"Leo Bank" müştərisi ilə MƏZƏLƏNİR? - GİLEY
Tarix: 12-05-2022, 10:16 |
Çap et
DİA.AZ: - ""Leobank" kartının ilk gündən istifadəçisiyəm, hər zaman da məmnun qalmışam xidmətlərindən. Lakin bir məsələdə məni bankın əməkdaşı aldadıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəşad Abbasov adlı istifadəçi giley edir.
Daha rona narazı vətəndaş yazır: ""Cashback" məsələsində.... Deməli, "Leobank"da ümumiyyətlə, ay ərzində 50 azn-dən çox "Cashback" toplamaq olmur. Keçən həftə ölkə xaricində idim və "Leobank"la "whatsapp" vasitəsi ilə əlaqə saxladım.
Qeyd etdim ki bəs mən alış-veriş edirəm və əgər "Cashback" 50 manatı keçərsə, bunun sonu necə olacaq? Dedilər ki, bəs növbəti ay "Cashback" üzərinə hesablanacaq. Mən də artıq bütün ödənişləri ölkə xaricində "Leobank" vasitəsi ilə etdim.
İndi Azərbaycandayam və çağrı mərkəzi ilə əlaqə saxladım və tamamən başqa bir məlumat verdilər.
Yəni "Cashback" hesablanmayacaq sizə biz belə bir şey deməmişik... Halbuki "whatsapp"da mesajlar var. Yəni bir söznən aldadıblar.
Çox xahiş edirəm paylaşın ki vətəndaşlarımız əziyyət çəkməsin..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...