Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                 

Rövnəq Abdullayevin rəhbərliyi altında nələr baş verir? - Bir idarənin çilingəri öz rəisini niyə məhkəməyə verir?
Tarix: 19-12-2014, 09:37 | Çap et
Rövnəq Abdullayevin rəhbərliyi altında nələr baş verir?
“Təzadlar”ın ötən saylarında dərc olunmuş və “28 may” Neft və Qazçıxarma İdarəsinin bir qrup işçilərinin adaya gəmi verilməməsi səbəbindən on günə yaxın müddətdə sahilə çıxa bilməmələrini əks etdirən yazılardan məlumatlısınız. Hansı ki, qəzet yazandan dərhal sonra dənizə 2 gəmi göndərildi və fəhlələr-neftçilər ailələrinə qovuşdular...
Məlum qalmaqallı şikayətin müəlliflərindən biri, “28 may” Neft və Qazçıxarma İdarəsinin çilingəri Həsən Əmişov dünən redaksiyamıza gəldi. “Gəlişimin əsas səbəbi “Təzadlar”ın rəhbərliyinə, axır ki, sahilə çıxa bilən işçilər adından təşəkkürlər etməkdir. Həmçinin “28 may” Neft və Qazçıxarma İdarəsində baş verən görünməmiş qanunsuzluqlar barədə “Təzadlar”a və yuxarı instansiyalara, ARDNŞ prezidenti Rövnəq Abdullayevə tədbir görülməsi üçün etdiyim əsaslı şikayətlərin əvəzində, idarənin rəisi Rövşən Qarayev və kadrlar şöbəsinin, Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin, Həmkarlar Komitəsinin rəhbərliyi tərəfindən başıma açılan müsibətlər barədə ölkə Prezidenti cənab İlham Əliyevə ətraflı məlumat verməkdir”, -deyən şikayətçi bir qovluq sənədləri də bizə təqdim etdi. Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun qanunsuz və əsassız qərarı və qərardadından tutmuş, “28 may” Neft və Qazçıxarma İdarəsinin rəisi Röşən Qarayevin müxtəlif əmrlərinə kimi, çoxsaylı sənədlər ciddi hüquqi araşdırma tələb edir.
Bundan əlavə, Həsən Əməşov əməkdaşımıza geniş müsahibə verib...

İdarənin çilingərindən rəisə “Açıq məktub”!

Qeyd edək ki, şikayətçi Həsən Əmişov “28 may” NQÇİ-nin rəisi Rövşən Qarayevə “Açıq məktub”unu da bizə təqdim etdi. Və bildirdi ki, həmin məktub idarənin rəisinə dəftərxana vasitəsilə göndərilib, hətta qeydə də alınıb, lakin ötən müddətdə heç bir cavab verilmədiyindən bu dəfə KİV vasitəsilə müraciət etməyə məcbur olub.
Məktubda deyilir:
“28 may” NQÇİ-nin rəisi Rövşən Qarayevə “Açıq məktub”!
İdarənin MKT-nin çilingər-santexniki Əmişov Həsən Hüseyn oğlu tərəfindən
Hörmətli rəis! Yazıb sizi məlum edirəm ki, MKT-nin rəisi Nazim Həsənli vəzifəsindən sui-istifadə edərək, mənə xəbərdarlıq etmədən, heç bir səbəb olmadan, ərizəmi almadan 02.03.2013-cü il tarixində qrafikimi dəyişmiş, bunun əsasında 4-cü dərəcəm 3-ə endirilmişdir. O, söz vermişdi ki, kəsilmiş dərəcəmi tezliklə bərpa edəcək. Əfsuslar olsun ki, onun fikri başqa imış. Buna baxmayaraq, öz qrafikində yüksək dərəcəli çilingər bir neçə nəfər olduğu halda, mən 7 nəfər ailə üzvü olan üçüncü dərəcəli çilingər işləyirəm... Yenidən heç bir nöqsanım olmadığı halda o, məqsədinə çata bilmirdi. Sonuncu dəfə mənə bildirdi ki, guya onun üç diplomum var, 3 Univeristet bitirmişəm. Bəlkə o, Elşad Abdullayevin tələbəsi olubdur, bunu araşdırmağınız vacibdir. Mən başa düşə bilmirəm o, uzun müddət yataqxana komendantı işləyib. Hal-hazırda MKT-nin rəisi işləyir. İndi isə məndən akt ya/zmışdır və siz bunu araşdırmadan tərəfinizdən mənə şiddətli töhmət verilmişdir. Mənə qarşı istifadə etmək üçün Bağırov Ruslan İlyas oğlunu öyrətmişdilər. Elə bir adamı öyrədəydilər ki, heç olmasa, o adamın işində nöqsanı olmayaydı...
