Zakir Quliyev Sabirabadı da görmür?.. - İLGİNC FAKTLAR
Tarix: 20-05-2022, 08:32 | Çap et
İki gün öncə Ağcabədi sakinlərinin heyvan leşləri və tullantılarla dolu olan su kanalı haqda mediada yayılan şikyət cəmiyyətdə ciddi rezonans doğurdu. Belə ki, sakinlər bildiridi ki, Yuxarı Qarabağ kanalına 16 ildir ki, hər cürə tullantılar, hətta heyvan leşləri atılır. Bir neçə ay öncə Gündəlik-Bakı olaraq eyni problemlə bağlı həyəcan təbili çalaraq, “Görəsən, bu işlərə cavabdeh olan şəxslərin ailələri bu sudan içə bilərmi..?” başlıqlı geniş araşdırma yazısı dərc etmişdik. Söhbət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxslərindən gedirdi. Bəli, Sabirabad sakinlərinin Gündəlik-Bakıya dediklərindən məlum olurdu ki, Sabir su kanalı zibil və çirkab içərisində itib-batır. Sakinlərin dediklərinə görə, su kanalı ilə heyvan leşi, it ölüsü, eşşək ölüsü, pampers dolu meşoklar üzüb-axır. Görəsən, dünyanı koronavirus pandemiyası bürüdüyü bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və onun bu zona üzrə məsul olan qohum-əqrəbası nə düşünür ? Axı, bu vəziyyətdə olan su kanalı xəstəlik mənbəyidir. Həm də belə vəziyyətdə olan su kanalı koronavirusdan daha təhlükəlidir. Biz nə üçün Zakir Quliyevin və onun bu sahəyə məsul olan qohumlarının adını xüsusi olaraq qeyd etdik ? Bu suala keçməzdən öncə onu qeyd edək ki, Baş Muğan kanalının bir hissəsi Sabir su kanalıdır. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Təsəvvür edirsiniz 15 kəndin sakinləri sabah kütləvi xəstələnsə, görəsən Zakir Quliyev kimi məmurlar qanun qarşısında nə cavab verəcəklər ? Biz nə üçün bu məsələdə Zakir Quliyevin və onun ASC-də məsul vəzifə daşıyan qohumlarının adını xüsusi olaraq qeyd edirik ? Birincisi, kimin nə deməyindən asılı olmayaraq Sabir su kanalında baş verən bu rüsvayçılığın və yaramazlığın bir səbəbi var: ASC-də baş verən korrupsiya əməlləri. İkincisi, ASC-də baş verən korrupsiya əməllərinin başında neçə illərdir ASC-nin sədr müavini Zakir Quliyevlər durur. Ümumiyyətlə, bu Zakir Quliyev kimdir ? Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib. İndi aydın oldumu, olay Sabirabad rayonu ərazisində baş verir. ASC-nin bu ərazidəki “sahibi” isə 1998-ci ildən bu günədək, yəni 23 ildir Zakir Quliyevdir. Özü çıxır, xalası oğlunu qoyur. Bu cür idarəetmənin sonu da belə olmalı idi. Digər tərəfdən yuxarıda korrupsiya məsələsini elə-belə qabartmadıq. Təsəvvür edirsiniz, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Zakir Quliyevin faktiki ortaq olduğu şirkət vasitəsilə nağdlaşdırılır. Onun himayəsi altında olan “Hidro-Kaskad” MMC üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar dəhşətli dərəcədədir. 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440 min 404 manat göstərilib. Hansı ki, alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib. Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. Bütün bunların nəticəsində Zakir Quliyev xaricdə şirkətlərə, bahalı mənzillərə, villalara, avtomobillərə sahib olur. Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, ASC-nin sədr müavini Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. Yuxarıda qeyd etdik ki, Zakir Quliyev 2006-cı ildə ASC-nin sədr müavini təyin olunanda xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirib. İndi isə Elman Nuriyevin əməllərinə nəzər salaq. Əslində Elman Nuriyev “fiqur”dur, oradakı əməlləri də Zakir Quliyev törədir. Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi... Bəli, XƏRCLƏSƏYDİ...Sabir su kanalı ilə ölmüş heyvan cəmdəkləri, it leşi, pampers-zad axmazdı. Bu pullar Elman Nuriyevlə xalası oğlu Zakir Quliyev arasında bölünüb. Biz Elman Nuriyevin bəndvurmaq adı altında dövlətin milyonlarını mənimsəməsindən, vəzifəyə gələndə köhnə 011 Jiquli ilə gəlməsindən, hazırda bahalı avtomobil kolleksiyasından, oğlunun cibindən “100-lük paçkası” çıxarıb camaatın gözünə soxmasından, ŞAMLIQ şadlıq sarayından, Zakir Quliyevlə Çuxuryurddakı qoşa villalarından və daha nələrdən uzun-uzadı yazmaq istəmirik. Sakinlər onu da qeyd edir ki, Şirvan su idarəsi ( rəis Azad Qurbanov ) Sabir su kanalı üzərində suyu təmizləmək üçün modul tipli qurğular düzəldib. Yəni Allah qoymasa suyu duruldub əhaliyə içməli su kimi verəcəklər. Sabirabad camaatı haqlı olaraq soruşur ki, suyu durultmaqla onun mikrobunu, virusunu, leş iyisini necə yox edəcəklər. Ən dəhşətlisi də odur ki, modul qurğularının ətrafı da zir-zibil məskənidir. Sonda Sabirabad camaatı Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrinə üz tutub soruşurlar ki, sənin islahatların nooldu, bəs ay Zaur Mikayılov ? //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|