DİA.AZ: - "Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Əksər istehlakçılara tədbiq olunan 1552 man.cərimə hansı sənədə əsasən hesablanır?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Yuxarı instansiyalara çağırışda bulunan hüquq müdafiəçisi daha sonra bildirib: "Azəriqaz İB struktur bölmələri tərəfindən cərimə yazılmış abonetlərin diqqətinə! Əgər sizə hər hansı səbəbdənsə cərimə yazilıbsa, müvafiq XS-nin işçiləri tərəfindən tərtib olunmuş aktin surətini və hesabat vərəqəsini tələb edin. baxın, cərimə hesablanarkən sənəddə dəymiş ziyanla əlaqədar gün sayı 90 gün yazılıb,yoxsa 180 gün? Belə ki,
Azəriqaz tərəfindən 26.12.2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanov tərəfindən təsdiq olunmuş “Metodiki Tövsiyyələrin” 1.4.4.bəndinin (sərf edilən qazın hesabatının xəta ilə aparılmasının və tam olaraq dayandırılması məqsədilə qaz sayğacına vizual müdaxilə aşkar olunduqda istehlakçının fəaliyyət növünə,qaz işlədicilərinin saatlıq növünə,qaz işlədicilərinin saatlıq sərfinə uyğun olaraq 90 gün müddətinədək dəymiş ziyan hesablanaraq istehlakçıya təqdim olunsun) tədbiqinə müəyyən şübhələr var.
Belə ki, Azəriqaz İB əvvəlki Baş direktoru Əkbər Hacıyev tərəfindən təsdiq olunmuş və 2018-ci ilin anvar ayından xidmət sahələrinə göndərilmiş sənəddə , “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq istehlakçıya cərimə tədbiq edərkən itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil,180 gün(ikiqat) göstərilmişdir. Bu halda abonentə tədbiq olunmuş cərimə ikiqat artmış olur".
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...