“28 may” NQÇİ-də 9 saylı yataqxana niyə və kim
tərəfindən yandırılmışdır?
Bildirirəm ki, 25 noyabr 2011-ci il tarixində 9 saylı yataqxananı yandıran bu adamın nə tez şikayətinə baxıldı? Mən bir ildir yazıram, əsassız olaraq kəsilmiş dərəcəm barpa olunmur, heç kim buna məhəl qoymur.
Cənab rəis! Məlumunuz, olsun ki, 9 saylı yataqxana istismara verildiyi tarix 1965-ci ilin avqustunda inşa olunmuş taxta bina idi. Onun yaşayış sahəsi 100 kv-m, otaqlarının sayı 10, çarpayı sayı 40 ədəd, televizor, soyuducu, yataq dəstləri və sair inventarlar yanıb sıradan çıxdı. Bütün sahələrin əşyaları yandı və bir çox fəhlələr çöldə qaldı. Bəs necə oldu ki, bu yataqxananı yandıran, dövlətə və idarəyə külli miqdarda ziyan vuranın barəsində heç bir tədbir görülmədi? Amma ən azı sizə məlum oldu ki, kim tərəfindən həmin yataqxananın aktı bağlandı. Bu barədə lazım olan təşkilatlara məlumat verməyi gec də olsa özümə borc bilirəm. Bir də məlumunuz olsun ki, 24.06.2014-cü il tarixində qasırğa olduğu, gəmi olmadığı halda, biz bir çox işçilərlə qrafik üzrə Çilov adasına gəlmək istəyirdik. Lakin həmin gün bir çox işçilərlə telefon əlaqəsi saxlanıldı və sizin adınızdan deyildi ki, helikopterlə gəlmək mümkün deyil, gedin evinizə, nə vaxt gəmi olarsa gələrsiniz. Səhər saat 10-radələrində hamı getdi evlərinə. Bəs rayondan gələnlər nə etməli idi? İdarənin baş mühəndisi Qabil müəllim bütün işçilərin siyahısını istəmişdir.
24.06.2014-cü ildə günün ikinci yarısında isə üç “korotki” olmuş, helikopter boş dayanmışdır və yalnız 25.06.2014-cü ildə, saat 18:00-da dispeçer Ağayevə zəng vurularaq, göstəriş verilmişdir ki, 4 nəfəri buraxın gəlsin. Məgər biz fəhlələr, ancaq sifarişlə gəlməliyik. Baş mühəndis isə sonradan kimə istəyir gün yazır ki, saatları itməsin, kimə istəyir qasırğa yazır. Bunların hamısı faktdır. Məlum deyil ki, nə vaxta qədər bunlar davam edəcək. Mən başa düşə bilmirəm, qanun yalnız biz yiyəsiz və əliqabarlı fəhlələrə aiddir? Belələri yazılmadan qanundan istifadə edirlər. Rövşən müəllim, Sizdən xahiş edirəm, bu cürə haqsızlığın qarşısını alasınız və mənim öz iş qrafikimə qayıtmağım üçün MKT-nın rəisi Nazir Həsənliyə göstəriş verəsiniz.
(Tarix: 30.07.2014-cü il)

Rəis cavab yazdı, amma...

