Binəqədinin icra başçısının saxta hesabatı və Xaləddin İsgəndərovun məhv etdiyi nəfəsliyimiz... - Başçı bu suallara cavab verə biləcəkmi?
Tarix: 20-12-2014, 12:03 | Çap et
...Binəqədi rayonunun son illər aparılan bəzi quruculuq işləri danılmaz faktdır və mən həmin rayonun sakini və Zeytun bağında - onun başı üstə Demokl qılıncısayağı ucalan bir və ikimərtəbəli şadlıq evlərindən, iaşə obyektlərindən qalxan, insan sağlamlığını məhvə aparan zəhərli kabab tüstüsünü ciyərlərimə çəkən canlı şahidəm! Bu cümləni daha da genişləndirə bilərdim - əlavə edərdim ki... *** ...Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bir qəzetdə (“Yeni sözçü”, 05.11.2014-cü il) verilmiş portretini gördüm... İcra hakimiyyətinin inzibati binasının fonunda, “Binəqədi: Sosial-iqtisadi inkişaf və quruculuğun parlaq nümunəsi” - imzalı məqalə; 2013-2014-cü illərdə qazanılan uğurların statistikası, bir növ hesabatı. Əlbəttə, bir səhifəlik məqalədə jurnalist Adıgözəl Muxtaroğlu X.İsgəndərovun adını çəkmir və “Rayon icra hakimiyyətinin başçısı” sözlərilə ümumiləşdirir. Bunun fərqinə varmırıq... Məqalə - hesabatı oxuyanda bəzi rəqəmlər xoş əhval doğurmaya bilməzdi və belə tamamlanırdı: “Artıq yola salmağa hazırlaşdığımız 2014-cü il bütün ölkədə olduğu kimi, Binəqədi rayonunda da əlamətdar il kimi yadda qalacaq. Son 9 ay ərzində rayonda əldə edilən sosial-iqtisadi göstəricilər, geniş quruculuq, abadlıq və yeniləşdirmə, böyük sosial layihələrin yerinə yetirilməsi zəngin mədəni tədbirlərin reallaşmasından xəbər verir”. Bu məlumatı jurnalistin bir yanaşması təsdiqləyir: “Son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlərin bənzərsizliyi rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış..., ümumi həyat şəraitində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır”. Sonra oxuyuruq: “...Rayonun müxtəlif ərazilərində 8554 ədəd müxtəlif növdə ağac, 276480 ədəd gül-çiçək və kol bitkiləri əkilmiş, 63753 kv.m. çəmən örtüyü salınmışdır”. Bu statistikada diqqəti cəlb edən bir də 8554 ədəd ağacın əkilməsidir. Necə də dəqiq yaddaşdır. Amma məsələnin daha ciddi, diqqəti cəlb edən sosial və mənəvi tərəfi ondadır ki, bü sətirlərin müəllifi “Təzadlar” qəzetində “Binəqədidəki Zərifə Əliyeva parkında nə baş verir? (02.09.2014) və həmin qəzetdə mövzuya yenidən qayıtmaqla “Məktub və məktublar niyə yetişmir?” (23.10.2014) geniş həcmli iki məqaləm çap olunmuşdu. Həssas oxucu diqqət edər ki, birinci məqalə ilə ikincinin arasında əlli bir gün vaxt ayrılığı olmasına baxmayaraq nə Binəqədi Rayon İcra Hakimiyyətindən, nə də Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu yazıya reaksiya verilmədi. Halbuki redaksiya hər iki tərəflə əvvəlcədən əlaqə saxlamışdı, qarşı tərəf bu yazılardan xəbərdar idi... Birinci məqalədən bəzi xatırlamalar: “Mir Cəlal Paşayev küçəsinin son dayanacağında “Ceyhun”, “Sona”, “Sonalar sonası”, “Millenium”, “Üzeyir” şadlıq sarayları və onların bir çoxunun ikinci mərtəbələri, habelə onlara bitişik irili-xırdalı iaşə obyektləri xeyli vaxtdır fəaliyyət göstərməkdədir. Bunu obyektlərin qonşuluğunda yaşayan, tüstüsündən gözlərimi kor edən bir sakin kimi çoxdandır müşahidə edirəm”. Yaxud, “Həmin çoxsaylı şadlıq evlərinin və restoranların, kafelərin hansı hüquqi və mənəvi əsaslarla istifadədə olduğunu diqqətə yönəltmək bir insan kimi mənim də mənəvi borcumdur”. Və yaxud: “Bu ərazinin sakini olaraq ağacların qırılmasının şahidiyəm”. Çünki mən burada doqquzuncu mikrorayonda yaşayıram və doqquzuncu mərtəbədən müşahidələr aparmışam. Daha başqa sitatlar: “Acınacaqlısı odur ki, əhaliyə zəhərli tüstü uduzduran (yedizdirən) bu iaşə obyektləri mərhum ədibimiz Mir Cəlal Paşayev küçəsinin son dayanacağını və ətrafını zəbt etmişdir”. (Bəlkə onların anonim sahiblərini deyək? Axı, cansız şeylər - iaşə obyektləri yeriməz!). “Zeytun bağı” ərazisində şadlıq evləri və restoranlardan beş-on metr aralıda mərhum akademik Zərifə Əliyevanın adını daşıyan parkdır və görkəmli oftomoloqun heykəli qoyulmuşdur ağ mərmərdən. Məsələnin digər bir tərəfi ona görə təəccüb doğurur ki: qırılan ağacların hesabına iki göydələn yaşayış binası və bir nəhəng ölçülü ictimai bina tikilməkdədir. Maraqlısı ondadır ki, bu binalara gediş-gəliş üçün yenidən yaşıl ağaclar qırılmalıdır; axı, müəyyən standartlar bunu tələb edir. Bəlkə bu binalar istifadəyə verildikdən sonra burada yaşayanlar və işləyənlər vertolyotdan istifadə edəcəklər? İkinci məqalədən fraqmentlər: “Sosial şəbəkələrdə yayımlanmış, qəzetin saytında yerləşdirilmiş bu yazıda (I nəzərdə tutulur - A.E.) qaldırılmış problemlərdən ola bilməz ki, Binəqədi Rayon İcra Hakimiyyətinin... xəbəri olmasın? Bu ərazidən az qala hər gün ərşə dirənən və ətrafı görünməz edən kabab tüstüsünün bir ucu da... baş alıb gedir”. Və ona da toxunmuşam ki, Respublika Prezidenti İlham Əliyev çıxışlarında, görüşlərində insana qayğını önə çəkmiş, insan kapitalına bəzi səlahiyyətli məmurların laqeyd münasibətini pisləmişdir. Daha bir xatırlama: “Binəqədi Rayon İcra Hakimiyyəti başçısının hələlik susmasını heç cürə başa düşmürəm...”. Xatırladıram ki, tüstünün “qonağı” olan, habelə təmiz havadan məhrum insanların sayı dörd rəqəmlərlə ölçülür. Və bu ciddi, analoqu olmayan problemin yaranmasında və davam etməsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov da şəxsən məsuliyyət daşıyır, ən azı rayon İcra Hakimiyyətinin başçısı qədər! ...Ən ümdəsi ona görədir ki ekologiya ilə bağlı ölkə Prezidenti İlham Əliyevin məlum sərəncam və göstərişlərindən, tövsiyyələrindən... irəli gələn təbiətə qayğı məsələsi və digər vəzifələr məhz vəzifəli şəxslərin bilavasitə səlahiyyətinə daxildir. Güman etmək olarmı ki, bu rəsmi səlahiyyətlər onların əlindən çıxmışdır?! Məlum hesabat xarakterli jurnalist məqaləsindən daha bir fraqment: “...Binəqədi Rayon İcra Hakimiyyəti başçısı 19 iyun 2014-cü il tarixli 133 nömrəli- “Təmiz Binəqədi” adlı sosial layihənin həyata keçirilməsi ilə əlaqədar sərəncam imzalamış və Tədbirlər Planı təsdiq edilmişdir”. Məhz bu mesajdan bir sual çıxır: Bu rəsmi sənəddə “Zeytun bağı”nın cari faciəsi, şadlıq evlərinin, bir sözlə, iaşə obyektlərinin minlərlə əhalini fəsadlara düçar edən zəhərli tüstüsünün “emalı”, görkəmli alim, akademik Zərifə Əliyevanın adına olan Parkın təhlükə qarşısında qalması məsələsi öz əksini tapıbmı? Bu fikrim ironiya kimi səslənməsin. Başçının Binəqədi rayonunun sosial-iqtisadi inkişafının parlaq nümunəsi kimi təqdir etməsinə, məni səmimi başa düşün, cənab X.İsgəndərov, necə baxırsınız? Amma ürəyimdən keçdi ki, kaş, əzəmətli bina ilə yanaşı, həmin iaşə obyektlərinin axşamlar havaya, oradan da vətəndaşların evlərinə təşrif buyuran tüstüsü də, ağacların qırılması hesabına başa gələn o nəhəng üç binanın fotosunu, toy axşamlarında səkilərə qarışqasayağı doluşmuş minik maşınlarının piyadaların gedişinə imkan verməyən və qəza vəziyyəti yaradan mənzərəsini də hesabatınızda göstərəydiniz. Necə də obyektiv olardı ki, nədir vətəndaşların günahı? Cənab başçı! İkinci məqaləmin çapından (23 oktyabr 2014-cü il) da xeyli vaxt keçmişdir. Lakin Rayon İcra Hakimiyyətinin başçısı kimi ciddi faktlara (akademik Zərifə Əliyevanın adını daşıyan parkın ekologiyasına qarşı münasibətə və minlərlə Binəqədi sakinlərinin sağlamlığına fəsad gətirən kabab tüstüsünə laqeydlik) hələlik heç bir reaksiya verməməyinizi nə ilə izah etmək olar? Vəzifənin toxunulmazlığı iləmi? Mətbuatın qaldırdığı vacib sosial problemə etinasızlıq iləmi? Fəsadları digər vətəndaşlar kimi ailəsilə bərabər yaşayan və bunu qəzet səhifəsinə çıxaran bir mən ziyalını: yazıçı, pedaqoq, jurnalist, ədəbiyyatşünas və publisistin harayını necə eşitməmək olar? Unutmayay ki, bu harayın arxasında minlərlə sakin dayanır...
Allahverdi Eminov, Bakı PKİYİ-nin dosenti, “Qızıl qələm” mükafatı laureatı. \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
|