Bu da KTN-nin gənc kadrı: DÖVLƏTİN RƏSMİ QARƏTİ - BU DA FAKT!!!
Tarix: 28-09-2022, 08:36 |
Çap et
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar düövlət büdcəsinin qarəti prosesi müşahdiə olunmaqdadır. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.
DİA.AZ-a verilən məlumata görə, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.
Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:
"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".
Bu hələ hamısı deyil. Qeyd edək ki, DİA.AZ-a KTN-dəki yeyinti ilə bağlı ilginc faktlar təqdim olunub. Bu barədə geniş materialımızı təqdim edəcəyik.
Məsələ ilə əlaqədar bütün aidiyyatı qurum və şəxslərin mövqelərini dia-az.life olaraq işıqlandırmağa hazırıq...