Qeyd edək ki, bu müraciət-şikayətinə cavab verilmədiyini görən çilingər H.Əmişov Dövlət Neft Şirkətinə eyni məzmunlu şikayət yazır. Bundan sonra həmin şikayət “Azneft” İB-yə tədbir görülməsi üçün göndərilir. İB-dən isə həmin məktubu barəsində şikayət edilən Rövşən Qarayevə göndərirlər. Nəhayət, R.Qarayev “Azneft” İstehsalat Birliyinin Baş direktoru D.Ə.İskəndərova cavab məktubu göndərir. Təbii ki, bir surəti də şikayətçiyə olmaqla... Məktub belə sonluqla bitir : « ...Onu da qeyd edirik ki, MKT-da baş vermiş əmək intizamının pozulması haqqında idarə üzrə müvafiq əmr verilmiş, aidiyyatı işçilər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
R.Q.Qarayev, “28 may” NQÇİ-nin rəisi”

Çilingər təqiblərlə üz-üzə...

Beləliklə, H.Əmişovun məlum şikayəti əsasında rəis R.Qarayev tədbir görmək məcburiyyətində qalır və bəzi məsul şəxslər cəzalandırılır... Lakin rəis acığını cəzalandırılmış işçiləri H.Əmişovun üzərinə qaldırmaqla soyutmaq istəyir. Nəticədə həmin işçilər Həsən Əmişovu yeri gəldikcə təhqir edir, dava-dalaş, süni mübahisə salmaq istəyirlər. Amma ikinci buna imkan vermir, səbrlə davranır.
Amma sonradan idarənin Mənzil-kommunal Təsərrüfatının mexaniki R.Əkbərov rəis R.Qarayevə ərizə yazır ki, guya Həsən Əmişov işçilərdən birini döyüb və s. (Adətən bir adam döyüləndə və xəsarət alanda hüquq mühafizə orqanlarına şikayət edir, hansısa rəisə yox).
Nəticədə rəis R.Qarayev (245 saylı, 6 iyul 2014-cü il tarixli) belə bir əmr verir:
“Mənzil-Kommunal Təsərrüfatının mexaniki R.Əkbərovun məlumatına əsasən, təsərrüfatın rəisi N.Həsənlinin idarə rəhbərliyinə ünvanladığı 04.07.2014-cü ıl tarixli 1928 saylı təqdimatında 01.07.2014-cü il tarixındə saat 19:45 radələrində Təmir xidmət sahəsinin çilingər-santexniki Əmişov Həsən Hüseyn oğlu ış yerində təsərrüfatın abadlaşdırma üzrə fəhləsi Bağırov Ruslan İlyas oğlunu təhqir edərək, ona qarşı fiziki güc tətbiq etdiyini, işçilərinin müdaxiləsindən sonra R.Bağırovun H.Əmişovun əlind ən alındığı və bu hadisə barədə işçilər tərəfındən akt tərtib edildiyi bildirilmişdir. Təqdimatda qeyd olunanlarla bağlı araşdırma aparılmış və aidiyyatı işçilərdən izahatlar alınmışdır. Araşdırmalardan məlum olmuşdur ki, həqiqətən də H.Əmişov R.Bağırova qarşı təhqiramiz ifadələr işlətmiş və ona bir şillə vurmuş, döyməyə çalışmışdır. Bununla da H.Əmişov əmək vəzifələrinin, daxili intizam və davranış qaydalarının, eləcə də etik normaların tələblərıni kobud şəkıldə pozmıışdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mənzil-kommunal təsərrüfatında bir daha belə halların təkrarlanmaması, işçilərin əmək qanunvericiliyinin tələblərinə, davranış və intizam qaydalarına və bir -biri ilə münasibətdə etik normalara ciddi əməl etmələri məqsədilə
Əmr edirəm...”.
