet dövründə İ.O ( ispoln.obyaz) deyilən, yəni müvəqqəti əvəz edən, icra edən məsələsi var idi. İ.O-nun müddəti bir neçə ay ola bilərdi. Cənablar, Allah qoymasa, 1 il İ.O olar ? Özü də NAZİR ee... Məlumdur ki, ölkəmizdə Səhiyyə Nazirliyindən sonra bu sferada 2-ci ən mühüm qurum “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB-dir. Bildiyimiz kimi bu qurumun sədri Ramin Bayramlı da xeyli müddətdir vəzifəsindən istefa verib və onu da xeyli vaxtdır yenə Allah qoymasa, Vüqar Qurbanov müvəqqəti əvəz edir, yəni o da İ.O-dur. Cənablar, başa düşürsünüzmü, dünyada və ölkəmizdə dəhşətli pandemiya tüğyan edir. Bu vəziyyətdə ölkə səhiyyəsinə cavabdeh olan 2 mühüm vəzifənin ikisi də xeyli müddətdir İ.O-dur. Anladınızmı ? İkincisi, TƏBİB-in yeni müvəqqəti sədri Vüqar Qurbanov hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu bir əldə iki qarpız tutmaqdır. Bu adam iki mühüm vəzifənin öhdəsindən necə gəlir ? Görəsən bu ölkədə 4-5 nəfər savadlı, təcrübəli, ləyaqətli tibb mütəxəssisi yoxdur ki, bir adam bir əlində 5 qarpız-vəzifə tutur ? Əslində açıq deməliyik ki, bu millətin başında dəlləklik öyrənməkdir. Millət sizin üçün “ eksperiment dovşanı” deyil e...üstündə təcrübə keçəsiniz... Daha bir mühüm məsələyə toxunaq. Bu yaxınlarda ölkənin savadlı, təcrübəli həkimindən soruşmuşdular ki, sizə səhiyyə naziri vəzifəsi təklif olunsa, razı olardınızmı ? Cavab doğrudan da heyrətamiz idi: Əlbəttə, qəbul edərəm, amma şərtim olacaq, rüşvət almayacam, heç kimə rüşvət verməyəcəm, heç kimi eşitməyəcəm, dost-tanışı vəzifələrə doldurmayacam, razıdılarsa, nazir olaram... Çox ağrılı və ibrətamiz cavabdır. Bəli, bütün problemlər bu qısa cavabda gizlənib, başqa söhbət ola bilməz. Bir məsələni ötən yazımızda qeyd etdiyimiz üçün təkrarçılığa varmaq istəmirik. Amma qısaca qeyd edək ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nəyə lazımdır, TƏBİB varsa, Səhiyyə Mərkəzini nə üçün yaradırlar ? Belə paralel qurumlar həm dövlətin cibinə ziyandır, həm də millət ortada çaş-baş qalır. Bəli, vətəndaşlar bir-birinə bənzəyən qurumlar arasında günlərlə, bəzən aylarla vaxt itirməli olurlar. Sözün qısası, paralel qurumların olmasının dövlət və cəmiyyət üçün heç bir faydası yoxdur, əksinə problem mənbəyidir. Bu mövzuda yazdığımız üçün mövzunu uzatmırıq. İndi görək, TƏBİB-in müvəqqəti sədri Vüqar Qurbanov nə işlərlə məşğuldur ? Onun qaranlıq işlərini qoyuruq bir kənara və rəsmi xəbərlərə istinad edirik. Hər gün mətbuatda Vüqar Qurbanovun əmrləri ilə tanış oluruq: Onu vəzifəsindən çıxardır, bunu qoyur, bunu azad edir, o birisini vəzifəyə təyin edir və s. Hamısı da Allah qoymasa, baş həkim, direktor, təsərrüfat məsələləri üzrə direktor müavini və s. Çıxardıb-qoymaqla nəsə dəyişirmi, cənablar ? Əlbəttə, yox. Əgər dəyişsəydi, Əlini çıxardıb Oqtayı qoyanda dəyişərdi də... TƏBİB-in İ.O sədri yuxarıda qeyd etdiyimiz kimi hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. Bu adam deyir ki, “ 900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib”, yəni guya 900 min insan az vaxtda pulsuz müalicə olunub, ağır cərrahi əməliyyatlardan çıxıb. İnanan daşa dönsün, Vüqar Qurbanov. Camaat pulsuz 1 tabletka qarınağrısı dərmanı ala bilmir, bu da pulsuz bahalı əməliyyatlardan, 900 min insandan danışır... Ayıbdır e, insan nə qədər yalan danışar. Vüqar Qurbanov deyir ki, “İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yüksək inkişaf mərhələsinə qədəm qoydu”. Ay adam, sən hansı inkişafdan danışırsan ? Şair demişkən, kimi aldadırsan, ay zalım oğlu ? “Revizor” Nurməmməd Yarıyevi Tibbi Mərkəzə direktor qoymaq inkişafdır, Vüqar Qurbanov ? Vüqar Qurbanov, bəlkə inkişaf deyəndə bu yaxınlarda tabeçiliyində olan qurumlara göndərdiyin müraciəti deyirsən ? Əlimizdə olan sənəd də sübut edir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun adından tabeliyində olan tibbi müəssisələrinə göndərilən rəsmi məktubda qeyd olunur ki: “İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən”, “İdarə Heyətinin sədr əvəzi” və s kimi qeyd olunaraq göndərilən məktublar tərəfimizdən qəbul olunmayacaq. Vüqar Qurbanov, bu müraciətiniz, səhiyyəmizin rüsvayçı durumunun bariz nümunəsidir. Qalanı detallardır... //gundelik-baku.com//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|