Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayona yaşam şərtləri minimum həddə enməkdədir – Belə getsə Ağsuda kimsə qalmayacaq...
Tarix: 13-02-2015, 08:43 | Çap et
DİA.AZ: - Ağsu rayonunda bütün sahələrdə geriləmələr davam edir. Bir müddət öncə rayon mərkəzinin əsas bir neçə küçəsində aparılan kosmetik işlər də kölgədə qalıb. Çünki rayon İH-nin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə istinad divarlarına vurulan uzlük daşlar da iş başa çatmamış sökülməyə başlayıb. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, səbəb də budur ki, başçının bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümov görülən bəzək-düzək işlərini bəyənməyib və işlərin yenidən başlanmasına əmr verib. Əslində isə məsələnin mahiyyətində büdcədən asan yolla pul silinməsinin dayandığı bildirilir.
dia-az.life-a ayrı-ayrı sakinlər tərəfindən göndərilən müraciətlərdə müxtəlif sahələrdəki özbaşınalıqlara toxunulur. Belə müraciətlərin bir neçəsi Ağsu EŞ-in fəaliyyətindəki ciddi nöqsanlardan bəhs edir. Belə ki, rayonun işıq sisteminin bərbad vəziyyətdə olduğu vurğulanır:
“Hər gün istər rayon mərkəzində, istərsə də kəndlərdə elektrik enerjisi fasilələrlə verilir. Gün ərzində işıqlar 4-5 dəfə söndürülür. Bunun bir səbəbi avadanlıqların, yağ açarlarının, dirəklərin və naqillərin çoxdan istifadə müddətini keçməsi ilə əlaqədardırsa, bir səbəbi də xətlərin həddən artıq yüklənməsi ilə bağlıdır. Ağsunun özündə “şəhər-2” adlanan xətt var ki, gücündən 2-3 dəfə artıq obonentlərə xidmət göstərmək məcburiyyətindədir. Bu barədə həmin ərazidə yaşayan sakinlər və sahibkarlar dəfələrlə “Azərenerji” ASC-nin rəhbərliyinə və digər yuxarı qurumlara yazılı və şifahi şikayətlər ediblər, lakin məsələ ilə maraqlanan olmayıb. Camaat öz vəsaiti hesabına yeni transformator da alıb ki, normal işıqla təmin olunsun, lakin transformator bir ildən yuxarıdır ki, quraşdırılmır. Ağsu EŞ-dən bildirirlər ki, Qəbələ REŞ-in rəhbərliyi buna icazə vermir. Nəticədə əhali tez-tez “yoxa çıxan” 80-100 volt enerjinin ümidinə qalıb...” – deyə, müraciət edənlər yazırlar.
İşıq sahəsindəki digər acınacaqlı vəziyyət kəndlərlə bağlıdır. Bu barədə şikayətçilər belə qeyd edirlər: “... Kəndlərə işıq dirəkləri ötən əsrin 60-70-ci illərində çəkilib. Həmin dirəklər istifadə müddətini çoxdan keçib. Gözünüzlə görsəniz ki, indi həmin dirəkləri çəpərlər, ev divarları, yaxud da məftillər saxlayır, onda vəziyyətin nə yerdə olduğuna əyani şahid olarsınız. Narazılıq bildirəndə isə işıq işçiləri “Azərenerji”dən heç bir mal-material almadıqlarını söyləyirlər. Əvəzində camaat qaranlıqda yaşamağa məhkumdur. Avropadan belə, qaz-işıq satan XXI əsr Azərbaycanının kəndləri işıq üzünə həsrət qalıb. Çox gülməlidir!..”
Kəndlərin elektrik enerjisi ilə təmin olunmasındakı daha gərgin vəziyyət Ləngəbiz xəttindədir. Sakinlər dia-az.life-a bildirir: “... 7-8 kəndi işıqlandıran bu xətt lap biabırçı vəziyyətdədir. Əgər bu kəndlərdən birində kimsə evinə razetka qoydurursa, yaxud bir həyətdə məftil qırılıbsa, sayğac dəyişdirilirsə, dirək aşıbsa, montyorun zəngilə işıq idarəsi digər kəndlərin də, yəni minlərlə obonentin də işıqlarını söndürürlər, - ta ki, o iş düzələnədək hamı qaranlıqda qalır. Mühəndislərlə əlaqa saxlayanda da, deyirlər, ayrıc yoxdu, ona görə ümumi söndürürük. Daha dərdimizi deyəcəyimiz yer qalmayıb, çünki rayon və enerji rəhbərliyi bu məsələlərlə bağlı dəfələrlə məlumatlandırılıb. Amma nəticə yoxdur...”
Başqa bir müraciətdə isə Ağsunun böyük kəndlərindən olan Bico kəndinin elektrik enerjisi təchizatındakı bohrandan danışılır: “... Kənddə mövcud olan 4 tranformatordan birinin qoruyucuları bir ilə yaxındır ki, yanıb. Ona görə kəndin boyük hissəsi 3 faza əvəzinə 2 faza ilə qidalandırılır ki, buna da işıq demək olmaz. Dəfələrlə rayon başçısına, fövqəladə hallar üzrə başçının müavininə şikayət olunub, əvəzində “biz bilmərik” cavabını almışıq. Dekabr ayında “Azərenerji”yə ünvanlanan məktuba cavab gəldi ki, 2015-ci ilin son gününədək sözügedən transformator əvəzlənəcək. Ancaq bu günədək məsələ həllini tapmayıb. Qeyd edək ki, həmin transformatordan əvvəl onun yerində 450 kv-lıq transformator var idi. Onu təmirə apardılar, əvəzində indiki 150 kv-lıq transformatoru gətirib qoydular. Onun da aqibəti göz qabağındadı, - gücü az olduğundan sıradan çıxdı. Eşitmişik ki, əvvəlki 450-kv-lıq transformatoru icra başçısı təmirdən sonra özünə məxsus təsərrüfat sahələrindən birinə apartdırıb istifadə edir...”
Qəribə deyil ki, redaksiyamıza ünvanlanan müraciətlərin hamısı eyni sonluqla bitir: ” İnanmırıq ki, ölkə rəhbəri, cənab prezident İlham Əliyevin bu olanlardan xəbəri var. Dövlət başçısı elektrik enerjisi sahəsində yeni islahat və dəyişikliklərə start verib. Ümid edirik ki, cənab Prezident bizim də səsimizi eşidəcək və işıq sahəsindəki çətinliklərmizin aradan qaldırılmasında bizə öz göstərişləri ilə yardımçı olacaq!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|