DƏHŞƏT: İranlı həkimlər əməliyyat adı ilə xəstəni necə “cırıblar”? - “Azərbaycanlılar İrandakı həkimləri də rüşvətə öyrədib”
Tarix: 20-04-2015, 11:11 | Çap et
Azərbaycandan İrana həkim dalınca gedən xəstələrin sayı on minlərlədir. Ölkələrarası viza rejimi aradan qalxdıqdan sonra get-gəllər həm də bir çox problemlər də ortaya çıxarıb. Belə ki, azərbaycanlı xəstələrin bir qisminin qonşu ölkədən narazılığı da artıb. Bir tərəfdən də, İranda yerli həkimlərimizin yanlış diaqnozlarının düyünü açıldıqca, insanlarda iranlı həkimlərə maraq yaranıb. Hardasa vəziyyət dəbə çevrilib, desək daha doğru olardı. Son 4-5 ilə qədər İran səhiyyəsindən yaxşı mənada bəhrələnənlər oldu. Amma İranda axır vaxtlar azərbaycanlı xəstələrə münasibətin dəyişdiyi sezilməkdədi. Bu, həm münasibətlərdə, həm də həkim davranışlarında özünü büruzə verir. Bizim xəstələrin tibbi xidmət haqları isə əvvəlkindən 4-5 dəfə bahalaşıb. Ortaya belə bir sual çıxır: azərbaycanlı xəstələrin Vətənində olmayan pasiyent hüquqları ölkədən kənarda necə qorunur? Və ya bizim xəstəmiz İranda həkim məsuliyyətsizliyi, naşılığı ilə qarşılaşarsa, buna kim cavabdehdir? Nəzərə alaq ki, İran hökümətinin statistikasına görə, hər il bir milyon azərbaycanlı İrana səfər edir. Onlardan da çoxu müalicə, müayinə məqsədilə gedirlər. Analitik.az mövcud vəziyyətə aydınlıq gətirməyə çalışıb. “Azərbaycanlılar İrandakı həkimləri rüşvətə öyrədib” İran astaralısı və azərbaycanlı xəstələri İrana aparıb-gətirən qrup rəhbəri Hüseyn Həmidnicat, Analitik.az-a söhbətində deyib ki, indi bu işlə çox iranlı məşğul olur. Hətta sadə adamlar fırıldaq yolu ilə İrana ilk dəfə səfər edənləri aldadır, pullarını alıb, normal yardımı da göstərmirlər: “Biz 4 il əvvəl bu işə başlayanda belə kənardan pis rəylər almırdıq. Bu günə qədər yüzlərlə azərbaycanlı xəstəmizi salamat həkimlə görüşdürüb yola salmışıq. Heç kəsin narazılığı olmayıb. Tibb sahəsində məlumatlı olduğumdan xəstəni yalnız öz sahəsi üzrə mütəxəssislə görüşdürürük. Yersiz müayinələrə, əməliyyata salmırıq. Düzdür, indi xəstə alveri edənlər də var. Siz deyən narazılıq ondan qaynaqlanır. Xəstə heç bir nüfuzu olmayan həkimlə görüşdürülür. Həm vasitəçi, həm də həkim pul qazanır. Kim deyir ki, İranda bütün həkimlər mütəxəssis, bilicidir? Bizim də naşı, təcrübəsiz, pulgir həkimlərimiz var. Buna görə də, xəstələr diqqətli olmalıdırlar. İranda həkim məsuliyyəti qanunla müəyyən olunur. İranlı xəstənin hər hansı şikayəti olarsa, təcili araşdırılır. Bu səbəbdən bütün həkimlərin fəaliyyəti dövlət nəzarətindədir. Həkimlər bu mənada daha diqqətli olmağa çalışırlar. Kənardan gələnlərə qeyri-ciddi yanaşma həmin xəstə haqlarının hər hansı şəkildə müdafiə imkanının yoxluğundandır. İranlı həkim yaxşı bilir ki, xəstə öz həkimini qoyub, o boyda yolu qət edib gəlib və ona inanır. Bu səbəbdən vicdansız olanları xəstəni “soyurlar”. Hüseyn Həmidnecat onu da vurguladı ki, azərbaycanlı xəstələr İran klinikalarında rüşvət toxumu da əkiblər: “İranlı xəstələr növbəyə dayanmaq qaydasına ənənə olaraq riayət edirlər, bəzi azərbaycanlılar isə həkim köməkçisinə əlavə pul təklif etməklə daha tez həkimlə görüşmək istəyirlər. Bununla bağlı bir neçə dəfə ciddi narazılıq olub. Hətta qarşıdurmada azərbaycanlı xəstə klinikadan çıxarılıb. İndi çox həkim köməkçisi özü rüşvəti diliylə istəyir.”
