DİA.AZ_ın məlumatına görə, vətəndaş Şirinov Rüfət Tahir oğlu Azinforum.az-a açıqlamasında bildirib ki, anası Şükürova Afaq Xəlil qızının vəziyyəti pisləşdiyi üçün , xəstəni ən yaxında olan Rəsulzadə qəsəbəsindəki 6 saylı, Məlikov adlı Birləşmiş Xəstəxanaya çatdırıblar. Dekabr ayının 29-da qərara gəliblər ki, xəstəni KT etmək üçün başqa xəstəxanaya aparsınlar. Təcili yardım maşınında əyləşən tibb bacısının səhlənkarlığı səbəbindən xəstə uzandığı xərəkdən yıxılıb, sinəsinə bağlanan kəmər onu boğmağa başlayıb. Xəstənin oğlunun müdaxiləsindən sonra, onun həyatını xilas etmək mümkün olub. Hazırda xəstənin vəziyyəti qənaətbəxş deyil.
Məlikov adına xəstəxananın Baş həkim Rafiq Nağıyev, Reanimasiya şöbəsinin müdiri Nərminə xanım qeyd ediblər ki, bu hadisə təcili yardım maşınına təhkim edilən tibb bacısı – Zeynalova Vüsalənin məsuliyyətsizliyi səbəbindən baş verib. Xəstənin doğmaları onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. Bu mövzu ilə bağlı hazırlanan videomüsahibəni təqdim edirik: