"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

"Bu yerdə heç it də yaşamaz" - Məmurların vətəndaşlara rəva bildiyi YAŞAYIŞ
Tarix: 30-10-2021, 09:42 | Çap et
"Bu yerdə heç it də yaşamaz"
Bəzən pis gündə yaşayışı itlərlə müqayisə edirik. Pis evə “it damı”, pis evdə yaşayana “it də burada yaşamaz” deyirik.

Əslində söhbət açacağım yerə, evə, yaşayışa məmurlar da “itli” müqayisə aparıblar. Söhbətin tən ortasından başlayaq. Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi Göz xəstəxanası kimi tikilib, daha sonra yarımçıq qalan, qaçqın və məcburi köçkünlərin yaşadığı yerdə söhbət açacağıq. Daha dəqiq ordakı bir ailədən, onların yaşayışından…

İki il öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sözü gedən və aşağıda sözü gedəcək ailənin yaşadığı yerə gəlib, baxışdan sonra belə bir ifadə işlədib: “Burada it də yaşamaz”. Məsələ ondadır ki, bu söhbətin üstündən iki il keçib və ailə hələ də orada yaşayıb. Ailə böyüklərindən biri Tağıyeva Sevda Heydər qızının dili ilə desək, “Biz itdən də betərik”.

İnsan hər yerə, hər şəraitə uyğunlaşan, adaptasiya olan bir varlıqdır. Qarabağda imarəti olub çadırda yaşayanları gördük, dəmir vaqonlarda məskunlaşanları gördük. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı nələri görmədik ki?!

Sözdə Göz xəstəxanası olan yerdəyik. Girişdə divarda bizi belə bir yazı qarşılayır – “QARABAĞ BİZİMDİR”.

Həmin küçə Bakının ən görməli yerlərindən biridir. Göz xəstəxanası ilə üzbəüz yeni bir park da salınır. Ətrafda çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalarla bu binanı sonradan çəkilən bir hasar ayırır.

Bəzi müqayisəli fotolar olur: ağ-qara, gözəl – çirkin. Bax burada elədir. Divarın solu təmiz, səliqəli, bahalı maşınlar, deyib-gülən uşaqlar, çilçıraq. Sağı isə üfunət, çirkab, mənən qocalmış uşaqlar, ağcaqanad, milçək, siçovul, daşan kanalizasiya. Qısası təsəvvürünüzdə nə qədər pis şeylər varsa hamısı…

Divarın üzərindən baxıram, bir addımla həyat, yaşayış necə dəyişərmiş… Görürəm, hiss edirəm…

Tağıyevlər ailəsi 2004-2005-ci ildən burda yaşayırlar. Yaşayış yerləri 3 kiçik otaqdan ibarətdir. Otaqlar türməni xatırladır. Əslində türmə də belə deyil. Çünki türmələrin ən azı havalandırması olur, kiçik olsa da dəmir barmaqlıqlardan günəş içəri düşə bilir. Bu otaqların isə heç birinin havaya çıxışı yoxdur. Otaqların yalnız kanalizasiya trubalarına çıxışı var. Otaqlar tikiləndən bu günə qədər bir dəfə də hava görməyib. Günəş işığına həsrətdir. Otaqlardan gələn iyi bir anlıq düşünün. İnsan hara düşdüyünü anlaya bilmir. Burada insan necə yaşaya bilər deyə çoxlu sayda suallar verir. O an anladım ki, Rövşən Rzayev niyə, “Burada it də yaşamaz”, – deyib.

Tağıyev Ramin Kərim oğlu orada yaşayan ailələrdən birinin başçısıdır. Raminin uşaqlığı, gəncliyi burada keçib. İndi də həmin bu otaqda uşaqları böyüyür. Təbii ki, uşaqlar hamısı xəstədir. Ramin Tağıyevin sözlərinə görə, həkimlər uşaqların xəstəliyinin havasızlıq və oksigensizlikdən qaynaqlandığını deyib. Üç balaca otaqda uşaqlı-böyüklü 12 nəfər yaşayır.

