Gənc nazir Tenxiki Universitetə GÖZ ATACAQMI?.. - Belə davam edərsə...
Tarix: 1-07-2022, 08:05 | Çap et
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Əvvəli BURADA: Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB? - İLGİNC İTTİHAM
DİA.AZ müraciətin davamını təqdim edir: "Bəs belə saxtakarlıq və oyunbazlıq kimə və nəyə lazımdır? Bu suala yalnız bir adam cavab verə bilər – Vilayət Vəliyev. Ancaq, bu barədə bizim də müəyyən mülahizələrimiz var. Rektor bununla bir tərəfdən şou, görüntü yaratmaq istəyir ki, guya AzTU-ya orijinallıq və yenilik gətirir, digər tərəfdən isə onun burada tamamilə praktik bir məqsədi var. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, AzTU-nun magistraturasına əvvəlki illərdə hər il 200-300 magistrant qəbul edilirdi. 2021-ci ildən isə magistraturaya mindən artıq qəbula elan verildi və min nəfərə yaxın tələbə qəbul edildi. Niyə? Çünki, V.Vəliyev bu 3 ildə AzTU-ya o qədər qohum-qardaşını, yerlilərini, öz yaxın adamlarını yağıb, onlar üçün o qədər əlavə struktur bölmələri və iş yerləri açıb, çox yüksək maaşlar təyin edib ki, indi onun özünün də iclaslarda etiraf etdiyi kimi, işçilərə maaş verməyə vəsait çatmır. Bir magistr isə ildə 1600 manat, iki ildə 3200 manat təhsil haqqı ödəyir. Min magistr üçün bu məbləğ 3,2 milyon manat olur. Budur əsas səbəb. Ancaq bu halda da onların dissertasiyalarına rəhbərlik etməyə elmi dərəcəsi olan müəllim çatmır. Belə ki, mövcud təlimatlara əsasən, bir rəhbər 2-dən artıq magistr dissertasiya işinə rəhbərlik edə bilməz. İndi elə kafedralar var ki, onlarda təkcə bu il 50-80 magistr qəbul edilib. Bunlara isə 25-40 rəhbər lazımdır (bu, bir il üçündür, iki il üçün bunu da ikiyə vuraq). V.Vəliyev də bu problemin həllini özü fikirləşdiyi kimi, çox orijinal bir yolla tapıb, beşə bölməklə (axı o, “iqtisadçı” olmaqdan əlavə, həm də “riyaziyyatçıdır”), yəni beş magistranta bir rəhbəri olan bir dissertasiya verməklə. İndi görün, 8 min tələbəsi, min nəfər işçisi olan AzTU-ya hansı təfəkkür sahibi rəhbərlik edir. Ancaq, ədalət naminə qeyd edək ki, Qərb ölkələrinin universitetlərində də magistrlər kollektiv layihələr üzərində dissertasiyalar yazırlar. Görünür, Vilayət Vəliyev də bunu eşidib, ancaq mahiyyətini anlamayıb, ya da onun ətrafında olan savadsız müşavirlər dəstəsi bunu, mahiyyətini başa düşmədən rektora məsləhət görüblər. Ancaq biz bunu rektora izah edək ki, bu il keçdi, gələn illərdə V.Vəliyev vəzifəsində qalsa, yenə AzTU-nu və onun yazıq magistrlərini belə gülünc vəziyyətə salmasın. Məsələnin mahiyyəti isə belədir. Tutaq ki, maşınqayırma sahəsində, mexaniki emal sexində işləyəcək bir sənaye robotu layihələndirilməlidir. Mexanika ixtisasında təhsil alan bir magistranta diplom mövzusu olaraq həmin robotun mexaniki hissəsini, mexanizmlərini hesablamaq və layihələndirmək tapşırığı verilir. Elektronika ixtisasından olan digər magistrantın diplom mövzusunu isə həmin robotun elektronikası, onun elektron qurğuları, məsələn, rəqəmsal kontrollerləri və bu kontrollerlərin mexanizmlərlə əlaqəsi, icra mexanizmlərinin yaradılması təşkil edir. İnformasiya texnologiyaları ixtisasından olan digər magistranta mövzu kimi həmin robotu idarə edən rəqəmsal elektronikanın proqram təminatını hazırlamaq tapşırılır. Materialşünaslıq ixtisasından olan magistrant robotun hazırlanmasında istifadə olunan materiallarla məşğul olur və bu materialları tədqiq edir. Maşınqayırma ixtisasından olan magistrant