“Öd əməliyyatı adı ilə aldadılan xəstəmiz vardı”
Son vaxtlar azərbaycanlı xəstələrin sayının artması səbəbindən İranda səhiyyə xərcləri bahalaşıb. Cəmilə adlı xəstənin sözlərinə görə, əvvəllər 150-200 manatla müayinə və mualicə üçün İrana üz tuturduqsa, indi ən azı 400-500 manat xərcləməlisən: “Agır xəstəsi olanlara isə bu məbləğ 5 qatına başa gəlir. Rentgen, müxtəlif tomoqrafiya, bəzi qan müayinələrinin qiyməti dəfələrlə artıb. Əməliyyatlar isə daha da bahalaşıb. Amma daimi həkimim olduğundan getmək məcburiyyətində qalıram, xeyirini görməsəm o qədər yollarda qalıb həkim üçün İrana getməzdim.” İran təbabətindən xeyir görənlər qədər, narazılıq edənlər də var. Hətta İrana gedib xəstəliyi bir az da kəskinləşən, yaxud yanlış diaqnozla əməliyyat olunanlar da var. Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi hesabatına görə, ötən il İrandan 147 azərbaycanlı xəstənin cəsədi geri qayıdıb. İran səhiyyəsi risk faktorunun olduğunu söyləməklə bir ildə bu qədər xəstənin ölməsini “təbii hal” adlandırıb. İranda əməliyyatdan sonra geri qayıdaraq Azərbaycanda dünyasını dəyişənlər isə statistikaya daxil edilməyib. Bu göstəricinin nə dərəcədə şəffaf olduğu sual doğursa da, bir məsələ göz qabağındadır. İranda əməliyyat olunan xəstələr dərhal Vətənə qayıdırlar, əməliyyat sonrası vəziyyətə nəzarətdə iranlı həkimlər də məsuliyyət daşıyırlar. Bu halda çox fəsadlar ortaya çıxır. Buradan da belə nəticə çıxır ki, İrana gedən xəstənin məsuliyyətini özündən başqa heç kəs daşımır. 1 saylı Kliniki Tibbi Mərkəzin(Semaşka) şöbə müdiri, cərrah Nazim Həsənovun Analitik.az-a verdiyi məlumatlar isə maraq doğururb. Nazim həkimin sözlərinə görə, əcnəbi klinikalara, xüsusilə İrana üz tutan xəstələrimiz bəzən səhv ünvana gedirlər: “İran təbabəti, mütəxəssislərinin yüksək keyfiyyətli işi ilə tanışam. Həqiqətən, yaxşı həkimləri var. Amma təəssüf ki, bizimkilər çox vaxt qabaqcadan sorğu-sualsız səfər edirlər. Sərhəddə fırıldaqçı taksi sürücüləri onları naşı, heç bir təcrübəsi olmayan həkimlərin yanına aparırlar. Dəfələrlə olub ki, daxili orqanların fəsadı ilə üztümüzə xəstələr gəlib. Bizim həkimlərimizdən bəziləri var ki, İrandan gəlmiş xəstəmizi qəbul etmir. Amma həkim kimi yardıma ehtiyacı olan xəstəni geri çevirə bilmərəm. Bir xəstəmiz vardı. Hətta biz də müayinədən sonra çox təəccübləndik. Öd kisəsi əməliyyatı adı ilə güya cərrahi müdaxilə olunmuşdu. Xəstəyə ödünün çıxarıldığını deyiblər. Amma UZM etdik və gördük ki, öd yerindədir. Belə çıxıb ki, dərini kəsib, sonra da tikiblər. Xəstəni aldadıblar. Azərbaycanda həkimin xəstə ilə bu cür davranılması qeyri-mümkündür. Bu, dəhşətlidir.” İranlı həkimlərin uyuşdurucu tərkibli dərmanları Onu da bildirək ki, iranlı həkimlər adətən müalicə vaxtı xəstəyə tərkibində uyuşdurucu təsiri daha çox olan dərmanlar qəbul etməyi məsləhət bilir. Bu isə o deməkdir ki, bu dərmanı qəbil edən xəstə əslində sağalmır, sadəcə, ağrıları azalır. Həmin dərmanları qəbul etmədiyi halda isə yenidən əvvəlki vəziyyətinə qayıdır, yəni ağrılardan narahat olur. İranlı həkimin müalicə etdiyi Səbinə Quliyeva deyir ki, İranlı həkim ona dərman yazandan sonra doğurdan da ağrıları azalıb: “Özümü çox yaxşı hiss edirdim. Elə sevinirdim ki, nə yaxşı oldu sağaldım. Amma həmin dərmanların tərkibini internetdə oxuyanda dəhşətə gəldim. Demə, bu dərmanların tərkibində kəskin ağrıkəsici, narkotik tərkibli maddələr vardı. Bu dərmanı qəbul etməyəndən sonra ağrılarım yenə başladı. Yəni məni həkim müalicə etmirdi, sadəcə, ağrılarımı kəsirdi. Bu isə getdikcə xəstəliyin dərinləşməsinə səbəb oldu.”
Bu arada qeyd edək ki, son bir ildə İranda müayinə, müalicə və dərmanların qiyməti 3 dəfə bahalaşıb. Bunu ötən il Bakıda səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi da təsdiqləyib. Hüseyn Pirmozəyinin sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır. Məsələ ondadır ki, İranda əməliyyatların qiyməti də bizim özəl klinikalarının qiymətindən qat-qat baha başa gəlir. İran dərmanının bahalaşma səbəbi, hazırlanmasında xammalını Avropadan almasıdır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən ölkədə səhiyyənin qiymətləri 3 dəfə artıb. Məlumat üçün deyək ki, İranın Qızıl Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktlar və yağları istehsalı zavodu açacaq. İlkin olaraq Azərbaycan dərman istehsalçılarına təmiz xammal veriləcək, sonra özü də istehsalata keçəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|