Rəsmi Bakının «nurçu məmur ovu» kampaniyası davam edəcək - Daha 3 nüfuzlu məmurun hədəfdə olduğu deyilir - DƏYİŞİKLİK
Tarix: 5-05-2014, 09:54 |
Çap et
DİA.AZ: - Rəsmi Bakının nurçuluqda ittiham olunan məmurlara qarşı kampaniyası davam edəcək. Bu barədə DİA.AZ-a danışani Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, artıq bu ittihamla hədəfə alınacaq məmurların konkret siyahısı da bəllidir.
Xatırladaq ki, ilk olaraq bu ittihamla Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov vəzifəsindən alındı. Bunun ardından isə Elşad İsgəndərov anoloji ittihamla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindən azad edildi. Elə bu günlərdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyevin də görəvdən alınması məhz nurçu ittihamı ilə əlaqələndirilir. Qeyd edək ki, Timurçin Əfəndiyev baş nazirin müavini Elçin Əfəndiyevin qardaşıdır və Elçin Əfəndiyev də Azərbaycanda «nurçu qalalarının» formalaşmasında müstəsna rol oynayan 2 isimdən biridir.
dia-az.life-a daxil olan son məlumatlardan isə aydın olur ki, bu günlərdə eyni ittihamla daha bir səs-küylü kadr dəyişikliyi gözlənilir: «Sırada kimin qabağa düşəcəyini yaxün günlərdə biləcəyik. Amma daha 3 nəfər vəzifəsini itirəcək».