Arzu Rəhimovun işçiləri belə işləyir... - GİLEY
Tarix: 23-11-2022, 09:01 |
Çap et
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon idarəsində rəsmən özbaşınalıq hökm sürür. DİA.AZ bildirir ki, bu barədə Pünhan adlı Quba sakininin şikayətindən də anlaşılır.
Narazı vətəndaş yazır: "Qardaşım ayaqlarından əziyyət çəkirdi.əsgərliyə görə komissarlığa çağırdılar. Yoxlanması üçün xəstəxanaya göndərildi.xəstəxana yastıpəncəliliyin 3-cü dərəcəsini təyin etdi. Lakin sonra yenidən komissarlıq işçisi "mən öz cibimdən pul verib səni yenidən yoxladacam" dedi.
Orada 2-ci dərəcə yazdılar və hərbiyə göndərdilər.qardaşım iki ay olacaq gedib. Lakin 2-3 gün hərbi ayaqqabı geyinib.
Qalan vaxtı ancaq şəp-şəp geyinib. Hərbi hissə də yoxlanışa göndərmir. Biz nə edək, kimə müraciət edək?"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...