"Bu günə qədər də vergini axsatmadan ödəmişəm..." - NARAZILIQ VAR...
Tarix: 23-02-2024, 09:25 |
Çap et
Naxçıvan şəhəri, Sədərək rayon sakini Hüseynov Abbas Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 43 ildir sığorta pulu ödədiyi halda ona pensiya verilmir:
“Mən, Hüseynov Abbas Hüseyn oğlu, yazaraq bildirirəm ki, müharibə veteranıyam, 1980-ci ildən əmək fəaliyyətinə başlamışam.
1992-ci ildən dükanda satıcı işləmişəm. 2007-ci ildən özümün şəxsi dükanım olub. Həmin ildən vergi və sığorta haqqı ödəməyə başlamışam. Bu günə qədər də vergini axsatmadan ödəmişəm.
Hazırda vergi sistemində ödənişlərim göründüyü halda, DSMF-nin sistemində görsənmir. 43 il sığorta haqqı ödədiyim halda mənə pensiya verilmir ki, sistemdə ödədiyiniz məbləğlər görünmür. Bəs, bunun günahkarı kimdir?
Xahiş edirəm problemimi işıqlandırın, bəlkə bu işi görən qurumlar vicdana gələ".