Ailə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dəfələrlə “Qaçqınkom”a müraciət edib. Məsələ ondadır ki, hər dəfə onlar sözün əsl mənasında və qısası yola veriliblər.

İki il öncə Rövşən Rzayev ərazidə olanda ailəyə söz verib ki, onları nəzarətə götürüb və qısa zamanda yeni evlə təmin edəcəklər. O sözdən sonra bir neçə şəhərciyə qaçqın və məcburi köçkünlər yerləşdirilib, ancaq hələ söz söz olaraq qalır.

Ramin Tağıyev bildirir ki, uşaqları dərs oxuya bilmirlər:

“Otaqlar kiçikdir, ancaq yatmaq olur. Bundan əlavə səs-küy uşaqların oxuması mane olur. Uşaqların oxuya bilməməsini çox yaxşı anlayıram. İmkan da yoxdur ki, kirayə ev tutub çıxaq”.

Maddi gücü, işi olan biri düşünürəm ki, heç vaxt nə özü burada yaşamaz, nə də uşaqlarının burada yaşamasına razı olar.

Ailə Laçın rayonundan məcburi köçkün düşüb. Dağdan, təmiz havadan gəlib düşüb yarımtikili olan bir binanın zirzəmisinə.

Sevda Tağıyeva Laçın rayonundan çıxdıqları anı xatırlayır:

“Ermənilərin kəndə girməsinə az qalmışdı. Qaçdıq. Qaçan zaman yıxıldım, başım əzildi. Bura gələnə qədər bir neçə yer dəyişdik. Axırda gəlib çıxdıq bura. Bax bu gördüyün yerdən bir qız köçürüb, iki gəlin gətirmişəm. Nəvələrimin gününü görürsən, hamısı xəstədir. Hamısının da səbəbi bu havasızlıqdır. Laçında bulaq suyu içirdik, burada isə su gələndə sevinirik. Laçında dağ havası udurduq, burada evə hava girmir. Üç otaq var, üçü də pəncərəsiz. Hamımız burada xəstəlik tapdıq. Həkimə getmədən də bilirik ki, oksigen çatışmazlığı səbəbindən xəstəlik tapmışıq”.

Ailə daimi yaşamaq üçün ev deyil, müvəqqəti, Laçına qayıdacaqları günə qədər yaşamaq üçün ev istəyir. Ancaq “Qaçqınkom” ailəni nədənsə nəzərə almır.

Ailə böyükləri ilə otaqların önündə söhbət edərkən uşaqlardan biri böyrümdən dürtüb dedi, əmi o səsi eşitdin? Dedim, eşitdim. Bax o kanalizasiyanın səsidir. Bax, bax bura ilə gedir. Uşaq xəritədə qitələri, materikləri, dənizləri, boğazları, körfəzləri göstərən yaşında kanalizasiya xəritəsi çəkir…

Ailənin hətta dövlətə belə bir təklifi də var: İcazə versinlər gedək Laçına, borc-xərc edib modul tipli ev alıb, orada yaşayaq. Sevda Tağıyeva deyir ki, onsuz da burada yaşamırlar. Heç olmasa, Laçında qalan ömürlərini təmiz hava alar, gün işığ düşən evləri olar. İl olub 2021-ci il, Qarabağ işğaldan azad edilib, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərciklər salınıb.

Azərbaycan insanının arzusuna baxın.

Binanın ətrafını gəzirəm. Bina 3 tərəfdən kanalizasiya suları ilə mühasirəyə alınıb. Ramin Tağıyev deyir ki, bu hələ suyun çəkilmiş vaxtıdır. Qışda bura gələ bilməzsiniz, çünki binanın bir tərəfi kanalizasiya gölü olur.

Ərazidən çıxdıqda yenə eyni divardakı eyni yazı ilə qarşılaşıram: QARABAĞ BİZİMDİR. Qarabağı almağa gücü çatan dövlət, məmurunun dili ilə desək, “it yaşamaz” yerdə vətəndaş yaşadır…












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru