"Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                 

`Yeni Klinika`da BİABIRÇI MƏNZƏRƏ - "...bunlar vətən xainidirlər"
Tarix: 22-08-2024, 08:58 | Çap et
`Yeni Klinika`da BİABIRÇI MƏNZƏRƏ
"Bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə qazilərin şikayətinin əsassız olduğunu iddia edir, yalanlamağa çalışırlar. Lakin mən şəxsən 19 avqust 2024-cü il tarixdə ölkənin ən öndə gedən xəstəxanalarından biri olan Yeni Klinikada qaziyə qarşı iyrənc bir münasibətin şahidi oldum". Dia-az.İnfo xəbər verir ki, bunu açıqlamasında tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib.
Ekspert daha sonra müşahidə etdiklərini belə ifadə edir: "Belə ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən sonuna qədər könüllü döyüşən Nəsirov Tufan Yasif oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasından göndərişlə Bakıdakı Yeni Klinikaya təcili yardım briqadası ilə yola salınıb. Xəstədə intensiv sudrqalar baş verirmiş. Təcili yardım biriqadasının məlumatına görə, Beyləqandan Bakıya gələnə qədər, dörd saat ərzində xəstənin epileptik tutmalarının sayı beşə çatıb. Biz də həmin gün xəstə ilə bərabər saat 15.00 radələrində paytaxtdakı "Yeni Klinika"ya çatdıq və dərhal qəbul şöbəsinə yaxınlaşaraq xəstənin sənədləşdirməsi işlərinə başladıq. Əvvəlcə bizi xəstəxananın nevroloqu Ülviyyə həkimin qəbuluna göndərdilər. Ülviyyə xanım soyuqqanlı şəkildə bildirdi ki, sizin ambulator müayinə növbəniz 32-cidir, zəhmət çəkib gözləyin. Biz "doktor bizdən əvvəl cəmi bir nəfər var, xahiş edirik ondan sonra qazinı qəbul edin" desək də, həkim "sizin növbəyə hələ bir-iki saat var, istəyirsinizsə, bizim xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edin, xəstənizi ordan müalicə üçün qəbul edərik", dedi. Biz əlacsız durumda həkimin məsləhəti ilə xəstəni elə Beyləqandan gətirdikləri xərəkdə, anlaqsız vəziyyətdə xəstəxananın təcili tibbi yardım şöbəsinə apardıq. Ən dəhşətlisi budur ki, orda heç bir həkim tapmadıq. Səhiyyə Nazirliyinin və TƏBİB-in qaynar xətti ilə əlaqə qurub, danışıb - şikayət etdikdən sonra bir neçə tibbi personal və həmin nevroloq Ülviyyə xanım gəlib xəstənin müayinə sənədlərinə baxdıqdan sonra dedi ki, mən nevroloqam, amma bu xəstənin problemi psixiatrikdir, bizim xəstəxanada isə psixiatr yoxdur, ona görə də siz psixiatriya şöbəsi olan bir xəstəxanaya getməlisiniz. diaaz.space
Qeyd edim ki, bu "ötür-ötür oyunu" baş verən müddətdə xəstənin epileptik tutmalarını Beyləqandan gələn briqada üzvləri operativ tibbi yardım göstərərək ayıldırdılar. Bütün bu baş verənlər isə, yuxarıda qeyd etdiyim kimi, paytaxtdakı klinikanın tibbi personalının, o cümlədən də həkim-nevroloq Ülviyyə xanımın gözləri önündə baş verirdi. Bununla belə həkim israr edirdi ki, bu xəstə bizlik deyil. Beləcə, Qarabağ qazisinin xəstəxanaya qəbulundan imtina edildi. Sonradan bəlli olub ki, bu imtina tamamilə əsassızmış. Xəstəxana rəhbərliyi və həkim-nevroloq Ülviyyə xanım düşünüblər ki, bu qazıdır, bundan bizə bir xeyir yoxdur, ən yaxşısı budur ki, bir bəhanə ilə qəbuldan imtina edək. Rəhbərlik hər halda Qarabağ qazisinin düşdüyü bu vəziyyəti görmürdü, amma Ülviyyə xanım onun keçirdiyi halları müşahidə edirdi və riyakarcasına "bu xəstə bizlik deyil" deyirdi. Belə həkimlərin bu sənətdən qazandıqları ömrü boyu halal ola bilməz. Haram isə ilan zəhəri kimi onları zəhərləyəcək.
Və beləcə, "ötür-ötür"dən sonra biz qazilərə xidmət mərkəzinə müraciət edib, məsələni Ülviyyə həkimin dediyi kimi onlara izah etdik. Mərkəzdən bizi səhər saat 9.00-dan 14.00-a qədər işləyən "Psixoloji Sağlamlıq Mərkəzi"nə yönəltdilər. Səhəri gün həmin mərkəzdən bizə bildirdilər ki, bu xəstə nevroloji xəstədir, xəstənin psixoloji durumu normaldır. Bundan sonra biz nevroloq axtarışı ilə paytaxdakı xəstəxanaların birinə müraciət etdik. Cəmi bir neçə dəqiqə ərzində xəstə xəstəxanaya yatırıldı və dərhal müalicəsinə başlanıldı. Hazırda qazımız həmin xəstəxanada tibbi personalın intensiv nəzarəti altında nevroloq müalicəsi alır.
Əziz oxucular indi siz deyin, bu kimi hallar dövlət adına, hökumət adına biabırçılıq deyil, bəs nədir? Burdan Yeni Klinikanın rəhbərliyinə və riyakar həkimlərınə üz tutaraq deyirik, o, qazinın 44 gün açıq səma altında verdiyi mücadilə sizə haram olsun! Tutaq ki, sizin xəstəxanada qazinın müalicəsi mümkün deyil, axşam saat 17.00-da, iş vaxtının bitdiyi bir zamanda bu cür ağır vəziyyətdə olan insanı taleyin ümidinə buraxıb, xəstəxanadan qovmaq olarmı?!"
Dia-az.İnfo qeyd edir ki, fikrinin sonunda Akif Nəsirli əlaqədar qurum və şəxslərə baş verənlərlə bağlı müraciət də edib. O deyib: "Mən bu fürsətdən istifadə edib bütün aidiyyatı qurumlara və "Dəmir yumruq" sahibi, cənab prezidentə səslənirəm - Qarabağ döyüşçüsünə bu cür biganə yanaşan həkim personalı Azərbaycan xəstəxanalarında çalışa bilməz, bunlar vətən xainidirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru