Ali Məhkəmənin rəhbərliyində ilginc dəyişikliklər planlaşdırılır - Nazir Ramiz Rzayevlə bağlı təqdimat verib
Tarix: 3-04-2015, 09:33 | Çap et
2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olan, 2010-cu ili naprel ayından isə yenidən sözügedən məhkəmənin sədri təyin edilən Ramiz Rzayevlə bağlı siyasi qərar verilib. Aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayevin yenidən vəzifəsində saxlanılmayacağı artıq dəqiqləşib.
Bu barədə Mia.az-a məhkəmə sistemindən məlumat daxil olub. Bildirillir ki, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxs də artıq dəqiqləşib:
«Ramiz Rzayevin Ali Məhkəmənin sədri vəzifəsində 10 illik fəaliyyəti hakimiyyəti qane etməyib. Xüsusiylə beynəlxalq təşkilatların, həmçinin, ölkənin ən müxtəlif qütblərindən Azərbaycanın məhkəmə sisitemi haqqında davamlı mənfi rəylərin açıqlanması, Ali Məhkəmənin sədri ilə bağlı məlum qərarın verilməsinə səbəb olub. Bir sözlə, aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayev başqa vəzifəyə təyinat almaqla, Ali Məhkəmənin sədri vəzifəsindən uzaqlaşdırılacaq».
Mia.az-a verilən məlumata görə, Ramiz Rzayevlə yanaşı, Azərbaycan məhkəmə sisteminin ikinci pilləsində də ciddi dəyişikliyin olacağı gözlənilir:
«Bəli, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin də barəsində sərəncam olacaq. Bu sərəncam isə onun «vurulması» yox, Ramiz Rzayevin postunu tutması ilə bağlı olacaq. İman Nağıyev artıq özünü Ali Məhkəmənin sədri postunda görür və təbriklər qəbul edir. Yəni artıq o, yeni vəzifəsinə təyinatının razılaşdırıldığını yaxın ətrafına bölüşüb. Hətta ən yaxın çevrəsi də təbii olaraq, onun Ali Məhkəmənin sədri vəzifəsinə təyinatını indidən bayram edirlər...».
Mia.az xəbər verir ki, İman Nağıyevin Ali Məhkəmənin sədri postu uğrunda gedən gərgin mübarizədən qalib ayrılmasına nüfuzlu şəxslərin ciddi dəstəyi var. Xüsusən də ədliyyə naziri Fikrət Məmmədov Ramiz Rzayevin getməsini, İman Nağıyevin isə Ali Məhkəmənin sədri olmasında müstəsna rol oynayır:
«Fikrət Məmmədovun İman Nağıyevin üzərində dayanmasının isə çox ciddi səbəbləri var. Nazirlə Bakı Apellyasiya Məhkəməsinin sədri arasındakı «körpü rolu»nu nazir Fikrət Məmmədovun yaxın qohumlarından biri oynayıb. Hansı ki, İman Nağıyev demək olar ki, hər gün nazirin həmin yaxın qohumu ilə bir yerdədir. Həm bu, həm də İman Nağıyevi nazirlə əlaqələndirən və adını çəkmək istəmədiyim həmin şəxsin ciddi qruplaşma ilə qohumluğu İman Nağıyevin Ali Məhkəmənin sədri vəzifəsinə iddiasını demək olar ki, təmin edib. Qalır bircə İman Nağıyevin sərəncamla yeni vəzifəsində rəsmi fəaliyyətə başlaması ki, bu sərəncamın da aprelin 20-də veriləcəyi gözlənilir».
İman Nağıyevin Ali Məhkəmənin sədri kimi məhkəmə sisteminin "üzünü ağartması”na gəlincə isə, bunun çətin olduğu göz önündədir. Çünki hələ bu günə qədər Beynəlxalq və yerli təşkilatların diqqətində olan ciddi bir məhkəmə prosesi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin əks qərar verməsi müşahidə olunmayıb. Tam əksinə, İman Nağıyevin sədri olduğu məhkəmə əsasən rayon məhkəmələrinin qərarlarını notarius kimi təsdiq etməklə məşğul olub. Belə olmasaydı, Avropa İnsan Haqları Məhkəməsinə də Azərbaycandan belə çox şikayətlər axmazdı. Elə bu da onu göstərir ki, İman Nağıyev Ali Məhkəmənin sədri vəzifəsində də məhkəmə sisteminə "yeni nəfəs” gətirmək gücündə olmayacaq…
Onu da qeyd edək ki, İman Nağıyevin təmsil olunduğu qruplaşma və onun sahibi olduğu əlaqələr haqda Mia.az-a təfsilatlı məlumat verilib. Lakin mövzuya aidiyyatı olmadığı üçün yazmadıq.
Son olaraq isə həm Ramiz Rzayevin, həm də İman Nağıyevin mövqelərini də dinləməyə hazır olduğumuzu bildirməklə yanaşı, onların hər ikisinin tərcümeyi-halını oxuculara təqdim edirik:
****
Hazıra Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçib.
1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2010-cu ildə prezident sərəncamı ilə o, yenidən Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunub.
Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədrinə gəldikdə isə, İman Məmməd oğlu Nağıyev 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979-1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990-2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır.
2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir.
Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin üçüncü dərəcəsi ilə təltif edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|