Xaçmazda vətəndaş su tapmır içməyə, amma əvəzində... - MÜRACİƏT
Tarix: 20-06-2024, 09:22 |
Çap et
"Xaçmaz rayonunda içməli su yoxdur. Şəhərin su təchizatı xaraba qalıb. Ən bol sulu rayondur, lakin rayonda içməli su yoxdur". Dia-az.İnfo xəbər verir ki, bu barədə yerli sakinlər şikayətlərində qeyd edirlər.
Sakinlərin müraciətində daha sonra deyilir: " "Azərsu", siz hara baxırsınız? "Zəfər Parkı"nda dolu su axır gedir boş yerə - kanalizasiyaya. Bu nə deməkdir?
Qələbə küçəsində dolu su turbasını yönəldiblər kanalizasiyaya. Kim inanmırsa, getsin Qələbə küçəsinə... İnanmayan "Zəfər Parkı"nın arxa küçəsinə gedib qaldırsın o lyukun qapağını... Gözlərinizlə görəcəksiz.
Bu qədər su niyə axıdır kanalizasiyalara? Bu suları qoşmaq olar axı əsas su xəttinə..."