DİA.AZ: - Keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan, daha doğrusu, onun Azərbaycanın dövlət büdcəsindən oğurladığı pulların bir qismindən məlumat var. DİA.AZ bildirir ki, bu barədə ilginc faktı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
Araşdırmaçı jurnalistin təqdim etdiyi faktlardan aydın olur ki, keçmiş nəqliyyat naziri oğlu Anar Məmmədovun əli ilə büdcədən oğurladığı milyonları rəsmiləşdirməklə məşğuldur.
Belə ki, keçmiş nazir oğlunun Böyük Biritaniyanın mərkəzində bahalı bir restorana sahibləndiyini qeyd edən mənbə fotodəlilləri də təqdim edir.
DİA.AZ bildirir ki, Ziya Məmmədovun oğlu Anar Məmmədova Londondakı elit restoranın 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəldiyi də qeyd olunur.
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...