Tanınmış jurnalist İmamverdi İsmayılovu küncə sıxışdırıb - 30 illik deputatın başı dərddə
Tarix: 13-08-2024, 09:24 |
Çap et
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi seçki rəqabətinin ən gərgin keçdiyi dairələrdən biridir.
Editor.az xəbər verir ki, dairədə bu bölgəni 30 ildir təmsil edən İmamverdi İsmayılovun əsas rəqibi tanınmış jurnalist- blogger İntiqam Valehoğludur. Müşahidələr göstərir ki, tanınmış jurnalistin apardığı təbliğat 30 illik deputatın işini çətinə salıb. Jurnalistin sosial şəbəkələr üzərindən apardığı yayımlara qoşulan çox sayda bölgə seçicisi bu dairədən 25 ildir mandat daşıyan İmamverdi İsmayılovun ötən illər ərzində heç bir ciddi fəaliyyətlə yadda qalmadığını, mandatdan yalnız öz biznesini genişləndirmək üçün istifadə etdiyini bildirirlər. Seçicilər qeyd edirlər ki, onlar İmamverdi İsmayılovun yadına yalnız seçkidən-seçkiyə düşürlər. Bildirilir ki, artıq seçicilər 25 ildir bu dairəni təmsil edən İmamverdi İsmayılovun növbəti dəfə deputat seçilməsinə qəti şəkildə etiraz edirlər və artıq həmin şəxsin onları millət vəkili kimi təmsil etməsini istəmirlər.
Qeyd olunur ki, deputatlığa namizəd İntiqam Valehoğlunun namizədliyi bölgə seçiciləri arasında böyük rəğbətlə qarşılanıb və sosial şəbəkələr üzərindən seçicilər ona böyük dəstəyini ifadə edirlər.