Əmrin 2-ci bəndində yazılır: “Mənzil-kommunal təsərrüfatının Təmır xıdmət sahəsinin 3-cü dərəcəli çilingər-santexniki Həsən Hüseyn oğlu Əmişova əmək qanunvericiliyınin tələblərini, daxili intizam və davranış qaydalarını pozaraq münaqişə yaratdığına və iş yoldaşına qarşı fiziki güc tətbiq etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəliəsınin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin və nəzərinə çatdırılsın ki, oxşar hal təkrar olunarsa onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdır”.

Rəisin qəzəbinə tuş gələn neftçi 30 sutkalıq həbs aldı, rəis Rövşən Qaryevi məhkəməyə verdi...

Bir neçə gün əvvəl başı qalmaqallardan səngiməyən Həsən Əmişov redaksiyamıza gəldi və çalışdığı “28 may” NQÇİ-də baş verənlər barədə dəhşətli faktlar açıqladı. Əməkdaşımıza geniş video və audio müsahibə verən H.Əmişovun gəlişinin məqsədini soruşduq:
-Həsən, səni redaksiyamıza gətirən səbəb nədir?
-Əvvəla, gəldim ki, idarəmizin çoxsaylı neftçiləri adından sizə və qəzetin rəhbərliyinə minnətdarlığımızı bildirəm. Çox sağ olun, sonuncu dəfə yazandan sonra 10 günlük “mühasirəmizə” son qoyuldu və arxamızca 2 gəmi göndərildi... Çox yerlərə müraciət etmişik, heç bir tədbir görülməyib. Düzdür, ARDNŞ rəhbərliyi komissiya göndərib, lakin hər dəfə rəis Rövşən Qarayev onları “hörmətlə” yola saldığından qayıdıb “Heç bir problem yoxdur”, deyiblər. Amma həmin komissiyada sizin kimi obyektiv bir jurnalist olarsa, belə olmaz, Rövnəq müəllimə də doğru məlumat çatdırılar. Problem bundadır... Mənə gəldikdə, problemlərim odur ki, pozulmuş hüquqlarım idarədə həll edilmir, məcbur olub yuxarılara yazıram, sonra isə rəis Rövşən Qarayev mənimlə düşmənçilik edir. Mən Çilov adasında 20 ildən çoxdur yaşayıb işləyirəm. 17 il özümün sənədli evimdə ailəmlə qalmışam, bu gün də istəyəndə orada yaşayırıq... Açıq deyim ki, biz neftçilərin çoxlarının problemləri var, lakin bəziləri çəkinir, gəlmir. Mən isə yuxarıda Prezidentimiz İlham Əliyevə, sonra şirkətin Prezidenti Rövnəq Abdullayevə inanaraq və arxalanaraq şikayət edirəm. Hansı ki, mənim hesab edilən problemlər minlərlə neftçinin problemidir. Ərzaq, yemək, istirahət, əmək haqqı və s. problemlərdən tutmuş, növbədən çıxarkən gecikmələrə yol verilərək sahilə çıxmağımızın operativ təşkil olunmamasına kimi. Rövnəq Abdullayev dənizdə işləyib, vitse-prezident Süleyman Qasımov da, Xoşbəxt Yusifzadə də... Dənizdə ölən, itkin düşən, yaralanan, bəzən təsadüfdən xilas olunan bizlərik, ona görə də isti kabinetlərdə əyləşən katibəli müdirlər bunu bilməlidir. Axı bunlar nə vaxta kimi davam etməlidir? Rövşən Qarayevə kim dur deyəcək? Biz bunu istəyirik.
-Sənin ixtisas dərəcəni niyə kəsmişdilər?
