
Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.
“Report”un Ermənistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılaşma Berlində Ermənistan müdafiə naziri Suren Papikyan ilə almaniyalı həmkarı Boris Pistorius arasında keçirilən görüş zamanı əldə edilib.