isə robotun mexaniki hissəsinin detallarının mexaniki emal texnologiyasının texnoloji prosesini layihələndir. Hər dissertasiyanın da mövzusunun adı müxtəlifdir. Bu layihələrin birlikdə yerinə yetirilməsi nəticəsində robotun işlək nümunəsi hazırlanır və V.Vəliyevin təbirincə desək, dissertasiya müdafiəsində gətirilib, “ortalığa qoyulur”. Belə layihə üçün isə hətta iki illik magistratura dövrü də azdır, nəinki iki ay. Bu olur kompleks layihə! Baxın, kollektiv, kompleks layihə belə olar, daha Vilayət Vəliyevin AzTU-da etdiyi kimi, bir dissertasiyanı hissələrə parçalayıb, paylaşdırmaqla yox! Vilayət Vəliyev bunları bilmirsə, bizə – təcrübəli müəllimlərə müraciət etsin, biz onu öyrədək. Mütəxəssislərdən öyrənmək lazımdır, daha onları qovub, dağıtmaq yox. Rektorun yaxın qohumu olan elmi işlər üzrə müşaviri, savadsız iqtisadçı Fariz Məmmədov heç olmazsa başa düşürmü ki, bu yazdıqlarımız nə deməkdir? Çətin ki! Utanmasınlar, desinlər, bilmirlərsə, onları başa salaq. Deyirlər, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Bunu əvəzində isə Vilayət Vəliyev AzTU-ya gəldiyi gündən təcrübəli müəllimləri hər cür bəhanə, hər vasitə ilə universitetdən, ya da heç olmazsa, təhsil prosesindən uzaqlaşdırmağa çalışır. Əvvəllər də yazdığımız kimi, o istəmir ki, onun ətrafında ondan ağıllı, tədris işini ondan yaxşı bilən adam olsun. Əvvəlcə o, kafedraları birləşdirmək bəhanəsi ilə kafedra müdiri olan bir çox texnika elmləri doktorlarını, professorları vəzifələrindən uzaqlaşdırdı, sonra onları tədrisdən də uzaqlaşdırmaq üçün guya onlara hörmət edirmiş kimi, onların bir çoxunu “məsləhətçi-professor” vəzifəsinə keçirdi. Məsləhətçi-professor vəzifəsinə keçənlərin bir çoxu deyir ki, rektor onları yanına çağırıb, bu vəzifəyə keçirilmələri haqqında xahiş ərizəsi yazmağa məcbur edib, deyib ki, “sizdən nə istəyirəm ki, gedin sakitcə işsiz oturun kafedrada da, dərs deməyin, sizin üçün bundan yaxşı nə ola bilər?”. İndi isə, yəni bir neçə ay bundan əvvəl V.Vəliyev iclasda deyir ki, “mən onları nə üçün məsləhətçi professor keçirmişəm, ona görə yox ki, gedib istirahət etsinlər, gətirsinlər görüm, bu müddətdə onlar nə işlə məşğul olublar, hesabat versinlər. Bundan sonra onlar hər 3 aydan bir gördükləri işlər haqqında hesabat verməlidirlər, yoxsa onları bu vəzifədən də kənarlaşdıracam.” V.Vəliyev real fəaliyyətdən bu üsulla kənarlaşdıra bilmədiyi neçə-neçə elmlər doktorlarını, professorları isə onların ətrafında dedi-qodu, əsassız ittihamlar, qeyri sağlam mühit, dözülməz şərait yaratmaqla, onların “öz xahiş ilə” vəzifələrindən getməsinə, bəzilərinin isə AzTU-dan tamamilə çıxmasına nail olub. Bu da AzTU kollektivində V.Vəliyevə qarşı daxili narazılıq və xoşagəlməz münasibət yaradıb. O, özü də bunu bilməmiş deyil. Bir elmlər doktorunun, professorun hazırlanmasına, yetişməsinə, ərsəyə gəlməsinə 25-30 il vaxt və böyük zəhmət lazımdır. Onların bir çoxu nəinki respublikamızda, hətta keçmiş İttifaqda və xarici ölkələrdə öz sahələrində tanınmış mütəxəssislərdir və əhəmiyyətli kadr potensialıdır. Onların üstündən belə asanlıqla xətt çəkib, kənara atmaq kimin xeyrinədir? Bəlkə bu, şəxsən V.Vəliyevin mənafeyinə uyğundur, anacaq ölkəmizdə onsuz da bazası gündən-günə zəifləyən texniki təhsilin zərərinədir, kadr potensialımızın zərərinədir və daha geniş miqyasda baxsaq, bugünkü gündə dolayısı ilə düşmən dəyirmanına su tökmək deməkdir".
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|