-İdarədə həll olunmayan problemlər barədə şirkətə şikayət etdiymə görə... Bir çox yerlərə müraciət etmişəm, ixtisas dərəcəmə görə ki, haqsızlıq edilib. Xı mənim himayəmdə 7 nəfər ailə üzvüm var... O müraciətə nəsə göz yumdular, baxılmadı. Sonra dənizdə qalmışıq, sizə müraciət etmişəm, zəng eləmişəm, sizin köməyliyinizlə dənizdən çıxdıq. Hansını deyim? Gərək qəzet yazsın ki, əncam çəkilsin? İxtisas dərəcəm 2010-cu ilin 7-ci ayından həkimn aryışı ola-ola görə kəsilib. Hələ bu günə kimi bərpa olunmayıb. Haralara da yazmışam, haralardan cavab gəlib... Onnları yığdım Xəzər rayon Məhkəməsində iddia qaldırdım.
-Nə vaxt olub?
-Olub təxminən 6-7 ay bundan qabaq, 26 fevral 2014-cü ildə. Anar müəllimə təqdim elədim...
-Anar müəllim kimdir?
-Xəzər rayon Məhkəməsində hakimdir. Dedi ki, araşdıraraq tədbir görəcəyik, ədalətli qərar verəcəyik, sənə qarşı həkim arayışı ola-ola niyə belə qərəzli mövqe tutublar? Hətta dedi ki, “Dəymiş ziyan da ödəniləcək. Həkimn arayışına görə bunların ixtiyarı yoxdur”. Sonra əmrin çıxarışı ilə də tanış oldu, haralardan cavab gəlmişdi hamısın təqdim etdim. Belə oldu ki, 15-20 gündən sonra həmin verdiyim məktublar mənim ünvanıma gəldi. Masallı rayon Təklə kəndinə. Sən demə iş verilib hakim Əkrəm Qəhrəmanova, o isə iddianı qəbul etməyib, yazır ki, “”28 may” NQÇİ hüquqi şəxs deyil, yuxarı orqana müraciət edin”. Halbuki idarəmizin ayrıca bank hesabı, möhürü, ştampı, hüquqi ünvanı və s. var. Belə çıxır ki, heç kim hansısa İcra Hakimiyyətini məhkəməyə verə bilməz, çünki RİH Prezident Administrasiyasına tabedir, sonuncunu məhkəməyə vermək lazımdır!
Elə oldu ki, gözlədim. Hakimin həmin ədalətsiz qərarını Xəzər rayonundan millət vəkili Mehriban xanım Əliyevaya göndərdim. Bilirsiniz, biz neftçilərin hüquqları tapdalananda yerlərdə həll edilmir, məcburən müraciət edirik yuxarılara, sonra isə baxılmayan halda üz tuturuq məhkəməyə. Məhkəmə də belə cavab verəndən sonra biz kimə müraciət edək? Mən 7 baş ailə saxlayıram, yeganə qazanc gətirən mənəm, heç cür alınmır. Hakim Əkrəm Qəhrəmanovla idarə əlbir oldu, neylədisə Bağırov Ruslan İlyas oğlunu- işçi yoldaşımı mənim üstümə qaldırdılar. Hansı ki, mənimlə bir qrafikdə bir yerdə işləyir. Guya mən ona xəsarət yetirmişəm, onu təhqir etmişəm, döymüşəm... O, məndən şikayət elədi. “28 may” NQÇİ-nin rəisi Qarayev Rövşən Qara oğluna ərizə yazdırdılar... İdarənin Mənzil Kommunal Təsərrüfatının rəisi Nazim Həsənli əlbir oldular ki, məni bunun əli ilə vursunlar. Zəng edib Pirallahı rayonundan müstəntiq gətirtdilər ki, məni həbs etdirsinlər. Müstəntiq gəldi, həmin gün işdə idim, yaşıllaşmada işləyirdim. Su xətti partlamışdı, onu bərpa etmək üçün göndərmişdilər. İş üstündən məni çağırdılar ki, gəl, müstəntiq gəlib, dedim nə işdi, dedilər belə-belə, guya sən Ruslanın köynəyini cırmısan, təhqir etmisən...
-Guya deyəndə, onların əlində ekspert rəyi var idimi?
