Səfər Mehdiyevlə bağlı QƏRAR VERİLƏCƏK - Qayınları da diqqətdədir...
Tarix: 21-09-2022, 08:50 |
Çap et
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, ölkənin sabiq baş gömrükçüsü Səfər Mehdiyevin durumu o qədər də ürəkaçan deyil və onunla bağlı hüquqi araşdrımalara start verilib.
Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə iddia edirdi ki, hal-hazırda Səfər Mehdiyev DGK-nın keçmiş sədri olaraq istənilən bir istintaqdan kənardadır. Amma sabah belə olmayacaq. Mənbənin dia-az.life-a söylədikləri: "Səfər Mehdiyev 245 milyon manatlıq bir yeyintidə ittiham olunur. Bu, ilkin rəqəmdir və araşdırmalar ortaya daha real nəticəni çıxaracaq".
DİA.AZ-a daxil olan son informasiyadan isə aydın olur ki, artıq Səfər Mehdiyevin yaxın qohumlarının nəzarətində olan maliyyə qaynaqları araşdırılır. Mənbə iddia edir ki, bu istiqamətdə xüsusi olaraq keçmiş DGK sədrinin qayınları - İlham və Zeynal Tarquluyevlər nəzarətə götürülüb. Bu araşdırmaların isə yekunda Səfər Mehdiyevlə bağlı veriləcək qərara təsir edəcəyi istisna deyil.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...