`AZERCELL` vətəndaşın CİBİNƏ GİRİR... - NARAZILIQ VAR!
Tarix: 25-08-2022, 08:47 |
Çap et
DİA.AZ: - "Şikayətim Azercell-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yusif Məmmədov adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Sərbəst 15 tarifində ola ola 1 günlük 40 qəpiklik danışıq götürmüşəm.
400 dəqiqə danışığı, 3 gb interneti heç bir xəbərdarlıq etmədən siliblər.
Mən bilmrəm, xəbərdarlıq etmək sizin borcunuzdur! Belə anormallıq heç yerdə görülməyib".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...