-Müstəntiqə dedim ki, nə yaxşı bunun şikayətinə siz Pirallahı rayonundan gəlmisiz? Mən il yarımdı haqqımı tələb etməkdən ötrü bir çox yerlərə müraciət etmişəm, heç mənim müraciətimə baxılmır. Dedi, məhkəmədə deyərsən... Dedim ekspertizanın rəyi var ki, məni məhkəməyə verirsən? Dedi ki, həkimin arayışı var. Dedim, yox, mən vəkil tutaram, sonra...
-O adamın özü bəs, sən görüb soruşa bilmədin ki, mən sənə harda və harana xəsarət yetirmişəm?
-Öyrətmişdilər ki, ərizə yaz, arxası bizlikdir... Təsəvvür edirsinizmi, o boyda strateji bir sahənin rəisi Rövşən Qarayev görün nefti, neftçilərin güzəranını unudub nə işlə məşğuldur??? Ona demişdilər ki, sən şikayət yaz, sənə belə hörmət edəcəyik, həftələrlə işə gəlmərsən, sənə gün yazarıq, sənə ağır iş verməyəcəyik... Üstündən bir müddət keçdi, oturmuşdum evdə, bir ərizə yazdım Rövşən müəllimə. Yazdım ki, xahiş edirəm araşdırıb, ciddi tədbir görəsiniz. Yazdım ki, o ki belədir, 1965-ci ildə istismara verilmiş 9 №-li yataqxananın taxta binası, yaşayış sahəsi 100 kv metr, 25 noyabr 2011-ci ildə gecə saat 12 radələrində həmin Bağırov Ruslan İlyas oğlu tərəfindən yandırmışdır. Orada televizor, soyuducu da və digər nə var idisə, hamısı yandı... FHN-nin yanğın barədə arayışı var. 60 nəfər biz fəhlələr gecə bayırda qalmışdıq. Bu invertalları kimin ayağına vurdunuz, kim tərəifindən bu akt bağlandı? Ruslana nə cəza verildi? Ruslanın üstündə nəhayət, mənə şiddətli töhmət verdilər, həmin işə görə. İstehsalatda mübahisə olursa, hər iki fəhlə cəzalanmalıdır, həmkarların iclası keçirilməlidir. Bunların heç biri olmadı... Axırıncı xəbərarlıqla töhmət verdilər, amma əmrin çıxarışını mənə vermirdilər. Güclə aldım...
“Ağır xəstəliyinə görə hərbi xidmətdə olmayan Bağırov Ruslan İlyas oğluna necə olur ki, Mərkəzi Neftçilər Xəstəxanası sağlamlıq kağızı verir, Rövşən Qarayev də onu işə qəbul edir, bəsləyir?”
-Bəs baş verənlərə Rövşən müəllim nə dedi?
-Həmin məlumatı da gətirmişəm. Rövşən müəllim yazdı verdi bütün məsələlər üzrə müavini Ələddin Mürsəlova. Ələddin müəllim də çağırdı məni, getdim. Dedim, mən faktı yazmışam, tarixi ilə, hansı yataqxana neçənci ildə yandırılıb. Hansı tədbiri gördünüz? O yataqxananı mən yandırmış olsaydım indi bəlkə 10 il “srok”da idim. Amma həmin fəhlə işlədi, heç bir tədbir görülmədi onun barəsində. Yəni hal-hazırda işləyir, abadlaşdırma üzrə 4-cü dərəcəli fəhlədi. Nə onun dərəcəsi kəsildi, nə töhmət verildi, nə də əmək haqqı kəsildi. Onu mən araşdırdım, ağır xəstəliyinə görə hərbi xidmətdə olmayan Bağırov Ruslan İlyas oğluna necə olur ki, Mərkəzi Neftçilər Xəstəxanası sağlamlıq kağızı verir, Rövşən Qarayev də onu işə qəbul edir, bəsləyir? 1756 nəfər sakini- işçisi olan idarədə heç kimi hərbi xidmət keçməyibsə, işə qəbul eləmirlər. Bu xəstə adamı hansı qanunla işə götürüblər? Mən başa düşə bilmirəm.
(Davamı var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru