Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                 

Astarada fermerlərə yiyə duran yoxdur... - Sahələr niyə əkilməmiş qalır?
Tarix: 19-05-2022, 08:58 | Çap et
Astarada fermerlərə yiyə duran yoxdur...
Torpaq sahibi Fərahim Tağıyev 20 ildən çoxdur ki, çəltikçiliklə məşğul olur. Hər il 0,30 hektardan çox çəltik əkir. Əldə etdiyi məhsulla öz ailəsini dolandırır. Bu ildə də bir o qədər çəltik əkini nəzərdə tutub. Əkin gecikib. Onun əkin sahəsində iki traktor işləyirdi:

“ Köhnə texnikalardır. Sınanda işlərimiz qalır. Texnika olmadığına görə torpağı indi sürürəm. Halbu ki, şitil əkməli idim. Çəltik əkinində yenilik yoxdur. Yeri traktor sürür, məhsulu kombayn yığır. Qalan işləri əl ilə görürük. İyirmi il bundan əvvəl belə idi, indi də belədir. Servisdən gələn texnika işi baha görür. Xərcimiz çox çıxır. Şitili əkən texnika gətirmişdilər, bizə sərf etmədi.”

O, əlavə edib bildirir ki, düyünün satışında da problemlər var. Düyü vaxtında satılmır:

“Elə sahibkarlar var ki, məhsulun çoxu əlində qalıb. Gərək məhsul vaxtında satıla ki, onun pulu ilə torpağı növbəti əkinə hazırlaya biləsən. Problemdir. Əkinə yararlı torpağımız azdır. Hər təsərrüfata 30-40 sot torpaq düşüb. Elələri var ki, icarəyə götürüdüyü torpağı əkir. Xərcini çətinliklə çıxardırıq. Yeri şumlamaq, mala vurmaq, digər işlərin xərcləri artıb. Çətin də olsa əkirik. Biz həm də mal-qara saxlayırıq. Çəltikçiliklə dolanmaq çətindir.”

Yaxınlıqda qadınlar çəltik əkir. Əkinçilər deyir ki, bu başdan tez əkirlər ki, o başdan məhsulu tez yığısınlar. Kecikəndə məhsul yığımı yağışa düşür. Onda məhsul itkisi daha çox olur. Torpaq sahibi Tağıyev Namik də satışda problemlərin olduğunu bildirir:

“Gübrə , dərman vermirik. Məhsulumuz ekoloji cəhətdən təmizdir. Çox ağır sahədir. Dövlət bizdən düyünü tədarük etsə, yaxşı olardı. Kömək olsa, bir az da genişləndirərik. Kömək görmürük.”

Traktor yanımızda dayanır. Traktorçu Hüsen Həsənov ehtiyat hissələrinə ehtiyac olduğunu dilə gətirir:

“1972-ci iliin traktorudur, mühərrikin dəyişməsinə ehtiyac var. İcarəyə götürmüşəm. Hər dəfə təmirə dayananda 2-3 min manat pul xərcləyirəm. Mühərriki dəyişmək üçün 1800 manat xərc istəyir. Ehtiyat hissələri olsa, işin öhdəsindən vaxtında gələrik. Köhnə traktordur, ehtiyat hissələrini tapmaq olmur. Günlərlə traktor təmirə qalır.”

Artipa kənd sakini , sahibkar Mehman Quliyev orta məktəbdə dərs deyir. Düyü dəyirmanı var, çəltik əkini ilə də məşquldur. O, düyünün satışında problem görmür:

“Artupa kəndin ərazisində yetişdirilən düyünün satışında problem yoxdur. Anbarda düyü qalmayıb. Gəlirlər, zəng edirlər, düyü istəyirlər. İldə dəyirmandan 70-80 ton Artupa düyüsünü satıram. Astaranın digər yerlərində yetişdirilən düyülər var. Bizim kəndin düyüsü qurtarıb. Bizdə düyü əsasən əl ilə yetişdirlir. Astaracayın suyu ilə suvarılır. Buna görə dadı, tamı yaxşıdır.”

Onun fikrincə ölkədə gedən bahalaşma cəltikciliyin inkişafına mənfi təsir göstərir:

“Torpaq sahibi vaxtında pul tapa bilmir, iş görə bilmir, nəticədə sahələr əkilməmiş qalır. Yerin şumlanması yüz faiz bahalaşıb. Fəhlə günə 20-25 manata işləyir. Düyünün qiyməti də qalxır. Artupanın “Həsəni” düyüsünün bir kiloqramı 4-5 manatadır. Hər kəs ala bilmir.”

O, yaxınlıqda işləyən qadınları göstərib deyir ki, əsas işi onlar görür:

“Görürsüz, sahədə calışanlar arasında qadınlar çoxluq təşkil edir. Qadın əməyindən çox istifadə olunur. Mini texnikalar lazımdır ki, palçığın içində hərəkət edə bilsin, qadınlarımız əziyyətə düşməsin. Biz 21-ci əsirdə yaşayırıq, amma yenə əl əməyidir. Bir problemimiz də var. Subsidya ala bilmirik. Vermirlər, bəhanə gətirirlər. Çəltik sahəsində iş gedir, bu günə kimi bir cavabdeh şəxs oraya baş çəkməyib.

Astara Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov torpaq sahiblərinin qaldırdıqları problemlərə aydınlıq gətirir:

“Elektorun kənd təsərrüfatı portalı var. Biz ora girirk, subsidya üçün verilən sənəd inteqrasiyadan gəlmirsə, qəbul edə bilmirik. Sahibkarın sənədi gəlməyəndə biz ona deyirik ki, get əmlakda aydınlaşdır. Bəzən görürsən ki, icarə müqaviləsi olmadan başqasının torpağını əkirlər. Bu da qanun uyğun deyil. Çox vaxtı əkdiyi yerlə əlindəki sənəd düz gəlmir. Bizim maraqmızdadır ki, torpağını əkib, becərən adam subsidya alsın.”

Onun fikrincə kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrini tapmaq çətin deyil:

“Masallıda, Cəlilabda Lənkəranda traktor hissələri satan yerlər var. O yerlərdə bütün ehtiyat hissələri satılır. Azad bazar iqtisadiyyatıdır, həmin sahəni də bazar tənzimləyir. Bizim kənd təsərrüfatı texniklarının ehtiyat hissələrini satan yermiz yoxdur.”

Onun dediyinə görə düyünün satışında problemlər var:

“Məhsul tədarükü ilə bağlı məsələnin üstündə işləyirlər. Biz də təkliflərimizi vermişik. Həqiqətən də kəndlilər əldə etdikləri məhsulu vaxtında sata bilmirlər. Onu biz bilirik. Ötən il Astara rayonunda 240,6 hektarda çəltik əkilib, 998 ton çəltik tədarük olunub. Bu il 250 hektarda çəltik əkini nəzərdə tutulub. Artıq 58 hektarda çəltik əkini aparılıb..”

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisin fikrincə çəltikçilikdə problemlər olduğu kimi qalır:

“Azərbaycanın düyüyə olan bir illik tələbatı 40 min tondan çoxdur. Ölkənin tələbatını ödəmək üçün xaricdən düyü gətirilir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumta görə 2022-ci ilin ilk 3 ayında ölkəyə 16 tondan çox düyü idxal olunub. Düyü istehsalı azdır.İdxaldan aslıyıq.İş yerlərini də burda itiririk. “Azərbaycan Respublikasında çəltikçilyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” qəbul edilib.4 il keçib.Nə ediblər? Çəltikçilikdə əvvəlki kimi əl əməyi üstünlük təşkil edir. Çəltikçi iki ay su və palçığın içində işləyir. Bu da fəhlənin sağlamlığına mənfi təsir edir. Mən bir ailə tanıyıram, hər il bir hektarda düyü əkərdi.
Həmin ailənin sahədə işləyən üzvləri müxtəlif xəsətliklər tapdılar. Əkindən imtina etdilər. Mini texnikalar lazımdır. Məhsuldar toxum əldə etmək çətindir. Düyünün satışında çətinliklər var. Su, gübrə problemləri var. Artupa kəndinin ərazisində Türklər 2 hektarda çəltik əkdilər, ziyana düşdülər. Növbəti ildə əkmədilər. Demək istəyirəm ki, şəltik əkmək asan deyil.”
Cenub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru