3 rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar verilə bilər - «Yuxarılar» «aşağılardan» gələn narazılığı müzakirə edib
Tarix: 10-12-2014, 10:17 |
Çap et
DİA.AZ: - «Azərbaycanın bir neçə rayonun rəhbərliyində dəyişiklik gözlənilir və bu günlərdə rəsmi qərar olacaq». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən bilgili qaynağın iddialarına görə, ilkin olaraq Şamaxı və Gədəbəy rayon icra hakimiyyəti başçılarının vəzifələrindən alınması planlaşdırılır. Mənbə dia-az.life-a bildirir:
«Bu dəyişiklik bələdiyyə seçkilərindən dərhal sonra da baş tuta bilər. Seçkilər səbəbindən icra başçıları ilə bağlı qərar yubanacaq. Amma ekstremal addımlar da atıla bilər. Çünki vəziyyət tamam fərqli ampluadadır».
Mənbə bildirir ki, Şamaxının və Gədəbəyin icra başçıları ilə bağlı şikayətlərin durmadan artması, habelə adları çəkilən rayonların ərazilərində böyük narazılıq atmosferinin yaranması «yuxarıların» da diqqətini cəlb edib və bu məsələ ciddi şəkildə müzakirə olunub:
«Bununla yanaşı Ağsu rayonunun icra hakimiyyəti başçısının da vəzifəsindən alınacağı gözlənilir. Onun Gədəbəyə və yaxud da Şamaxı RİH-ə başçı təyin edilməsi də planda var».